Geriyə Mündəricat Növbəti

Fatimə (ə) Qur’anla birgə

Qur’anla birgə, Qur’ana tay olmaq həzrət Peyğəmbər (s) Əhli-beytinin özünəməxsus məqamıdır və başqaları bu məqama çatmağa qadir deyillər. Bu Əhli-beytin ən böyük fəziləti, kamilliyin quş qona bilməyəcək zirvəsidir. Fatimə (s) həmin pak Əhli-beytdəndir. Fatimə (s) Peyğəmbər yadigarı, əmanətidir. Onu qorumaq gərəkdir. Fatimə (s) vəhy evindəndir və bu evdə onları anlayın. Fatimə (s) Qur’anın əsil üz tutduğu kəsdir. Fatimə kiçik əmanət, Qur’anın bərabəri, tayıdır. Fatimə və Qur’an ayrılmazdır. Fatimə Qur’an təfsirçisi, özü, danışan Qur’an, on bir danışan Qur’an anasıdır. Fatimə ilahi maarifin sahilsiz dəryasıdır.

Fatimə kamillik zirvəsindən doğmuş qürubsuz bir günəşdir. Bu zirvədə quş da ondan irəli keçə bilməz. Fatimə rəhbər və nümunədir. Ondan irəli keçmək fəlakətdir. Elmdə tayı-bərabəri tapılmaz. Budur Fatimənin üstünlüyü, məqamı.

Əhli-beytin rəhbərlik rolu

İnsanların düz yola yönəlməsində, onların kövsərə yetirilməsində Əhli-beytin rolu budur. Vəhy və Peyğəmbərin bütün məqamalrı Əhli-beyt məqamının təsdiqi, insanların bu iki qiymətli yadigardan faydalanması üçündür. Məhz Əhli-beytin rolunun əhəmiyyətinə görə bu elm qapısını bağlamaq üçün onlarla vuruşdular. Baş tutdu! Necə böyük bir zülm oldu. Qur’anı Əhli-beytdən ayırmaq, xalqı hər ikisindən məhrum etmək, insanları bu nicat gəmisindən saxalamağa çalışdılar.

Dünya qadınlarının üstünü

İnsanlar arasında daim başqalarına nümunə olan layiqli kəslər vardır – haqq yolunda mübarizliyi ilə nümunə olmuş çox insanlar mövcuddur. Həyat çətinliklərinin qaranlıq girdabında nəfsinə uymamış pak və iffətli qadınlar az deyil. Onlar cəmiyyət üçün nümunədirlər.

Hidayət və tərbiyə kitabı olan Qur’an insanların doğru yola yönəldilməsində təkcə yolun izahı ilə kifayətlənib, bu yolu keçmiş nümunələr təqdim edir. Eləcə də, küfr və azğınlıq öncülləri tanıtdırılır, onların yolunun xətərləri qeyd edilir. Bu tarixə baxış yox, tarix fəlsəfəsinin bəyanıdır.

Qur’an və layiq qadınlar

Qur’an iman gətirmək üçün münasib şərait olanda baş qatan qadınların, məsələn, Nuh və Lutun (ə) vəhy evində yaşamış, eyni zamanda Allaha küfr etmiş qadınları tanıtdırır. «Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini məsəl çəkir». («Təhrim» surəsi, ayə 10). Eləcə də Fir’onun arvadı həssas şəraitdə, sarayda zalıma ən yaxın fərd kimi mö’minlik, behişt istəyən bir nümunəvi bir fərd kimi xatırladılır. «Allah iman gətirənlərə Fir’onun zövcəsini misal çəkir». («Təhrim» surəsi, ayə 11).

Qur’ani-kərim Musa peyğəmbərin ana və bacısını peyğəmbəri xətərdən qurtarmış iki iffətli qadın kimi yada salır. («Qisəs» surəsi, ayə 23).

Qucağında peyğəmbər böyütmüş Məryəm nümunəvi bir qadın kimi göstərilir. Bu qadın günah təhlükəsində təkcə özünü qorumur, qarşı tərəfi də çəkindirir. Məryəm dedi: «Mən səndən Allaha pənah aparıram. Əgər müttəqisənsə, mənə toxunma». («Məryəm» surəsi, ayə 18). Allah-təala onun paklığına imza qoyur: «Allah həmçinin namusunu möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi məsəl çəkir». («Təhrim» surəsi, ayə 12). O, öz təqvası və əxlaqi ləyaqəti ilə Allahın seçdiyi böyük və nümunəvi bir xanımdır. «Ey Məryəm, öz Rəbbinə itaət et, səcdə qıl və rüku edənlərlə birlikdə rüku et». («Ali-imran» surəsi, ayə 42).

Məryəm (s) Allahın seçilmişidir

Təfsirin bu barədə bəyan olmuş əhəmiyyətli nöqtəsi budur ki, Məryəmin dünya qadınlarından üstün olması dedikdə onun bütün qadınlardan fəzilətli olduğu nəzərdə tutulmayıb. Sünni təfsirçilərində bu yanlışlığa çox təsadüf olunur. Həmin mübarək ayədə Məryəmə aid edilən üstünlük iki qisimdir. Bunun biri onun təqvalı, fəzilətli olmasıdır. Burada onun dünya qadınlarından üsütünlüyü nəzərdə tutulmur. Bunun ardınca nisbi üstünlük bildirilir. İkinci üstünlük dünya qadınlarına nisbətdə verilir. Məryəm əri olmadan, mö’cüzəli şəkildə dünyaya övlad gətirmişdir. Bu cəhətdən Məryəm dünya qadınlarından üstündür və hətta Fatimeyi Zəhra da onun kimi deyil. Lakin bu üstünlük fəzilətə aid deyil. Məryəm öz dövrünün qadınlarından fəzilətli ola bilər. Lakin dünya qadınlarının ən pakı, fəzilətlisi, alimi Fatimeyi Zəhradır.

Qur’anla Əhli-beytin uyğunluğu

Qeyd olunduğu kimi böyük əmanət Qur’anla kiçik əmanət Fatimə (s) arasında heç bir zidiyyət yoxdur. Onun təqva və fəzilət üstünlüyü hamıya aydındır.

Fatimə (s) ən üstün qadındır

Fatimənin (s) dünya qadınlarından üstünlüyünü bəyan edən bə’zi rəvayətlərə müraciət edirik.

İmam Sadiqdən (ə) Peyğəmbərin buyruğu haqqında sual edildi ki, Fatimə (s) öz əsrinin, yoxsa dünyanın ən üstün qadınıdır? Həzrət (ə) cavab verdi ki, öz əsrinin üstünü həzrət Məryəm idi. Fatimə isə əvvəldən axıra bütün behişt qadınlarının üstünüdür. («Bəhar» cild 43).

Həzrət Peyğəmbərdən nəql olunub: «Fatimə dünya qadınlarının üstünüdür. İbadət mehrabında yetmiş min müqqərrəb mələk ona salam verib, söhbət edir». Necə ki, Məryəm danışıb, «Allah səni pak edib, dünya qadınlarından üstün buyurdu» deyə müjdə veriblər. («Bəhar» cild 43).

Bu Zəhranın (s) qeyb sirlərini, fəzilətlərini aşkarlayan vəhy kimidir. Əgər vəhy işartısı olmasaydı, Fatimə fəzilətini kim bəyan edə bilərdi?1

Fatimə ülul-əzm peyğəmbərlərdən üstündür

Fatiməni peyğəmbərlərlə müqayisə edək. Əvvəlki hissədə Fatimənin dünya qadınlarından üstünlüyü haqqında söhbət etdik. Lakin Fatimənin uca məqamını nəzərə alsaq, onu adi insanlarla müqayisə etmək düz olmaz. Çünki müqayisə uyğun səviyyələr arasında aparıla bilər. (Dağı dağla müqayisə etmək olar, amma dağı çökəkliklə müqayisə etmək düz deyil) Fatimə yalnız peyğəmbərlərlə və övliyalarla müqayisə ediləsi şəxsiyyətdir. Əhli-beytin başqaları ilə müqayisə edilə bilməməsi Əhli-beytin özündən nəql olunub. Əvvəlki müqayisə Fatimənin uca məqamının bəyanına görə idi. Hətta peyğəmbərlər və övliyalar cərgəsində yalnız həzrət Peyğəmbər və Əlinin (ə) məqamı Fatimədən ucadır. Fatimə hətta Ulul-əzm peyğəmbərlərdən üstündür. Bunu bir neçə dəlillə sübuta yetirmək olar.

Əhli-beyt peyğəmbərlərdən üstündür

Əvvəla, müxtəlif mənbələrdə nəql olunmuş çoxlu rəvayətlərin məzmununa görə peyğəmbər Əhli-beyti bütün keçmiş peyğəmbərlərdən fəzilətlidir. Müxtəlif rəvayətlərdə Əhli-beytin başqalarından çoxcəhətli üstünlüyü nəql edilir. İmkanımıza görə yalnız bir neçə rəvayəti xatırlayırıq.

Bə’zi rəvayətlərdə həzrət Peyğəmbər və onun Əhli-beyti (s) Allahın qəbulu, hətta yaranışda belə başqalarından irəli olduqları üçün sevimli tanıtdırılır. İmam Sadiqdən (ə) nəql olunub ki, Əhli-beyt Ulul-əzm peyğəmbərlərin feyz məcrasıdır. Yenə İmam (ə) buyurur ki, Musanın Allahla danışığı, İsanın mö’cüzələri, qısası bütün fəzilətlər Əhli-beyt bərəkətindəndir. («Bəhar» cild 43). Musanın, İsanın mö’cüzələri Əli (ə) müqabilində sınmağın, qısası bütün ilahi inayətlər Əhli-beyt qarşısında təvazönün bərəkətindəndir. Çünki Əhli-beyt Allahı tanımaqda, bəndəlikdə, zikr deməkdə əvvəl məqamdır.

İmam Sadiqdən (ə) nəql olunub ki, göylərin və yerin zikri (bə’zi rəvayətlərdə mələklərin zikri) Əhli-beyt və Peyğəmbərin (s) zikrindəndir. («Bəhar» cild 25). Yenə də buyurur ki, bütün elm və fəzilətlər bizdəndir. («Bəhar» cild 26).

Bə’zi rəvayətlərdə Əhli-beytin sair peyğəmbərlərdən üstünlüyü bəyan olur. Necə ki, imam Sadiqdən (ə) «Bəhar»da belə rəvayətlər nəql olunmuşdur.

Qısası, rəvayətlərə nəzər salmaqla bu həqiqət aydınlaşır. Əhli-beyt keçmiş peyğəmbərlərdən üstündür və Fatimə (s) Əhli-beytin əsası, onun üstününə – həzrət Əliyə (ə) taydır. Fatiməyə yoldaş olmaq ləyaqəti Əhli-beytin ən üstünü olan Əliyə (ə) məxsusdur. Fatimə (s) Əlinin (ə) tayı olduğu üçün Əhli-beytin fəzilətlisidir və bütün sair peyğəmbərlərdən üstündür

İbrahim (ə) və Fatimə (s) məqamı arzusu

İkinci dəlil olaraq göstərə bilərik ki, Qur’ani-kərim peyğəmbərləri saleh bəndələrdən hesab etməklə buyurur: «Hamısı salehlərdəndir.» («Ən’am» surəsi, ayə 85). İbrahim (ə) kimi bə’zi peyğəmbərlər haqqında xüsusi ilə söhbət gedir. «Biz İbrahimə İshaqı, üstəlik Yə’qubu da ehsan buyurub, onların hamısını saleh şəxslər etdik». («Ənbiya» surəsi, ayə 72). Bununla belə ülul-əzm olan İbrahim haqqında buyurur: «Ey Rəbbim, mənə hikmət bəxş et və məni salehlərə qovuşdur.» («Şüəra» surəsi, ayə 83). Allah onun duasını qəbul edib, buyurur: «Həqiqətən biz onu dünyada seçdik». («Bəqərə» surəsi, ayə 130). Mə’lum olur ki, salehlərin məqamı bə’zən peyğəmbərlərin məqamından üstündür. Ulul-əzm peyğəmbərlərdən olan İbrahim salehlərdən olmasına baxmayaraq onlarla yaxınlıq diləyir. Mərhum Ustad Əllamə Təbatəbainin buyurduğuna görə həzrət İbrahim (ə) yaxın olmaq istədiyi uca məqam yalnız həzrət Məhmməddin Əhli-beytinin məqamıdır. («Əl-mizan» cild 1). Buna əsasən Əhli-beytin məqamı ülul-əzm peyğəmbərlərin məqamından yüksəkdir. Zəhra (s) Əhli-beyt zümrəsindən olub, bu uca məqama layiq kəsdir. Bəli, İbrahim onlarla yoldaşlıq arzulayır.

Digər sübut

Növbəti dəlil budur ki, insanın üstünlüyü onun mə’rifəti və imanından asılıdır. İlahi maarifdən faydalandıqca insan Allaha yaxınlaşsın. Bu cəhətdən həzrət Peyğəmbərin (s) dərəcəsi hamıdan üstündür və bir şəxsə aiddir. Çünki vəhy yolu ilə ona nazil olmuş Qur’an bütün əvvəlki kitablardan üstündür. «Biz Qur’anı sənə haqq olaraq, özündən əvvəlki kitabı təsdiq edən və onu qoruyan kimi nazil etdik». («Maidə» surəsi, ayə 48). Şəkk yoxdur ki, islam Peyğəmbəri və onun Qur’anı bütün peyğəmbərlər və kitablardan üstündür.

Digər tərəfdən səqəleyn hədisinə görə Əhli-beytin məqamı Qur’anla yanaşı tanıtdırılır. Elə bir kəramət yoxdur ki, Qur’ana aid ola, amma Əhli-beytə aid olmaya. Fərq olsaydı ayrılıq olardı. Hansı ki, səqəleyn hədisi ayrılığı inkar edir. Fatimənin üstün olmadığı yeganə şəxs hamıdan fəzilətli islam peyğəmbəridir. Müttəqilər ağası Əli (ə) ilə ya eyni məqamdadır, ya da Əli (ə) ondan üstündür. Qalan bütün bəşəriyyət Fatimədən (s) aşağı məqamdadır.

ÜÇÜNCÜ FƏSİL

FATİMƏ (S) YOLU

Övliya yoluna diqqət

Əvvəlki hissədə Fatimənin (s) fəzilətləri barədə danışıldı. Onun saysız fəzilətlərindən bir hissəsi təkrarlandı. Ümid edildi ki, o xanımın fəzilətləri hamının həyatı üçün nümunə olacaq.

Çünki bütün ilahi insanlar, xüsusilə Peyğəmbər (s) və Əhli-beyt günah və xətadan uzaqdır. Onlar başqaları üçün nümunədir. Onların həyatı daim diqqətdə olmalıdır. Ona görə də bu hissədə o xanımın həyatına bir nəzər salırıq ki, ilahi insanlardan nümunə götürməklə müvəffəqiyyət qazanaq. Hər bir insanın əsil sərmayəsi olan vaxtımızdan, ömrümüzdən bəhrələnək, dünya və axirətdə həmişəlik səadətimizi tə’min edək.

Fatimənin (s) sadə həyatı

İnsan fitrəti zatən paklığa meyilli olduğundan daim pak insanlar, onların əməl və əxlaqları sitayiş edilir. Ona görə də saleh insanların yolu nümunə götürülür. Nümunə götürmək, başqalarının dəyərli xüsusiyyətləri tə’sirində olmaq fitrətin əmridir. Çirkin əməllərə, əxlaqa nifrət də fitrətdəndir.

İnsan paklıq, yaxşılıq, gözəl sifətlərlə nə qədər çox ziynətlənərsə, cəmiyyətə tə’siri də bir o qədər çox olar, qəlbləri asanlıqla ələ alar. Peyğəmbərlər və ilahi rəhbərlərin insanlara tə’sir etməsinin sirri də budur. Onlar bəşəriyyətin fitri istəklərini oyatmağa çalışmışlar.

Digər tərəfdən özləri paklıq və yaxşılıq nümunəsi olub, məsləklərinə inanmışlar. Onların sözü və əməli arasında heç bir uyğunsuzluq olmamışdır. Vəhyə iman səbəbindən özləri dini göstərişlərə əməl etməkdə nümunə olmuşlar. Çünki sözlə əməl arasında ziddiyyət başqalarının nifrətinə səbəb olur. Hansı ki, əməl və söz bir-birlərini tamamlamalıdırlar.

Buna görə də cəmiyyətin inkişafında xüsusi rolu olan ilahi rəhbərlər xalqı paklığa, dünyaya uymamağa, nəfslə vuruşmağa çağırırlar. Onlar gözəl əxlaq və təqvada, Allah qarşısından təvazö və Ona itaətdə, Allah bəndələri ilə gözəl davranışda nümunədirlər. Onların həyatı sadə və zər-zibasız olmuş, yeməkləri, geyimləri, nəqliyyatları xalqınkından fərqlənməmiş, bəlkə də aşağı səviyyədə olmuşdur. Çünki peyğəmbərlər və ilahi insanlar insanın dəyərini maddiyatda görməmiş. İnsanı əsil məqsəddən yayındıran dünya bəzəklərinə meyl ağılsızlıqdır. Peyğəmbərlər isə cəmiyyətin ağıllılarıdırlar və heç zaman dünya malına bağlanmazlar. Həqiqi rəhbərlərlə yalançı rəhbərlərin fərqi budur.

Fatimə (s) izdivacdan əvvəl

Fatimə (s) elm və fəzilət məqamından əlavə, sadə həyatı müsəlmanlara nümunə olası ilahi insanlardandır. Onun bəhrəli həyatı hər növ bər-bəzəkdən, təmtəraqdan uzaq olmuşdur. İstər ata evində, müsəlmanların imkansız olduqları zamanda, istərsə də Mədinəyə hicrətdən sonra Əli (ə) ilə izdivac dövründə onun həyatı tam sadəliklə keçdi. Hansı ki, Zəhra (s) islam dünyası rəhbərinin qızı və ixtiyar sahibi idi.

Fatimə (s) izdivacdan sonra

Fatimənin (s) ailə həyatı olduqca sadə, dəbdəbəsiz idi. İslamın nümunə qadınının gəlinlik cehizinə baxın: Bir ədəd köynək, iki ədəd yaylıq, bir ədəd qətifə, xurma çubuğu və lifindən bir taxt, misir kətanından iki ədəd döşək (biri yun, biri xurma lifindən), ikisi yun, ikisi xurma lifindən dörd balış, bir pərdə, bir həsir, bir əl daşı-dəyirmanı, dəri məşk, süd üçün taxta kasa, dəri su qabı, bir küp, bir neçə kuzə, iki gümüş qolbaq, bir mis qab. («Bəhar» cild 43). Onun mehriyyəsi on beş dirhəm olub və Fatimə bu mehriyyə, bu imkanlarla ailə həyatına başlayıb. Amma bütün dünya onun dəyəri səmərəsindən bəhrələnir. Müsəlmanlar, Əhli-beyt ardıcılları onların həyatını öyrənməli, evlənmə xərclərini azaltmalıdırlar ki, cəmiyyətimizin cavanları rahatlıqla ailə həyatı qursunlar. Böyük cehiz, böyük mehriyyə insan üçün heç bir dəyərə malik deyildir.

Xülasə, belə bir həyat tərzinin seçilməsi Əli və Fatimə (s) məktəbindən öyrəniləsi dərsdir. Bəli, üzücü çətinliklərlə, qıtlıqla üzbəüz dayanmaq, əziz övladları ac yatırtmaq Əli və Fatimə (s) məktəbinin dərslərindəndir. Əli və Fatimə yaşayışı təmtəraqdan çox uzaqdır. Döyüş qənimətindən onlara düşmüş pay pərdə evin qapısından asılır. Peyğəmbər (s) otağa daxil olanda pərdəni görür. Fatimə (s) hiss edir ki, pərdə atasının ürəyincə deyil və Fatimə otağına uyğun gəlmir. Dərhal pərdəni açır və onu istifadə etmək fikrindən daşınır. («Bəhar» cild 43).

Fatimənin (s) evdarlığı

Fatimə və Əlinin (ə) təmtəraqsız həyatında ev və çöl işləri hər iki mə’sumun iştirakı ilə yerinə yetirilir. Evin çox işlərini xidmətçiyə həvalə etmədən özü icra edirdi. Bu söz puç xəyallarından özləri üçün şə’n düzəldənlərə, gündəlik işləri özlərinə sığışdırmayanlara nümunə göstərir. Diqqət edin: «Evin yanacağını hazırlamaq, su gətirmək, süpürmək Əlinin, dəyirmanda un çəkmək, xəmir etmək, çörək bişirmək Fatimənin öhdəsinə idi».

Həzrət Peyğəmbər (s) qullarla yanaşı torpaq üstə oturar, çörək yeyər, yalın ata minər, birini də tərkinə alar, özü qoyun sağar, ən kiçik işi belə özü yerinə yetirərdi.

Bu insanlar üçün nümunəvi bir üsuldur. Məhz, bu dəbdəbəsiz həyat tərzi insanları sehrləyir. Peyğəmbər (s) və Əhli-beytin (ə) kasıb daxması bir dünya mə’nəviyyat və əzəmətlə hər əsrdə insanları özünə cəlb edir. Bu ilahi rəhbərlərin ocaqları qırmızı və ağ evləri daim qorxudur və qorxudacaq. Əhli-beyt və Fatimənin (s) həyatını əsas götürməklə dünya və onun dəbdəbəsinə e’tinasız olmaq bizim öhdəmizədir. Dünya həyatı tez keçəsidir. Dünyaya bağlanmayaq. Bütün fəlakətlər dünyaya bağlanmaqdadır. («Vəsail» cild 11).

Sadəlik və dəbdəbədən uzaqlıq hər bir insan üçün müvəffəqiyyətin rəmzidir. Allah yanında ən əziz olan peyğəmbər və övliyaların həyatı dediklərimizə sübutdur. Kimsə deməsin ki, dünya malı insani kəramətdir. Əgər dünya malı kəramət olsaydı, Allahın ən yaxın bəndələri dünya malında qərq olardı. Hansı ki, ən yaxşı bəndələrin çətinlikdə, zalımları isə rifah içində görürük.

Fatimə (s) və ər qayğısı

Qur’ani-kərim ailə bünövrəsinin möhkəmliyində iki şərt qeyd edir. Bu iki şərt ödənərsə, ailə möhkəm olar və heç bir tufan onu silkələməz. Bu iki şərt pozulanda Şeytanın ailəyə nüfuz yolu açılır.

Bu əsaslardan, şərtlərdən biri ər-arvad arasındakı qarşılıqlı məhəbbətdir. Bu məhəbbət ailə mühitində xoşbəxtlik və səmimiyyət yaradır, eləcə də bütün bulanıqları aradan qaldırır. İkinci əsas qarşılıqlı şəkildə bağışlamaq, əfv etməkdir. Bu şərt ödənərsə, əlaqələr güclənər, ailə ixtilafları qabarmaz.

Qur’ani-kərim buyurur: «Onlarla ünsiyyətiniz üçün öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da onun dəlillərindəndir». («Rum» surəsi, ayə 21).

Allahın razılığı ilə, qarşıda bu barədə daha geniş danışılacaq.

Əli və Fatimənin (s) həyatı məhəbbət, güzəşt və isarın nümunəsidir. Bu iki mə’sumun günah və xətası olmasa da, onlarda mehr-məhəbbət, maddi çətinliklərə e’tinasızlıq özünün ən yüksək zirvəsindədir. O dövrün həyat çətinlikləri, ağır işləri şəxsən icra etmələri, üzücü sıxıntılar bu növ cavan ailənin güzəranına kölgə salmışdı. Həyatları tam kasıblıqla keçir, çox vaxt evdə bir parça çörək də olmurdu. Lakin ailədə hökm sürən səbr və mərhəmət ab-həvası bütün çətinlikləri unutdururdu. Hətta ən çətin vəziyyətdə də Fatimə (s) Əlidən (ə) nə isə tələb etmir, onu əziyyətə salmaq istəmirdi. Diqqət edin:

Əli (ə) otağa daxil olur. Fatiməni (s) rəng-ruhu saralmış görür. Fatimədən (s) yemək istəyəndə «üç gündür evdə yemək yoxdur» cavabını alır. Əli (ə) buyurur:

Nə üçün mənə xəbər vermədin?

Həzrət Fatimə (s) buyurdu:

Atam Peyğəmbər (s) mənə qadağan edib ki, səndən nə isə istəyəm. Buyurub ki, özü ilə bir şey gətirsə, gətirib, gətirməsə tələb etmə.

Başqa bir rəvayətə görə yuxarıdakı hadisə zamanı Zəhranın (s) körpələri aclıqdan titrəyirdilər.

Bəli, Fatimə tək mehriban bir ana «Məhəmməd gülü» olan övladları ilə bu sayaq çətinlikdə yaşayırdılar. Budur Fatimə (s) dözümü, budur Fatimənin (s) Əliyə (ə) qayğısı.

Rəvayətə görə, Fatimədən (s) bu sözləri eşidən Əli (ə) yemək ardınca evdən çıxır. Bir dirhəm borc alır ki, ev üçün ruzi alsın. Yolda Miqdadla rastalaşır və bu vaxt onu evdən çıxmağa vadar edən səbəbi soruşur. Miqdad cavab verir: «Aclıq». Bunu eşidən Əli (ə) borc aldığı bir dirhəmi Miqdada verib, evə əliboş qayıdır.

Bir daha Fatimə və Əli (ə) isarının təcəllası

Bəli, o Fatimə, bu isə Əli (ə) isarından bir nümunə. İndi isə vəhy ailəsinin isar dünyasına nəzər salaq.

Əli (ə) evə daxil olub görür ki, həzrət Peyğəmbər (s) əyləşib, Fatimə (s) isə namaz qılır. Onun kənarında ağzı ötrülü tabaq qoyulub. Fatimə namazını tamamlayıb tabağın üstünü açır. Əli (ə) görür ki, tabaqda çörək və ət var. Bunun haradan olduğunu soruşur. Fatimə cavab verir ki, Allah tərəfindən. Allah istədiyinə hesabsız ruzi verər. («Təfsire-əyyaşi» cild 1).

Digər bir rəvayətə görə Fatimə namaz qılıb dua etdi və Allah dərgahına üz tutdu. («Bəhar» cild 43). Allah onun duasını qəbul edib, qeybi ruzilərlə bəhrələndirdi.

Bu Fatimə və Əli isarının, fədakarlığının təcəllası, vəhy ailəsinin həyat tərzidir. İnsan bu iki nümunənin həyatını görəndə təmtəraqla yaşayanlarla, kiçik sıxıntıya görə ailə mühitini cəhənnəmə döndərənlərlə müqayisə edir. Onda Əhli-beytin nə dərəcədə ideal olması üzə çıxır.

Fatimə o qədər vəfalı və fədakar yoldaş idi ki, Əli onun haqqında buyururdu: «Yoldaşım Fatimə Allaha itaətdə ən yaxşı köməkçidir». Əli (ə) də Zəhraya bu sayaq səmimi və iftixarlı bir yoldaş idi. Zəhra (s) buyururdu: «Ən yaxşı mənim yoldaşımdır». . («Bəhar» cild 43).

Geriyə Mündəricat Növbəti