Geriyə Mündəricat  

«Əgər sizə haram olan böyük günahlardan çəkinsəniz Biz sizin kiçik günahlarınızdan keçərik».

5. «Ənkəbut» surəsinin 7-ci ayəsində oxuyuruq:

وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصّالِحاتِ لَنُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئاتِهِمْ

«O kəslər ki, iman gətirib və saleh işlər görüblər, mütləq onların günahlarını örtərik».

Günahları örtməkdən məqsəd onların qoyduğu zərərləri məhv etməkdir, yə’ni bağışlamaqdır.

6. «Ali-İmran» surəsinin 195-ci ayəsində oxuyuruq:

...فَالَّذِينَ هاجَرُوا وَاُخْرِجُوا مِنْ دِيارِهِمْ َاُوذُوا فِي سَبِيلي وَقاتَلُوا وَقُتِلُوا لاَُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئاتِهِمْ

«O kəslər ki, hicrət ediblər, yurdlarından qovulublar, Mənim yolumda əzab çəkiblər, vuruşublar və öldürülüblər onların pisliklərini təmizləyərəm».

Bu ayələrdən belə nəticə alırıq ki, Allah dərgahında elə bir tövbə qəbul olub insanın günahlarını yuyur ki, Allaha iman, yaxşı işlər, namaz, Allah yolunda yurdundan hicrət etmək, Allah yolunda məşəqqətə düşmək, cihad və şəhid olmaqla birlikdə olsun. Yoxsa, tövbə etmək keçmiş günahların tə’sirini aradan qaldırmayacaq.

GÜNAHIN TƏ’SİRİNİN TƏMİZLƏNMƏSİ HAQQINDA HƏDİSLƏR

Hədislərdə qətiyyətlə tə’kid olunub ki, tövbə edən zaman təkcə peşman olmaq və günahlardan çəkinmək kifayət deyil. Tövbə edən şəxs yaxşı işlər görməklə günahların tə’sirini məhv və özünü islah etməlidir. Bu barədə olan bə’zi hədislərə diqqət yetirək:

1. İslam Peyğəmbəri (s) buyurur:

اتَّقِ اللهَ حَيْثُ كُنْتَ، وَخالِقِ النّاسِ بِخُلْق حَسَن وَاِذا عَمِلْتَ سَيِّئَةً فَاعْمَلْ حَسَنَةً تَمْحُوها

«Harada olsan Allahdan həya et! Camaatla yaxşı rəftar et! Nə vaxt günah etdin, ondan sonra yaxşı bir iş gör ki, günahı məhv etsin!».

2. İmam Sadiq (ə) buyurur:

... مَنْ عَمِلَ سَيِّئَةً فِي السِّرِّ فَلْيَعْمَلُ حَسَنَةً فِي السِّرِّ، وَمَنْ عَمِلَ سَيِّئَةً فِي الْعَلانِيَةِ فَلْيَعْمَلْ حَسَنَةً فِي الْعَلانِيَةِ

«Gizlində günah edən şəxs əvəzində gizlində də yaxşı iş görməlidir. Və aşkarda günah edən şəxs aşkarda yaxşı iş görməlidir».

3. İmam Baqir (ə) buyurur:

اَلتَّائِبُ اِذا لَمْ يَسْتَبِنْ اَثَرَ التَّوْبَةِ فَلَيْسَ بِتائِب: يُرْضِي الْخُصَماءَ وَيُعِيدُ الصَّلَواتِ، وَيَتَواضَعَ بَيْنَ الْخَلْقِ، يَتَّقِي نَفْسَهُ عَنِ الشَّهَواتِ...

«Tövbə edənin işlərində tövbənin əlamətləri olmasa, onun tövbəsi həqiqi deyil. (Tövbənin əlaməti budur:) Boynunda haqqı olan şəxsləri razı salsın, qəzaya getmiş namazlarını qılsın, mö’minlərin qarşısında təvazökar olsun və özünü nəfsinin tüğyan etməsindən qorusun».

4. İmam Əli (ə) buyurur:

ثَمَرةٌ التَّوْبَةِ اِسْتِدْراكُ فَوارِطِ النَّفْسِ

«Tövbə etməyin səmərəsi günahların vurduğu zərəri aradan qaldırmaqdır».

İmam Baqir (ə) buyurur:

ما اَحْسَنَ الْحَسَناتِ بَعْدَ السَّيِّئاتِ

«Günah işləri tərk etdikdən sonra yaxşı işlər görmək nə qədər gözəldir»!

5. İmam Kazim (ə) buyurur:

مِنْ كَفّاراتِ الذُّنُوبِ الْعِظامِ، اِعانَةُ الْمَلْهُوفِ والتَّنْفِيسُ عَنِ الْمَكْرُوبِ

«Pənahsız şəxsə sığınacaq vermək və qəmli şəxslərin qəmini silmək böyük günahların tə’sirini aradan qaldıran amillərdəndir».

6. Bir nəfər İslam Peyğəmbərindən soruşdu: «Qeybət etməyin tə’sirini hansı işlə təmizləyək?» O həzrət buyurdu:

تَسْتَغْفِرْ لِمَنْ اِغْتَبْتَهُ

«Qeybətini etdiyin şəxsin, Allahdan bağışlanmasını istə».

7. İmam Baqir (ə) buyurur:

ثَلاثٌ كَفّاراتٌ: اِفْشاءُ السَّلامِ وَاِطْعامُ الطَّعامِ، وَالتَّهَجُّدُ بِاللَّيْلِ وَالنّاسُ نِيّامْ

«Üç iş günahları təmizləyən işlərdən hesab olunur:

A. Ucadan salam vermək.

B. Başqalarına təam (ehsan) vermək.

V. Gecələr camaatın yatan vaxtında ibadət etmək.

8. O Həzrət başqa hədisdə belə buyurur:

اَرْبَعٌ مَنْ كُنَّ فِيهِ وَكانَ مِنْ قَرْنِهِ اِلى قَدَمِهِ ذُنُوباً بَدَّلَها اللهُ حَسَنات: اَلصِّدْقُ وَالْحَياءُ وَحُسْنُ الْخُلْقِ وَالشُّكْرُ

«Dörd xislət hər kimdə olsa, başdan-ayağa günaha bulaşıq da olsa, Allah onun günahlarını (tövbə etdikdən sonra) bağışlayacaq:

A. Düz danışmaq;

B. Həyalı olmaq;

V. Camaatla yaxşı əxlaqla davranmaq;

Q. Allaha şükr etmək.[83]

9. İslam Peyğəmbəri buyurur:

«Bə’zi günahlar hətta namaz qılmaqla və Allah yolunda ehsan verməklə belə təmizlənməz.» «Bir nəfər soruşdu: Bəs hansı işlərlə bu günahlar təmizlənir?

O Həzrət buyurdu:

اَلْهُمُومُ فِي طَلَبِ الْمَعِيشَةِ

«Qazanc yolunda məşəqqətə düşməklə».[84]

10. Bir nəfər Peyğəmbərin hüzuruna gəlib ərz etdi:

«Günahlarım çox, yaxşı işlərim isə azdır».

Peyğəmbər buyurdu:

اَكْثِرِ السُّجُودَ فَاِنَّهُ يَحُطُّ الذُّنُوبَ كَما تَحُطُّ الرَّيحُ وَرَقَ الشَجَرِ

«Çoxlu səcdə et! Çünki külək ağacların yarpağını tökdüyü kimi səcdə də günahları təmizləyir».[85]

GÜNAHLARI TƏMİZLƏMƏYİN YOLLARI

Tövbə etdikdən sonra yaxşı işlərlə günahları təmizləmək üçün müxtəlif yol var:

Yoxsullara maddi kömək göstərmək, Allah yolunda cihad etmək, oruc tutmaq, gecələr ibadət etmək və... bu kimi işlərlə günahları təmizləmək olar. Amma yaxşı olar ki, hər günahı onun ziddi olan bir işlə təmizləyək. Misal üçün: Hicabsızlığın günahını iffətli olmaqla, qeybətin günahını dili nəzarətdə saxlamaqla (yə’ni hər kəs öz dilinə saxlamalıdır), zülmkarlığın günahını məzlumlara kömək edib, yoxsulların əlindən tutmaqla təmizləmək lazımdır. Həmçinin naməhrəm qadınlara baxmağın günahını Qur’ana nəzər etməklə, ilahi alimlərin, ata və ananın üzünə tamaşa etməklə silmək olar. Bu mətləbin izahında hədislərin bə’zisindən istifadə edirik. İmam Sadiq (ə) buyurur:

كَفّارَةٌ عَمَلِ السُّلْطانِ قَضاءُ حَوائِجِ الاِْخْوانِ

«Zalım hakim (tövbə etdikdən sonra) öz (dini) qardaşlarının ehtiyaclarını ödəməklə günahlarını təmizləyə bilər».[86]

GÜNAHIN TƏMİZLƏNMƏSİ HAQQINDA BİR NEÇƏ HEKAYƏ

1. Əbu Lübabə Peyğəmbərin səhabələrindən idi. Onun qabaqcadan yəhudilərin Bəni-qüreyzə qəbiləsi ilə qohumluğu var idi. Yəhudilərin Peyğəmbərin qarşısında müqavimət göstərmələrindən sonra, O Həzrət yəhudi qəbilələrini islam dininin mərkəzi olan Mədinə şəhərindən sürgün etməyi və onların başçılarını qətlə yetirməyi qərara aldı. Bəni-qüreyzə qəbiləsi bu vaxt bir qalada mühasirədə idilər. Ovs qəbiləsindən bə’zi şəxslər Peyğəmbərin hüzuruna gəlib yəhudilərin bağışlanmasını xahiş etdilər. Peyğəmbər onlara buyurdu:

Razısınızmı ki, yəhudilərin haqqında qəzavət (mühakimə) etməyi sizin qəbilənizdən bir nəfərə tapşırım?

Ovs tayfasından gələnlər bu suala müsbət cavab verdilər. Peyğəmbər Sə’d ibn Məazı bu iş üçün tə’yin etdi. Lakin Bəni-qüreyzə qəbiləsi Sə’din bu işə tə’yin olunmasına razı olmadılar. Onlar Əbu Lübabəni onlarla müzakirə etməyə tə’yin olunmasını tələb etdilər. Peyğəmbər Əbu Lübabəni onlarla müzakirə etməyə göndərdi. Onlar Əbu Lübabənin ətrafına toplaşıb özlərinin yazıq və zəif olmalarını izhar etdilər. Onlar həmçinin Əbu Lübabədən soruşdular ki, Sə’d ibn Məazın bizim haqqımızda hakim olmasına razı olaq, ya yox?

Əbu Lübabə dedi: Eybi yoxdur. Lakin əli ilə boynuna işarə etdi. Yə’ni Sə’d sizin hakiminiz olsa boynunuz vurulacaq. Bununla da o müsəlmanların hərbi sirlərindən birini düşmənlər üçün faş etdi. Amma tez öz günahını başa düşdü və bildi ki, Peyğəmbərə və müsəlmanlara xəyanət edib. O biri tərəfdən «Ənfal» surəsinin 27 və 28-ci ayələri Allaha və Onun Peyğəmbərinə xəyanət etməyi qadağan etmişdir. Əbu Lübabə o qədər narahat və xəcalətli idi ki, daha Peyğəmbərin hüzuruna qayıtmadı. O, birbaşa məscidə getdi və özünü məscidin sütunlarından birinə bağladı. Əbu Lübabə 10 gün orada qaldı. O, Allaha dua edir və günahının bağışlanmasını istəyirdi. Bu vaxt «Tövbə» surəsinin 102-ci ayəsi nazil oldu və onun tövbəsinin qəbul olunmasını e’lan etdi.

Maraqlı budur ki, Əbu Lübabə öz günahını yumaq üçün Peyğəmbərə ərz etdi: Tövbənin qəbul olunmasının şükrünü yerinə yetirmək üçün bütün var-dövlətimi Allah yolunda paylamaq istəyirəm.

Peyğəmbər buyurdu: Varının hamısını paylamağa icazə vermirəm.

«O ərz etdi: Onda üçdə iki hissəsini.

Peyğəmbər buyurdu: O da çoxdur.

O, ərz etdi: Onda icazə ver, malımın üçdə bir hissəsini yoxsullara paylayım.

Peyğəmbər qəbul etdi. Əbu Lübabə varının üçdə birini Allah yolunda payladı.[87]

2. İki qardaş birlikdə Həcc əməllərini yerinə yetirmək üçün Məkkə şəhərinə tərəf yola düşdülər. Onlardan birinin adı Yə’qub idi. Səfər zamanı bu iki qardaşın arasında inciklik yarandı. Onlar dava etdikdən sonra küsərək bir-birindən ayrıldılar və bununla da böyük bir günah etmiş oldular. Bu səfərdən sonra Yə’qub Mədinə şəhərinə gəlib İmam Musa Kazim (ə)-ın hüzuruna çatdı. İmam (ə) ona buyurdu:

«Sən filan yerdə qardaşınla dava etdin. Bir-birinizə nalayiq sözlər dediniz. Bu cür hərəkətlər mənim və ata-babalarımın dini ilə ziddir. Allahdan qorx! Bunu bil ki, bir-birinizlə dava edib ayrıldığınıza görə tezliklə ölüm sizi bir-birinizdən ayıracaq. Qardaşın bu səfərdən vətənə qayıtmazdan əvvəl dünyasını dəyişəcək. Sən isə peşman olacaqsan».

Tutduğu işdən çox nigaran olan Yə’qub İmama ərz etdi: Bəs mənim aqibətim necə olacaq?

İmam Kazim (ə) buyurdu:

اَمّا اِنَّ اَجَلَكَ قَدْ حَضَرَ حَتّى وَصَلْتَ عَمَّتَكَ بِما وَصَلْتَها بِهِ فِي مَنْزِلِ كَذا وَكَذا فَزِيدَ فِي اَجَلِكَ عِشْرُونَ

«Sənin də ömrün sona çatmışdı. Lakin yarı yolda filan yerdə yaşayan bibinin yanına getdin və onu özündən razı saldın. Buna görə sənin ömrün 20 il artdı».

İmamın dediyi kimi də oldu: Yə’qubun qardaşı o səfərdə dünyasını dəyişdi, özü isə o hadisədən sonra 20 il yaşadı.[88]

Deməli Yə’qub bibisini yoxlamaqla əvvəlki günahını bir növ bağışlatdırdı.

3. «Nəkə» tayfasının böyüklərindən bir nəfər İmam Baqir (ə)-ın hüzuruna gəldi və ərz etdi:

Mən Həccacın (Əbdül Məlikin tərəfindən Kufədə hakim olan zülmkar şəxs) zamanından indiyə qədər, (əməvi xəlifələrinin tərəfindən) hökmdar olmuşam. Mən tövbə edə bilərəmmi?»

İmam sükut etdi. O, sualını təkrar etdi. İmam buyurdu:

لا حَتّى تُؤَدِّيَ اِلى كُلّ ذِي حَقٍّ حَقَّهُ

«Təkcə o vaxt tövbən qəbuldur ki, haqlarını yediyin şəxslərin hamısının haqqını özlərinə qaytarasan».

4. Əbu Xədicə deyir ki, İmam Sadiq (ə) buyurdu:

Bir nəfər Peyğəmbərin hüzuruna gəlidi və dedi: Cahiliyyət dövranında (yə’ni islamdan qabaqkı dövrdə) bir qızım oldu. Onu saxladım. O daha həddi-buluğa çatmışdı. Bir gün təzə paltarlarını ona geyindirib, bir quyunun kənarına apardım. Sonra onu quyuya atdım. Ondan eşitdiyim axırıncı söz bu idi: Atacan!). İndi isə peşman olmuşam. Sizdən istəyirəm ki, buyurasınız, mən bu günahımı hansı işlə yuya bilərəm?

Peyğəmbər buyurdu: Anan varmı?

O dedi: Xeyr.

Peyğəmbər buyurdu: Xalan necə, varmı?

O dedi: Bəli.

O Həzrət buyurdu:

فَاَبْرِزْها فَاِنَّها بِمَنْزِلَةِ الاُْمِّ يُكَفِّرْ عَنْكَ ما صَنَعْتَ

«Onda xalana yaxşılıq et! Çünki o da ana kimidir. Ona yaxşılıq etsən, günahın yuyulacaq».

Əbu Xədicə deyir: Mən İmam Sadiq (ə)-dan soruşdum ki, bu hadisə nə vaxt baş vermişdir?

İmam buyurdu: «Bu hadisə cahiliyyət dövründə baş vermişdi. Çünki o dövrdə qızları başqa qəbiləyə əsir düşüb uşaq dünyaya gətirməsin deyə, öldürürdülər».[89]

5. Əli-ibn-Yəqtin, Harun ərrəşidin vəziri və İmamlarımızın dostlarından idi. O, Harunun vəziri olmaq üçün gizlində İmam Kazimdən icazə almışdı ki, bu işlə müsəlmanlara xidmət etsin. Bir gün İbrahim adlı bir dəvə otaran ehtiyac üzündən Əli-ibn-Yəqtinin yanına gedir. Amma Əli ibn Yəqtinin vəzirlik məqamı İbrahimin istəyinin yerinə yetirmək, Hətta İbrahimə onun hüzuruna gəlmək icazəsini də vermir. Bu hadisədən bir neçə vaxt sonra Əli ibn Yəqtin həcc səfərinə gedir. O, bu səfərdə İmam Kazim (ə)-ı ziyarət etmək üçün Mədinə şəhərinə dönür. Lakin İmam onu qəbuluna buraxmır. O, çox çalışsa da İmamı ziyarət etməyə müvəffəq olmur. Axırda İmam evdən kənarda onunla görüşür. Əli İmamdan bu soyuqluğun səbəbini soruşur. İmam Kazim (ə) ona buyurur: Nə üçün filan gün İbrahimə e’tinasızlıq edib onu qəbuluna buraxmadın? Sənin bu günahına görə bu ilki həccin Allah dərgahında qəbul olunmayacaq. Ancaq onu özündən razı etsən, Həccin qəbul ola bilər.

Əli ibn Yəqtin bu sözü eşitdikdən sonra birbaşa Kufə şəhərinə qayıdıb İbrahimin evinə gedir. İbrahimi gördükdən sonra onun qarşısında üzünü torpağa qoyur və ondan xahiş edir ki, ayaqlarını onun üzü üstə qoysun. Bununla da o, İbrahimi özündən razı salır və Mədinə şəhərinə İmam Kazim (ə)-ın hüzuruna qayıdır. İmam onu hüzuruna qəbul edərək günahını təmizləmək üçün etdiyi bu işə görə ona təşəkkür edir. Əli ibn yəqtin də günahının bağışlanmasından şad olur.[90]

6. Qeys ibn Qasim öz qəbiləsinin böyüklərindən idi. O, cahiliyyət dövründə on iki qızını diri-diri torpağa basdırmışdı. On üçüncü qızını isə həyat yoldaşı bir müddət ondan gizli saxlamışdı, lakin Qeys ibn Qasim bundan xəbər tutan kimi onu da diri-diri basdırdı.

O, İslam dinini qəbul edib müsəlman oldu. Bu vaxt keçmiş işlərindən peşman olmuş halda Peyğəmbərin hüzuruna gəldi və əhvalatı danışdı. Bu vaxt Peyğəmbərin gözləri yaşla doldu və ağlamağa başladı. O Həzrət Qeysə buyurdu: «Ey Qeys! Səni çox pis günlər gözləyir. Başqasına rəhm etməyən şəxsə, Allah da rəhm etməyəcək» Qeys ərz etdi: «Bəs mən hansı işlə bu günahımı yüngülləşdirə bilərəm?»

Peyğəmbər buyurdu:

اَعْتِقُ عَنْ كُلِّ مَوْئُودَة نَسَمَةً

«(Günahlarını yüngülləşdirmək istəyir-sənsə) Basdırdığın hər qızın əvəzində bir qul azad et!».[91]

GÜNAH HAQQINDA YADDAŞLAR

1. Zülm etməyin növləri və onun cəzası.

İmam Əli (ə) buyurur:

اَلا وَاِنَّ الظُّلْمَ ثَلاثَةٌ: فَظُلْمٌ لا يُغْفَرُ، وَظُلْمٌ لا يُتْرَكُ، وَظُلْمٌ مَغْفُورٌ لا يُطْلَبْ

«Agah olun ki, zülm üç qismdir:

1. Heç vaxt bağışlanmayan zülm.

2. Cəzasız olmayan zülm.

3. Bağışlanan zülm.

Bu elə bir zülmdür ki, ondan sorğu-sual olunmayacaq.

Heç vaxt bağışlanmayan zülm isə Allaha müşrik olmaqdır. «Nisa» surəsinin 48-ci ayəsində oxuyuruq:

اِنَّ اللهَ لا يَغْفِرُ اَنْ يُشْرِكَ بِهِ

«Həqiqətən Allah-taala, Ona şirk qoşulmağı bağışlamır».

Cəzasız qalmayan zülm isə bəndələrin bir-birinə zülm etməyidir. Bu vaxt onlar özləri-özlərini cəzalandırırlar.

Bağışlanan zülm isə insanın kiçik günahlarla bu dünyanı dəyişməsidir.[92]

(Yə’ni bu vaxt o, kiçik günahlarla (zülmlərlə) dünyasını dəyişsə də onun bu günahları Allah-taala tərəfindən bağışlanır.)

2. Günahların ən pisi.

İmam Sadiq (ə) buyurur:

اَقْذَرُ الذُّنُوبِ ثَلاثَةٌ: قَتْلُ الْبَهِيمَةِ وَحَبْسُ مِهْرِ السُّنَّةِ وَمَنْعُ الاَْجِيرِ اَجْرَهُ

Günahların ən pisi üçdür:

1. Heyvanı (qeyri-şər’i yolla və səbəbsiz) kəsmək.

2. Qadının mehriyyəsini verməmək (kəbin kəsilən zaman qeyd olunan hədiyyə).

3. Fəhlənin muzdunu verməmək.[93]

Yalan danışmaq

İmam Baqir (ə) yalan danışmağın böyük günah olması haqqında buyurur:

«Allah-taala bütün pis işlər üçün açar yaradıb. O açar da şərabdır». (Sonra buyurur:)

اَلْكِذْبُ شَرٌّ مِنَ الشَّرابِ

«Yalan danışmaq, şərab içməkdən də pisdir».[94]

3. Ən pis insanlar:

Cabir ibn Əbdüllah Ənsari deyir:

İslam Peyğəmbəri öz səhabələrinə xitab edib buyurdu:

اَلا أخْبِرُكُمْ بِشِرارِ رِجالِكُمْ

«Sizə ən pis kişilərinizdən xəbər verim?»

Biz dedik: Xəbər ver, ey Allahın Rəsulu!

Həzrət buyurdu:

اِنَّ مِنْ شِرارِ رِجالِكُمْ الْبَهّاتَ الْجَرِيءَ الْفَحّاشَ، اَلاْكِلَ وَحْدَهُ، وَالْمانِعَ رِفْدَهُ، وَالضّارِبَ عَبْدَهُ، وَالْمُلْجِيءَ عَيالَهُ اِلى غَيْرِهِ

«Sizin kişilərinizin ən pisi bunlardır:

1. Qorxmadan və çəkinmədən başqasına töhmət vuranlar.

2. Özü tək yeyən və başqalarına qazandığından verməyən.

3. Öz qulunu vuran.

4. Öz həyat yoldaşını başqalarının sığınacağında qoyan. (Yə’ni öz ailəsinin dolanışığını tə’min etmədiyi üçün onlar başqalarına möhtac olanlar).[95]

4. Allaha kafir olmağın səbəbləri.

İmam Sadiq (ə) buyurur:

اُصُولُ الْكُفْرِ ثَلاثَةٌ: اَلْحِرْصُ وَالاْسْتِكْبارُ وَالْحَسَدُ

Kafir olmağın bünövrələri üçdür:

1. Dünya həyatına həddən artıq vurğun olmaq.

2. Təkəbbürlü olmaq.

3. Başqalarına həsəd aparmaq

Sonra Həzrət buyurdu: Dünya həyatına vurğun olmaq, Adəm peyğəmbəri qadağan olunmuş ağacın meyvəsini yediyi üçün behiştdən çıxardı. Təkəbbür, Şeytana Allahın əmrinə itaət edib Adəmə səcdə etmək icazəsini vermədi. Həsəd isə Adəm peyğəmbərin oğlanlarından birinin (Qabil) o birisini (Habili) öldürməsinə səbəb oldu.

5. Allahın əmrindən çıxmağa səbəb olan ən birinci günahlar.

İmam Sadiq (ə) buyurur:

Allahın əmrindən çıxmağa səbəb olan günahlar bunlardır:

1. Dünyaya hərislik;

2. Vəzifəpərəstlik;

3. Yeməyə hədsiz vurğunluq; (tamahkarlıq)

4. Yatmaqa hədsiz vurğunluq; (süstlük)

5. Həmişə istirahətdə olmaq fikri. (Tən-bəllik)

6. Qadınlara hədsiz məhəbbət.[96] (Şəhvət-pərəstlik)

6 İki üzlü şəxslərin əlamətləri

İslam Peyğəmbəri buyurur:

ثَلاثٌ مَنْ كُنَّ فِيهِ كانَ مُنافِقاً وَاِنْ صامَ وَصَلّى وَزَعَمَ اِنَّهُ مُسْلِمٌ: مَنْ اِذا اُئْتُمِنَ خانَ، وَاِذا حَدَّثَ كَذِبَ، وَاِذا وَعَدَ اَخْلَفَ

Üç xislət hər kəsdə olsa özünü müsəlman bilsə də oruc tutub namaz qılsa da ikiüzlü və münafiq hesab olunur:

1. Əlinə əmanət düşsə ona xəyanət edə.

2. Onun sözləri yalan ola.

3. Və’dəsinə əməl etməyə.[97]

7. Ən böyük günah.

İmam Əli (ə) buyurur:

اَعْظَمُ الذُّنُوبِ عِنْدَ اللهِ ذَنْبٌ صَغُرَ عِنْدَ صاحِبِهِ

«Allah dərgahında ən böyük günah budur ki, günahkar şəxs etdiyi günahı kiçik saya».[98]

8. Böyük günahların arasında ən böyük günah.

Bir nəfər İmam Əli (ə)-dan soruşdu:

ما اَكْبَرُ الْكَبائِر؟

«Böyük günahların arasında ən böük günah hansıdır?»

İmam buyurdu:

اَلاَْمنُ مِنْ مَكْرِ اللهِ، وَالْيَأْسُ مِنْ رَوْحِ الله، وَالْقُنُوطُ مِنْ رَحْمَةِ اللهِ

1. «Özünü Allahın əzabından amanda bilmək

2. Allahın ne’mət verməyindən ümidini üzmək

3. Allahın rəhmətinə ümidsiz olmaq».[99]

9. Günahın kəffarəsi; (Onu təmizləyən şeylər)

Bir nəfər Peyğəmbərdən soruşdu: «Mənim günahlarımı təmizləyən şeylər hansılardır?»

Peyğəmbər buyurdu:

الدُّمُوعُ وَالْخُضُوعُ وَالاَْمْراضُ

«Ağlamaq, təvazökarlıq etmək və xəstəliklər».

10. Allah dərgahından ən uzaq şəxslər;

İmam Sadiq (ə) buyurur:

اَبْعَدُ ما يَكُونُ الْعَبْدُ مِنَ اللهِ عَزَّوَجَلَّ اِذا لَمْ يَهُمُّهُ اِلاّ بَطْنَهُ وَفَرْجَهُ

«İnsanı Allahdan ən çox uzaqlaşdıran amil budur ki, insanın bütün fikri qarnını və şəhvətini doydurmaq olsun».[100]

11. Camaatla pis davranmağın nəticəsi;

İmam Sadiq (ə) buyurur:

اِنَّ سُوءَ الْخُلْقِ لَيُفْسِدُ الْعَمَلَ كَما يُفْسِدُ الْخِلُّ اَلْعَسَلَ

«Sirkənin balı xarab etməsi kimi pis davranış da insanın yaxşı işlərini məhv edir».[101]

12. Günah etməyin nəticəsində ölənlər və ehsan verməyin tə’sirləri.

İmam Sadiq (ə) buyurur:

مِنْ يَمُوتُ بِالذُّنُوبِ اَكْثَرُ مِمَّنْ يَمُوتُ بِالاْجالِ وَمَنْ يَعِيشُ بِالاِْحْسانِ اَكْثَرُ مِمَّن يَعِيشُ بِالاَْعْمار

«Günah etməyin nəticəsində ölənlər təbii ölənlərdən çoxdur. Ehsan verdiklərinə görə yaşayanlar (ömrü artanlar) isə təbii ömürlə yaşayanlardan çoxdur».

O Həzrət başqa bir hədisdə buyurur:

اِنَّ الْعَمَلَ السَّيِّىء اَسْرَعُ فِي صاحِبِهِ مِنَ السِّكِّينِ في اللَّحْمِ

«Pis işin insanın sağlam ruhundakı mənfi tə’siri bıçağın ətdəki tə’sirindən çoxdur».[102]

KİTABIN SONUNDA BİR SƏSLƏ ALLAHA BELƏ ƏRZ EDİRİK:

رَبَّنا اغْفِرْ لَنا ذُنُوبَنا وَاِسْرافَنا فِي اَمْرِنا وَثَبِّتْ اَقْدامَنا وَانْصُرْنا عَلَى الْقَوْمِ الْكافِرينَ

«İlahi! Bizim günahlarımızı bağışla, işlərimizdəki ifratlardan keç, qədəmlərimizi möhkəm et və bizi kafirlərə qalib et».

AMİN!

Geriyə Mündəricat