Geriyə Mündəricat  

«Bizim şiələrin alimləri elə sərhəd qoruqçularıdır ki, şeytan və onun dəstəsi (onun fərmanı altında) o sərhədlərin kənarında bizim şiələrə hücum etmək üçün oturmuşlar. Şiələrin alimləri şeytanların müstəz’əf şiələrimizə həmlə etməsinə mane olurlar (e’tiqadi və ideoloji cəhətdən məzlumiyyətdə qalan insanlar düşmən tərəfindən daha tez aldadıla bilər) və şiə alimləri iblisin və onun nasibi ardıcıllarının bizim şiələrə hakim kəsilməsinin qarşısını alır. Agah olun, bu iş üçün tə’yin olunan şiələr romalılarla, türklərlə, xəzərlərlə cihad edənlərdən min-min dəfə üstündürlər, çünki o şiə alimi bizim dostlarımızın dinlərini müdafiə edir, cihad edənlər isə bizim dostlarımızın cisimlərini müdafiə edirlər.»[45]

İncə nöqtələr:

1. Şiələr arasında ideoloji və e’tiqadi nəzərdən müstəz’əflikdə olan şəxslərin varlığı alimlərin vəzifəsini daha həssas və ağır edir.

2. Mə’sum İmamlar (əleyhissalam) ilahi alimləri və mütəfəkkirləri e’tiqadi və mədəni sərhədlərin həddini-hüdudunu qorumaq üçün tə’yin etmişlər.

3. Şeytanlar şiələrə nüfuz edib onlara hökümkəsilmək üçün daim proqramlarhazırlayırlar.

4. Bu hədd-hüdudun qorunması torpaqların və sərhədlərin qorunmasından qat-qat mühümdür, çünki əgər əqidə möhkəm olarsa ölkənin əraziləri qorunacaqdır, lakin Allaha iman və e’tiqad zəif olarsa ölkə süqut edəcək, onun həm torpaq, həm də e’tiqadi sərhədləri Allahdan xəbərsiz olan düşmənlərin hücumlarına mə’ruz qalacaqdır.

5. Din düşmənləri istər daxili olsun, istərsə də xarici, öz yolları üzərində yeganə maneənin şiə alimləri olduğunu görür. Tarix də bu məsələni sübuta yetirmişdir.

İyirmi üçüncü fəsil: Alimlərin qələminin şəhidin qanından üstün olması

Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

إذا کَانَ يَوم القِيَامَةِ وُزِّنَ مِدَادُ العُلَمَاءِ بدَماءِ الشُهَدَاءِ فَيُرَجَّح مِدَادُ العُلَمَاءِ علی دَمَاءِ الشُّهَدَاءِ

«Qiyamət günü olanda alimlərin qələmi şəhidlərin qanı ilə müqayisə olunar və alimlərin qələmi şəhidlərin qanından üstün olar.»[46]

İncə nöqtələr:

1. İslamı, e’tiqadiyyatı və islami-dini təfəkkürləri müdafiə edən, insanları hidayət edən qələmin dəyəri Allah yolunda şəhid olan bir şəxsin qanından daha fəzilətli və üstündür. Çünki Allah yolunun şəhidləri ilahi alimlərin və ariflərin tərəfindən hidayət olunur.

2. Qiyamət günü Allah tərəfindən edilən bu müqayisə ilahi ədalət və hikmət üzərindən baş verir.

3. Alimin qələmi Allah yolunda şəhid, mücahid, mühacir və mö’min insanlar yetişdirir. Rəvayətlərə əsasən əgər ilahi alimlərin hidayəti olmasaydı insanlar dindən çıxardılar.

4. Alimlərin qələmi şəhdlərin qanının peyğamını çatdırır, onların şücaət və rəşadətlərinin bəhrəsini canlandırır və onların adlarını xatirələrdə əbədi saxlayır.

5. Mədəni bir işin fiziki iş olan cihada (kiçik cihada) olan üstünlüyü və dəyəri çox aydındır. Birincisi bütün işlərdən və günəşin saçdığı hər bir şeydən dəyərlidir. İnsanları pis işlərdən çəkindirib yaxşı işlərə, Allahın əmrlərinə doğru hidayət etmək və mədəni dirçəliş yaratmaq savab baxımından din düşmənləri müqabilində cihadla müqayisədə bir dəryaya bənzər.

İyirmi dördüncü fəsil: Alimlər yer üzünün çıraqlarıdır

Rəsuli Əkrəm buyurur:

ألعُلَمَاءُ مَصَابِيحُ الارض وَ خُلَفَاءُ الاَنبِياء وَ وَرَثَتِی وَ وَرَثَةُ الاَنبياء

«Alimlər yer üzünün çıraqları, Peyğəmbərlərin canişinləri, mənim və bütün Peyğəmbərlərin vərəsələridir.»[47]

İncə nöqtələr:

1. İnsan işıqdan istifadə etmədən öz məişətini və həyatını idarəedə bilməz.

2. Varlıq aləmigecələr işığa, yə’ni ayın saçmasına, gündüzlər isə günəşin işığına ehtiyaclı olduğu kimi, insan da mə’nəviyyatda və dində mə’nəvi bir çırağa ehtiyac duyur, çünki alimlərin bu nuru tohid, nübüvvət, Qur’an və imamətdən ibarətdir ki, camaat onlardan nur kəsb edərək nurani olmalıdır.

3. İlahi alimlər insanların hər növ qaranlıqlarda, o cümlədən böyük qeybət dövründəki e’tiqadi və ideoloji cəhətdən qaranlıqlardan çıxarırlar və bunlar İmamın ümumi naibləridir.

İyirmi beşinci fəsil: Bütün varlıq aləmi ilahi müəllimlər üçün istiğfar edir

Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

مُعَلِّمُ الخَيرِ يَستَغفِرُ لَهُ دَوَابُّ الارضِ و حيِتَان البَحر و کلُ ذِی رُوحٍ فِی الهَواء و جميعُ اهلِ السَّماءِ وَ الاَرضِ

«Xeyir öyrədən şəxsə yerin canlıları və havada olan bütün ruhlular, eləcə də bütün yer və səma əhli istiğfar edir.»[48]

İncə nöqtələr:

1. Əgər bir alim elm ardınca gedərsə bütün varlıq aləmi onun tövbə və istiğfarının çatışmayanlarını cübran edər.

2. Bütün varlıq aləmi, istər ərşdə olanlar, istərsə də yerdə olanlar, bütün canlı varlıqlar Allah dərgahında alimi müdafiə edirlər.

3. İlahi alimdən baş verən günahlar çətin bağışlansa belə bu rəvayətlər ümidvar edəndir.

4. Nə üçün insanlar, xüsusilə cavanlar bu qədər ali məqamlara çatan alimlərdən uzaq düşməli və onlarla oturub-durmamalı, bəhrələnməməlidir? Belə hallarda da baş verən zərərlər müalicə edən həkimə deyil, xəstənin özünə çatır.

5. Qiyamət günündə alimlər şikayət edib deyəcəklər ki, nə üçün camaat bizim elmimizdən bəhrələnməyib bizi yalqız qoydular?

6. Bütün varlıq aləmi – istər mələklər, istərsə də heyvanlar alimlərin məqam və mənzilətini tanıyırlar. Amma çox təəssüflə insanlardan çoxu bu işdən agah deyillər. Qur’an buyurur: «Camaatın əksəriyyəti elm, düşüncə və şüur sahibi deyillər, onlar mə’rifət vasitələrindən istifadə etməyir və bu mühüm məsələyə diqqət yetirmirlər.»

İyirmi altıncı fəsil: Alimlərin yolunun sonu

Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

مَن سَلَک َطَريقاً يَطلَب فيهِ عِلماً سَلَکَ اللّه بِهِ طريقاً إلی الجَنّةِ

«Hər kəs elm öyrənmək üçün bir yol getsə Allah onu cənnətə aparar.»[49]

İncə nöqtələr:

1. İlahi elmlərin yolu behiştə və Allah dərgahına yaxınlaşmağa doğrudur.

2. İslam mədəniyyətində elm və biliyin dəyəri behişt və Allaha yaxınlıq qədər yüksəkdir.

3. Elm öyrənmək yolunda qarşıya çıxançətinliklərlə mübarizə aparmaq yüksək ilahi məqamlara nail olmağa səbəb olur.

İyirmi yeddinci fəsil: Mələklər öz qanadlarını elm öyrənənlərinin ayağı altına salır

Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

إنّ المَلائِکَةَ لَتَضَعُ أجنِحَتَهَا لِطَالِبِ العلمِ

«Həqiqətən mələklər öz qanadlarını elm öyrənən şəxsin (ayağı) altına salar.»[50]

İncə nöqtələr:

1. İlahi alimlərin məqamvə mənzilətləri elə yüksəkdir ki, mələklər ən əziz üzvlərini (qanadlarını) onların ayaqları altına salır.

2. Mələklər bu cür alimlərlə ünsiyyətdə olmaqları ilə iftixar edirlər.

3. Bununla da alimlərin mələklərdən üstün olması aydın olur.

4. Mələklər alimlərin qarşısında bu cür rəftar edirlərsə onda bizim onların qarşısındakı vəzifəmiz tam aydındır.

İyirmi səkkizinci fəsil: Alimlərin hüzurunda təvazökarlıq

Əmirəl-mö’minin Əliyyibni Əbitalib (əleyhissalam) buyurur:

إذَا رَأيتَ عَالِماً فَکُن لَهُ خَادِماً

«Alimi gördüyün zaman ona xidmətçi ol!»[51]

Yenə buyurur:

مَن وَقَّرَ عَالِماً فَقَد وَقَّرَ رَبَّه

«Hər kəs bir alimə tə’zim etsə Allaha tə’zim etmiş olur.»[52]

İncə nöqtələr:

1. Mövlayi-müttəqiyan həzrət Əliyyibni Əbitalib (əleyhissalam) əmr edir ki, alimlərə xidmətçi olaq.

2. Amma çox təəssüflə, bə’zilərinin qürur və təkəbbürü o qədər çox olur ki, hətta alimlərin onlara xidmətçi olmalarını təvəqqe edirlər.

3. İlahi alimlərin qarşısında təvazökarlıq Allah qraşısında təvazökarlıq sayılır.

4. Bə’ziləri təhqirlə yanaşıb deyirlər ki, bunlar rəbbani alim deyillər. Onlara demək lazımdır ki, nə üçün alim olmamasına ehtimal verirsən, halbuki onun qarşı tərəfi də ehtimal olunur. İnsan həmişə hüsnü-zənn etməlidir ki, azğınlığa və həlakətə doğru sürüklənməsin.

5. İlahi alimlər bütün varlıq aləmində diqqət mərkəzindədirlər, çünki varlıq aləmini icad edən Allah onlara xüsusi diqqət yetirir.

İyirmi doqquzuncu fəsil: Alimlərin məqam və mənziləti.

Peyğəmbər-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

مَنِ استَقبَلَ العُلَماء َفَقَد استَقبَلَنِی وَ مَن زَارَ العُلماءَ فَقَد زَارَنِی وَمَن جَالَسَ العُلَماءَ فَقَد جَالَسَنِی فَکَانَّمَا جَالَسَ رَبِی

«Hər kəs alimlərə üz gətirsə mənə üz gətirmişdir, hər kəs alimləri ziyarət etsə məni ziyarət etmişdir, hər kəs alimlərlə oturub-dursa mənimlə oturub durmuşdur və sanki öz Rəbbi ilə ünsiyətdə olmuşdur.»[53]

İncə nöqtələr:

1. Alimlər mütəal Allahın cilvəgahıdır.

2. İlahi alimlərə üz gətirmək Peyğəmbərə üz gətirmək sayılır.

3. Alimləri ziyarət etməkPeyğəmbəriziyarət etməkdir, onlarla oturub-durmaq Peyğəmbərlə oturub-durmaqdır.

4. Peyğəmbərlə bir dövrdə olub onunla oturub-durmadığından təəssüflənən insanlar nə üçün ilahi alimlərlə oturub-durmur və onunla həm söhbət olmur?!

5. Allahla görüş istəyən şəxslər Onun cilvəsi sayılan ilahi alimlərlə görüşməlidir.

6. Nə üçün bu ali görüşə diqqət yetirilmir? Nə üçün şəxslər sağlam əql və qəlbləri ilə bu kimi məsələlərə baş qoşmur və bu kimi mə’nəviyyatı əldə etmirlər? Bunlar xəsarətə uğrayan və yüksək insani məqamlardan məhrum olan şəxslərdir. Xoş olsun o şəxslərin halına ki, alimləri ziyarət etmiş olsunlar.

İmam Hadi (əleyhissalam) buyurur:

لَو لا مَن يَبقَی بَعد غَيبَةِ قَائِمِنَا (ع) مِن العُلَماءِ الدَّاعِينَ إليه والدّالِّين عَلَيه و الذَّابِين عَن دِينهِ بحجج اللّه و المُنقِذِينَ لِضُعَفاءِ عِبَادِ اللّه مِن شِباکِ إبلِيس وَ مَردَتِه و مِن فِخَاخِ النِّوَاصِبِ لَمَا بَقِیَ احدٌ إلاّ إرتَّدَ عَن دينِ اللّه وَلَکِنَّهُم الذينَ يُمَسِکُونَ أزِمّة قُلوبِ ضُعَفاءِ الشيعة کَمَا يُمَسِکُ صَاحِبُ السَفِينَةِ سُکّانَهَا اُولَئِکَ هُمُ الا فَضَلُونَ عِندَ اللّه عَزّ و جَل

«Əgər bizim Qaimimizin (İmam Zaman (əleyhissalam), zühuruna qədər insanları dinə Allaha doğru də’vət edən, dəlil-bürhan əsasında islamın sərhədlərini müdafiə edən bir alim olmasa, Allahın zəif bəndələrini inadkar şeytanların tələsindən xilas edən, onları şiəliyə zidd olan nasibi tələlərindən xilas edən alimlərdən bir şəxs qalmasa camaatın hamısı Allah dinindən çıxaraq kafir olar (və Peyğəmbərin və Əhli-beytin yolundan əsər-əlamət qalmaz), lakin alimlər o kəslərdir ki, gəmiçi gəmidəki sərnişinləri saxladığı kimi onlar da şiə zəiflərinin qəlblərini möhkəm saxlayırlar. Bunlar Allah dərgahında ən fəzilətli insanlardır.»[54]

İncə nöqtələr:

1. Bu rəvayətdə insanların düz yola hidayət olunmasında alimlərin böyükməqamları, vəzifələri bəyan olunmuşdur.

2. İmam (əleyhissalam)-ın qeybdə olduğu dövrdə alimlərin məqam və mənsəbləri bəyanolunmuşdur.

3. Böyük qeybət dövründə ilahi alimlər dinin və həqiqi islamın himayəçiləri kimi təqdim olunur və bu barədə heç bir müəmmaya yer qalmır.

4. Alimlər insanları haqqa də’vət edən, onlara düz yol göstərən, insanları cin və insdən olan şeytanların tələlərindən xilas edənlərdir.

5. Əgər ilahi alimlər olmasaydı böyük qeybət dövründə heç kəs islam dinində qalmazdı.

6. Bu hədis rəbbani və hidayətedici alimlərin bərəkətinə, onların xaliscəsinə etdiyi əməl və elmi zəhmətlər nəticəsində islamın qalmasını göstərir.

7. Bu rəvayət şiələrin arasında bə’zi mədəni müstəz’əfliyin mövcud olduğunu göstərir.

8. İmam (əleyhissalam) e’tiqadi və ideoloji cəhətdən müstəz’əf halında olan insanlara, cin və insdən olan şeytanların mədəni hücumları barəsində xəbərdalıq verir və bu hücumlar qarşısında müdafiə olunmaq və ondan xilas olmaq yolunu ilahi alimlərin möhkəm proqramları hesab edir.

Otuzuncu fəsil: Alimlərin məqamı

Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

إنَّ اللّه و مَلائِکَتَهُ حَتَّی النّملَةَ فِی حُجرِها وَ حَتَّی الحُوتَ فِی البَحرِ يُصلّونَ عَلَی مُعَلِّمِ النَّاسِ الخَيرَ

«Həqiqətən Allah, Onun mələkləri, hətta yuvasında olan qarışqa və dənizdə olan balıq belə, insanlara xeyir öyrədən şəxslərə salavat və rəhmət göndərir.»[55]

İncə nöqtələr:

1. Allah zikr əhlidir və Onun zikri Peyğəmbərə, onun Əhli-beytinə, ilahi elm müəllimlərinə və alimlərinə rəhmət göndərməkdir.

2. İlahi alimlər Peyğəmbərlərlə bir cərgədədir: çünki başqa bir rəvayətdə buyurulur ki,

إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا

«həqəqətən Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərir.»[56]

3. Alimin, elmin və elm öyrətməyin dəyərini bütün varlıqlar, mələklər, hətta kiçikli-böyüklü dəniz və quru heyvanları başa düşürlər.

Amma çox təəssüflər olsun ki, bə’zi insanlar bu həqiqəti dərk etmirlər: »

أَكْثَرُهُمْ لاَ يَعْقِلُونَ

«Camaatın əksəriyyəti düşüncə əhli deyil.»[57]

Başqa bir ayədə buyurulub:

أَكْثَرُهُمْ لاَ يَشْكرون

«Camaatın əksəriyyəti şükrü yerinə yetirmirlər.»[58]

أَكْثَرُهُمْ يَجْهَلُون

«Camaatın əksəriyyəti cahildir.»[59]

أَكْثَرُهُمُ الفاسِقُون

«Camaatın əksəriyyəti günah və fisq əhlidir.»[60]

وَ أَكْثَرُهُمُ الكافِرُون

«Camaatın əksəriyyəti küfr və nankorluq əhlidir.»[61]

بَلْ اَكْثَرُهُمْ لاَ يَعْلَمُونَ الحَقَّ فَهُم مُعرِضُونَ

«Camaatın əksəriyyəti haqqı bilmir və nəticədə ondan üz döndərirlər.»[62]

وَ أَكْثَرُهُمْ كَاذِبُون

«Camaatın əksəriyyəti yalançıdır.»[63]

أَكْثَرُهُمْ لاَ يَعْلَمُون

«Camaatın əksəriyyəti elm əhli deyildir, yə’ni əksər hallarda həqiqət barədə cahildirlər.»[64]

Buna görə də elm öyrənib-öyrətməyin dəyərini bilmir və bu məsələyə diqqət yetirmirlər.

4. Alimlər insanlara nicat verən fəzilətləri, yaxşılıqları və xeyirləri öyrədənlərdir.

Otuz birinci fəsil: Düşmən müqabilində alimlərin varlığının tə’siri

Peyğəmbər-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

وَالَّذی نَفسُ مُحَمَّدٍ بِيَدِه لَعالمٌ واحدٌ أشَدُّ عَلی إبلِيس مِن ألفِ عابِد لاَنَّ العابِدَ لِنَفسِهِ و العالِمُ لِغَيرِهِ

«Mühəmmədin canı əlində olan şəxsə (Allaha) and olsun, bir alim İblisə qarşı min abiddən güclüdür. Çünki abid özü üçün, alim isə başqaları üçün çalışır.»[65]

İncə nöqtələr:

1. Cin və insdən olan şeytanlar müqabilində alimin varlığının dəyəri bütün insanlardan üstün və güclüdür.

2. Düşmənin e’tiqadı və mədəni hücumları qarşısında bir nəfər ilahi alimin varlığı alim olmayan bir ordudan güclüdür.

3. Alimin düşüncəsi həm özünə, həm də başqalarına nicat verəndir.

4. Bir şəxsin ibadəti hamıya tə’sir etmir, yalnız onun özündə xülasələnir, lakin elm və əməl baxımından alimlərin vücudu hamıya tə’sirlidir.

5. Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in düşmənlərin dini ideoloji və e’tiqadi hücumları qarşısında ilahi alimlərin rolunu and içərək göstərməsindən onun əhəmiyyəti mə’lum olur.

Otuz ikinci fəsil: Alimlər Peyğəmər (s) məqamına Ən yaxın şəxslərdir

Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

أقرَبُ النّاسِ مِن دَرَجَةِ النُّبُوَةِ أهلُ العِلمِ

«Camaat içərisində Peyğəmbərlik məqamına (dərəcəsinə) ən yaxın olan şəxs elm əhlidir.»[66]

Buna görə də ilahi alimlər camaatın müxtəlif elmi, ədəbi və əməli, eləcə də məs’uliyyət qəbuletmək və insanları hidayət etməkbaxımından Peyğəmbərlik məqamına ən yaxın olan şəxslərdir.

Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) başqa bir hədisdə buyurur:

طالِبُ العِلمِ رُکنُ الإسلاَم وَ يُعطِی أجرَهُ مَعَ النَّبيِّن

«Elm tələb edən (axtaran) şəxs islamın rüknüdür və öz əcrini Peyğəmbərlərlə birlikdə alar.»[67]

İncə nöqtələr:

1. Bu hədisdə «alimlərin dərəcəsinin Peyğəmbərlərə yaxınolması» dedikdə onların ilahi vəzifə və məqamları, dini məs’uliyyətləridir, beləki, alimlər Peyğəmbərlərin varisləridir, yə’ni onların risalət məs’uliyyətlərini irs aparırlar.

2. İlahi alimin təbliğinin üstünlük olmaq cəhətindən dəyəri Peyğəmbərlərin təbliği ilə bir səviyyədə bəyanolunmuşdur və bu da Allah dərgahında alimlər tərəfindən dinin yayılma məs’uliyyətini göstərir.

3. İnsanların alimlərin məs’uliyyəti qarşısında göstərdikləri qüsurlu hallar, səhlənkarlıqlar və onların yol göstərməsindən bəhrələnməmək öz ardınca çoxlu çatışmamazlıqlar gətirər.

Otuz üçüncü fəsil: Alimlərin qürbəti

Cəhalətin hakim olduğu cəmiyyətdə elm, düşüncə və əql son dərəcədə qürbətdə olur. Geridə qalmış üçüncü dünya ölkələrində savadsızların sayı başqa avropa ölkələrindən qat-qat artıqdır. Misal üçün, avropa ölkələrində bir-iki faiz savadsız tapıldığı halda Əfqanıstanda yeddi faiz savadlı, doxsan üç faiz savadsız vardır. İranda da inqilabın əvvəllərində əlli faiz savadsız var idi. Şübhəsiz bu ölkələrdə kitab və kitabxana, elm və alim, əql və təfəkkür camaat tərəfindən tərk olunmuş bir şey hesab olunur.

İmam Əmirəl-mö’minin Əliyyibni Əbitalib (əleyhissalam) buyurur:

ألعُلَمَاءُ غُرَبَاءٌ لِکِثرَةِ الجُهَّال بَينَهُم

«Alimlər, aralarında çox cahil olduğuna görə qəriblər sayılır.»[68]

İncə nöqtələr:

1. Cəmiyyətin cəhalətdən xilas olunması üçün alimlərlə, kitab və kitabxanalarla barışıq yaradıb onlarla ünsiyyətdə olmaq lazımdır.

2. Savadsızlıq səviyyəsini azaltmaq lazımdır ki, elm cəhalətin yerinə keçsin.

3. Ən böyük dərd bundan ibarətdir ki, cəmiyyətin zahiri savadı vardır, amma həqiqətən cəhalətdə yaşayır və kor-korana, təfəkkür və heç bir məqsəd olmadan başqalarının əməlini təqlid edirlər. Bunlar həqiqi cahildirlər. Onların da müqabilində mədrəsəyə getməyən, yazıb-oxumağı bilməyən, lakin e’tiqadi müstəqilliyə və mə’rifətə malik olan şəxslər əslində alimdir, başqaları isə cahildir. Tarixdə dəfələrlə də baş vermişdir ki, yüksək səviyyədə savada malik olan savadlılar dərs görməyən, yazıb-oxumaq bilməyən, amma həqiqi mə’rifət sahibi olanların tə’siri altına düşmüşlər.

Otuz dördüncü fəsil: Camaatın ən alim şəxsi

Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

أعلَمُ النَاسِ مَن جَمَعَ عِلمَ النّاسِ إلَی عِلمِه

«Camaatın ən biliklisi o kəsdir ki, başqalarının elmini öz elminə əlavə etsin.»[69]

Başqa bir rəvayətdə nəql olunur:

يا نَبِی اللَّهِ اُحبُّ أن أکُونَ أعلَمُ النّاسِ؟ قَالَ: إتَّقِ اللَّهِ تَکُن أعلَمُ النَّاسِ

Bir nəfər dedi: «Ey Peyğəmbər, camaatın ən alimi və biliklisi olmaq istəyirəm!»

Peyğəmbər buyurdu: «Allah qarşısında təqvalı ol ki, camaatın ən biliklisi olasan.»[70]

İmam Sadiq (əleyhissalam) buyurur: «Əmirəl-mö’minin Əliyyibni Əbitalib (əleyhissalam)-dan insanların ən biliklisinin kim olduğu barədə soruşduqda buyurdu:

مَن جَمَعَ عِلمَ النَّاسِ إلَی عِلمِه

«(Ən bilikli şəxs) o kəsdir ki, camaatın elmini öz elminə əlavə etsin.»[71]

İncə nöqtələr:

1. Bizim cəmiyyətimizdə qədimdən indiyə qədər fəqihlərin və din alimlərinin biliklisi barəsində camaat arasında söz olmuşdur. Burada da bəyanolundu ki, başqalarının elminə əhatəli olan şəxs onların ən elmlisidir.

2. Elm təklikdə insana nicat verənolmadığından, başqa rəvayətlərdə fəqihlərin ən elmlisinin şərtləri bəyanolunmuşdur, buna görə də zöhd (dünya malına uymamaq), vərə’ (təqvanın ən yüksək mərhələsi) və bu kimi işlər böyükcihad adlandırılır, nəfslə mübarizə etmək, vacibləri yerinə yetirib günahlardan çəkinmək insanın camiuş-şərait fəqihməqamına çatmasına səbəb olur.

Geriyə Mündəricat