Muxtelif dini kitablar
sehife 10 den 67 -e qeder.
  7-9 ...  10  11  12  ... 13-15
Yezidin veliehdliyine qarshi mubarize
Muaviye Yezidi veliehd te`yin etmek meqsedi ile ireli surduyu siyaseti davam etdirerek Medine sheherinin camaatindan, xususen de, bashda imam Huseyn (eleyhisselam) olmaqla sheherin adli-sanli shexsiyyetlerinden Yezid uchun bey`et almaq meqsedi ile Medine sheherine geldi. Muaviye Medineye geldikden sonra imam Huseyn (eleyhisselam) ve abdullah ibn abbasla gorushub sohbet esnasinda Yezidin veliehdliyi meselesini ortaya atdi. o, chalishirdi ki, onlari bu ishe razi salsin. imam Huseyn (eleyhisselam) Muaviyenin bu sozu qarshisinda bir muqeddime (on soz) qeyd etdikden sonra soze bele bashladi:
[Sen ozunu ustun tutmaqla ifrata duchar olmusan. Camaatin umumi malini qesb etmekle zulm etmisen! Sen camaatin malini onlarin ozlerine qaytarmaqdan chekindin ve bu ishde xesislik etdin. achiq-ashkar o qeder qaretler etdin ki, oz heddini ashdin. Haqq sahiblerinin haqqini ozlerine qaytarmadigin uchun sheytan (seni yoldan chixarmaqda) oz arzusuna chatdi. Yezid uchun saydigin feziletleri ve islam ummetini idare etmek uchun qeyd etdiyin leyaqetleri basha dushdum. Sen camaata ele adami tanitdirmaq isteyirsen ki, ele bil camaat onun heyat sabiqesini tanimir. Sanki, burada olmayan bir neferden xeber verirsen ki, camaat onu gormeyib. ele bil ki, onu ancaq sen taniyirsan. xeyr, Yezid oz batinini achib ashkar etmishdir. Yezidi oldugu kimi tanitdir. Yezid itbaz, qushbaz ve keyf adamidir. o, omrunu chalmaq, oxumaq ve eyyashliqla kechirir. Yezidi bu cur tanitdir. Bu bosh tebliglerini kenara qoy! Bu ummetin muqabilinde boynuna yigdigin oz gunahlarin besdir. ele bir ish gorme ki, allah qarshisinda gunahlarin bundan da agir olsun. Sen o qeder oz batil ve zulm yoluna davam edib agilsizliq, dushuncesizlik uzunden zulmler etdin ki, artiq camaatin sebr kasasini doldurmusan. indi seninle olum arasinda bir goz qirpimindan artiq vaxt qalmayib. Bunu bil ki, senin butun emellerin allah yaninda qorunub saxlanir ve sen onlardan otru cavab vermeli olacaqsan.]
Muaviyenin imam Huseyn eleyhisselamin qiyamindan nigaranchiligi
ele hemen gunlerde Muaviye terefinden bir il Medineye vali sechilmish Mervan ibn Hekem Muaviyeye yazir: [emr ibn osman xeber verib ki, iraq ve Hicazin nufuzlu shexsiyyetleri imam Huseyn eleyhisselamin yanina get-gel edirler.] Daha sonra bildirmishdi: [Men inanmiram ki, o, qiyam etmesin.] Mervan mektubda elave edib demishdi: [Bu haqda axtarish aparmisham. elde olan me`lumata gore hele onun qiyam etmek fikri yoxdur. ancaq inanmiram ki, gelecekde de bu cur olsun. indi bu barede oz fikrini bildir.]
sehife 10 den 67 -e qeder.
  7-9 ...  10  11  12  ... 13-15
 
[Geri]
youtube.com/watch?v=Y0pV8opOlnA