Geriyə Mündəricat Növbəti

2. «Günahları tərk etməyi qərara almaq».

3. «Camaatın haqqını yeyibsə onları qaytarmaq».

4. «Allahın onun boynuna qoyduğu vəzifələri yerinə yetirmək». (Namaz qılmaq, oruc tutmaq kimi).

5 «Bədəninin haram maldan əmələ gələn ətlərini ibadətlə əritmək».

6. «İnsanın bədəni günahın ləzzətini çəkdiyi kimi ibadətin çətinliyini də dadsın». Bu mərhələlərdən sonra “اَسْتَغْفِرُ الله” Allahdan bağışlanmaq istəyirəm deyə bilərsən».

İmam Səccad (ə) buyurur:

اِنَّمَا التَّوْبَةُ اَلْعَمَلُ وَالرُّجُوعُ عَنِ الاَْمْرِ وَلَيْسَتِ التَّوْبَةُ بِالْكَلامِ

«Tövbə etmək təkcə dildə deyil; tövbə pis yollardan çəkilib yaxşı işlər görməkdən ibarətdir».

Bununla da tövbənin qəbul olunmasının şərtlərini öyrəndik ki, günahı tərk etməkdən və günahlardan peşman olmaqdan əlavə, günahkar şəxs etdiyi günahların əvəzini də çıxmalıdır. Misal üçün: Qur’anda oxuyuruq: «İffətli qadına böhtan atan şəxsə 80 zərbə şallaq vurulmalıdır.» Sonra Qur’an buyurur:

اِلاَّ الَّذِينَ تابُوا مِنْ بَعْدِ ذلِكَ وَاَصْلَحُوا

«(Bu qanundan) o kəslər istisna olunurlar ki, bundan (böhtan atdıqdan) sonra tövbə edib işlərini düzəltsinlər». («Nur» surəsi, ayə 5)

Bu ayədə «وَاَصْلَحُوا» (işlərini düzəltsinlər) cümləsi onu bildirir ki, tövbənin qəbul olunmasının mühüm şərtlərindən biri də budur ki, insan tövbə etdikdən sonra keçmiş səhvlərini düzəltsin və yaxşı işlərlə məşğul olsun. Xalis tövbənin şərtlərindən biri də günahkar şəxsin etdiyi günahları e’tiraf etməsidir.

İmam Baqir (ə) buyurur:

وَاللهِ ما يَنْجُو مِنَ الذَّنْبِ اِلاّ مَنْ اَقَرَّ بِهِ

«Allaha and olsun. günahı e’tiraf etmədən günahdan qurtuluş yoxdur».

İmam Əli (ə) buyurur:

اَلْمُقِرُّ  بِالذَّنْبِ تائِبٌ

«Günahını e’tiraf edən şəxs tövbə etmiş kimidir».

3. TÖVBƏNİN NÖVLƏRİ

İmam Sadiq (ə) buyurur:

وَكُلُّ فِرْقَة مِنَ الْعِبادِ لَهُمْ تَوْبَةٌ... وَتَوْبَةُ الْخاصّ،  مِنَ الاِْشْتِغالِ بِغَيْرِ اللهِ تَعالَى، وَتَوْبَة الْعامِّ مِنَ الذُّنُوبِ

«Hər dəstənin özünə məxsus tövbəsi var. Allahın məxsus bəndələrinin tövbəsi Allahdan bir an da olsa, qafil olmaları üçün etdikləri tövbədir. Ümumi camaatın tövbəsi isə günahlardan tövbə etməkdir». Belə qənaətə gəlirik ki, keçmiş əməllərdən peşman olmaq və günahları tərk etmək tövbənin birinci mərhələsidir.

Sonrakı mərhələlər isə tövbə edən şəxsin hər cəhətdən günahdan qabaqkı mə’nəvi halətinə qayıtmasıdır. Qızdırması olan xəstə dərman qəbul etdikdən sonra hərarəti kəsilir, lakin bundan sonra onun bədənini möhkəmlətmək üçün başqa bir dərmana ehtiyac var. Günahkar da belədir: günahdan tövbə etdikdən sonra yaxşı işlər görməlidir ki, ruhu saflaşsın.

İmam Baqir (ə) buyurur:

التّائِبُ مِنَ الذَّنْبِ كَمَنْ لا ذَنْبَ لَهُ، وَالْمُقِيمُ عَلَى الذَّنْبِ وَهُوَ مُسْتَغْفِرٌ مِنْهُ كَالْمُسْتَهْزِءُ

«Günahdan tövbə edən şəxs günahı olmayan şəxs kimidir. Günah etməkdə davam edən şəxsin tövbə etməsi isə istehza etməkdir.»

4. TÖVBƏNİN QƏBUL OLUNMA ÇƏRÇİVƏSİNİN GENİŞLİYİ

Yuxarıda qeyd etdiyimiz kimi «Zümər» surəsinin 53-cü ayəsində oxuyuruq:

... لا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللهِ اِنَّ اللهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعاً

«Allahın rəhmətindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayır». Bu ayədən mə’lum olur ki, tövbə qapısı hamının üzünə açıqdır. Belə nəql edirlər ki, Peyğəmbərin sevimli əmisi Həmzənin qatili qara qul bu ayəni eşitdikdən sonra Peyğəmbərin hüzuruna gəlib tövbə etdi. Peyğəmbər onun tövbəsini qəbul etdi. Lakin ona buyurdu:

«Mənim gözümə görünmə, çünki sənə baxa bilmirəm».

Peyğəmbərdən bu ayə haqqında soruşdular ki, təkcə Həmzənin qatilinə aiddir, ya hamı üçündür. Həzrət buyurdu: Hamı üçündür».

Tövbənin qəbul dairəsi o qədər genişdir ki, bunu  indi qeyd edəcəyimiz əhvalatdan da anlamaq olar. Nəql olunub ki, bir nəfər İmam Rza (ə)-ın hüzurunda dedi: «Allah lə’nət etsin İmam Əli (ə)-la müharibə edənlərə!»

İmam ona buyurdu:

قُلْ اِلاّ مَنْ تابَ وَاَصْلَحَ

«Tövbə edib yaxşı işlər görənlərdən başqa».

Bu hədisdən Allahın günahkar bəndələrinə nə dərəcədə mehriban olmasını başa düşürük. Ümumiyyətlə, islam dini tövbə və Allaha tərəf dönüş qapısını heç kimin üzünə bağlamır.

«Büruc» surəsinin 10-cu ayəsində buyurulur:

اِنَّ الَّذِينَ فَتَنُوا الْمُؤْمِنِينَ وَالْمُؤْمِناتِ ثُمَّ لَمْ يَتُوبُوا فَلَهُمْ عَذابُ جَهَنَّم

«O kəslər ki, iman gətirən kişi və qadınlara işgəncə verdilər və sonra tövbə etmədilər, onlar üçün cəhənnəm əzabı olacaqdır».

Bu ayədə «sonra tövbə etmədilər» cümləsi bildirir ki, hətta işgəncə verənlər də tövbə etsələr, onların tövbəsi qəbuldur.

5. ALLAH-TAALANIN GÜNAHDAN TÖVBƏ EDƏNLƏRƏ QARŞI XÜSUSİ İSTƏYİ

«Bəqərə» surəsinin 222-ci ayəsində oxuyuruq:

اِنَّ الله يُحِبُّ التَّوابِينَ

«Allah tövbə edənləri sevir».

İmam Baqir (ə) buyurur: «Allah-taalanın tövbəkar şəxslərə qarşı sevinci gecə yarısı səhrada dəvəsini itirib sonradan tapan şəxsin sevincindən çoxdur».

İmam Baqir (ə) başqa bir hədisdə buyurur:

اللهُ اَفْرَحُ بتَوْبَةِ عَبْدِهِ مِنَ الْعَقِيمِ الْوالِ، وَمِنَ الضّالِ الْواجِدِ، وَمِنَ الظَّمْآنِ الْوارِدِ

«Allah-taalanın bəndəsinin tövbəsinə sevinməsi, övladı olmayan adamın uşağı olandan sonrakı sevincindən, itirdiyi şeyi tapan şəxsin və həmçinin, susuz adamın su tapdıqdan sonrakı sevincindən çoxdur».

İslam Peyğəmbəri (s) buyurur:

«Heç bir məxluq Allah dərgahında tövbəkar qadından və ya kişidən sevimli deyil.»

O Həzrət başqa bir kəlamında buyurmuşdur:

التّائِبُ حَبِيبُ اللهُ

«Tövbə edən şəxs Allahın sevimli bəndəsidir»

6. TÖVBƏNİ TƏ’XİRƏ SALMAQ

İnsana hər an Allah tərəfindən tövbə etmək əmr olunur. Allahın «Tövbə edin» fərmanı bu mühüm işə tələsməyə çağırır. Deməli, tövbəni tə’xirə salmaq Allahın fərmanının icrasını tə’xirə salmaq deməkdir. Belə bir şəxs Allahın əmrini tərk etmiş hesab olunur. İmam Cavad (ə) buyurur:

تَأْخِيرُ التَّوْبَةِ اِغْتِرارٌ، وَطُولُ التَّسْوِيف حَيْرَةٌ

«Tövbəni tə’xirə salmaq bir növ lovğalıqdır. Tövbənin tə’xir müddətini uzatmaq isə bir növ avaraçılıqdır».

Bir şəxs İmam Əli (ə)-dan ona nəsihət verməsini xahiş etdi. O Həzrət buyurdu:

لا تَكُنْ مِمَّنْ يَرْجُوا الاْخِرَةِ بِغَيْرِ الْعَمَلِ وَيُرَجِّي التَّوْبَةَ بِطُولِ الاَْمَلِ

«Yaxşı işlər görməmiş və ibadət etməmiş axirət və behişt ümidində olanlardan olma. Həmçinin uzun-uzadı arzularla tövbəni tə’xirə salan şəxslərdən olma».

İmam Əli (ə) başqa hədisdə buyurur:

لا دِينَ لِمُسَوِّف بِتَوْبَتِهِ

«Tövbə etməyi bu gün-sabaha saxlayan şəxsin dini yoxdur».

İmam Baqir (ə) buyurur:

اِيّاكَ وَالتَّسْوِيفَ فَاِنَّهُ بَحْرٌ يُغْرَقُ فِيهِ الْهَلْكى

«Tövbəni tə’xirə salmaqdan çəkin. Çünki tövbəni tə’xirə salmaq bir dənizə bənzər ki, tövbə etməyi tə’xirə salan şəxs onda boğulacaqdır».

Diqqətli olmalıyıq ki, insanda ölüm əlamətləri görünəndən sonra daha onun tövbəsi qəbul olunmur.

Fir’on suda boğulan zaman tövbə edib iman gətirdi. Lakin onun tövbəsi Allah dərgahında qəbul olunmadı. Bu mətləbi açmaq üçün «Nisa» surəsinin 18-ci ayəsindən istifadə edirik.

Məhəmməd Həmədani deyir: İmam Rza (ə)-dan soruşdum: Nə üçün Allah-taala Fir’onu suda batırdı? Halbuki, o iman gətirdi və Allahın birliyini e’tiraf etdi.

İmam cavabında buyurdu:

لاَِنَّهُ آمَنَ عِنْدَ رُؤْيَةِ الْبَأْسِ، وَالاِْيمانُ عِنْدَ رُؤْيَةِ الْبَأْسِ غَيْر مَقْبُول

«Çünki o, Allahın əzabını gördükdən sonra iman gətirdi və Allahın əzabını gördükdən sonra iman gətirmək qəbul deyil».

Hədislərin bə’zisində belə oxuyuruq: Mö’min şəxs günah edərsə, 7 saata kimi ona möhlət verilir. Bu müddət ərzində etdiyi günahdan tövbə etsə, onun günahı yazılmır. Bə’zi hədislərdə isə bu müddət səhərdən axşama kimi qeyd olunmuşdur.

İmam Sadiq (ə) buyurur:

اِنَّ الْعَبْدَ اِذا اَذْنَبَ ذَنْباً اُجِّلَ مِنْ غَدْوَة اِلَى اللَّيْلِ فَاِنْ اسْتَغْفَرَ اللهَ لَمْ يُكْتَبْ عَلَيْهِ

«Bəndə günah edərsə ona səhərdən axşama kimi möhlət verilir. Bu müddətdə Allahdan bağışlanmaq istəsə onun günahı yazılmır».

7. TÖVBƏNİN PARLAQ NƏTİCƏLƏRİ

Tövbə və onun Allah tərəfindən qəbul olunması Allahın böyük ne’mətlərindəndir. Tövbənin bir çox gözəl nəticələri var. O cümlədən:

1. Xalis tövbə günahkar insanı daxilən elə saflaşdırır ki, elə bil ki, günah etməyib.

İmam Baqir (ə) buyurur:

التّائبُ مِنَ الذَّنْبِ كَمَنْ لا ذَنْبَ لَهُ

«Günahdan tövbə edən şəxs günah etməyən şəxs kimidir».

Həqiqi tövbə günahların insanın ruhunda qoyduğu tə’sirləri məhv edir.

İmam Sadiq (ə) buyurur:

«Bəndə tövbə edəndə Allah-taala onu sevir, dünyada və axirət aləmində onun günahlarını bağışlayır, onun etdiyi günahları günahlarını yazan mələklərin yadından çıxarır. Onun bütün bədən üzvlərinə əmr verir ki, onun günahlarını gizlətsinlər və günah etdiyi yerlərə əmr verir ki, onun günahını gizli saxlasınlar».

Sonra buyurdu:

فَيَلْقَى اللهَ حِينَ يَلْقاهُ وَلَيْسَ شَـْيءٌ يَشْهَدُ عَلَيْهِ بِشَـْيء مِنَ الذُّنُوبِ

«Deməli, tövbə edən şəxs elə bir halda Allahın görüşünə gedəcək ki, onun günahlarına şəhadət verən heç bir şey olmayacaq».

Qabaqda qeyd etdiyimiz kimi, «Təhrim» surəsinin 8-ci ayəsində mö’minlərə xalis tövbə etmək əmr olunubdur. Bu barədə xalis tövbənin 5 nəticə və səmərəsinə işarə olunub:

1. Günahların bağışlanması.

2. Allahın ne’mətləri ilə dolu olan behiştinə daxil olmaq.

3. Qiyamətdə rüsvay olmamaq.

4. Bu dünyada iman gətirib yaxşı işlər görməyin nuru qiyamət günü tövbə edən şəxslərin sorağına gəlib onlarla birlikdə hərəkət edir və behiştin yolunu onlara göstərir.

5. Onların tövbədən sonra Allaha diqqətləri çoxalır, Allahdan mə’nəviyyət nurunun vücudlarında çoxalmasını və günahlarının daha kamil şəkildə bağışlanmasını istərlər.

Başqa sözlə, həqiqi tövbə insanı Allah dərgahında o qədər sevimli edir ki, Allah-taala bəndəsinə qarşı çox xoşhal olur. Onu özünə dost seçir və onu bəndələrinin ən sevimlisi hesab edir.

İmam Kazim (ə) buyurur:

وَاَحَبُّ الْعِبادِ اِلَى اللهِ تَعالى اَلْمُفَتَّنُونَ التَّوّابُونَ

«Allahın ən sevimli bəndələri o kəslərdir ki, (bilmədən) günah etdikdən sonra çoxlu tövbə etsinlər».

Mə’sum İmamlarımızın birindən çatan başqa bir hədisdə oxuyuruq: «Allah-taala tövbə edən şəxslərə üç ne’mət verir ki, onlardan birini bütün yerlərin və göylərin əhalisinə versəydi, nicat tapardılar».

1. «Onlara belə bir müjdə verilib ki, «Allah-taala onları (tövbə edənləri) sevir. («Bəqərə», surəsi, ayə 222) və Allah sevdiyi və istədiyi şəxsə əzab verməz».

2. «Allahın ən yüksək dərəcəli bəndələri tövbə edənlərin günahlarının bağışlanması üçün dua edir və onların Allah dərgahında dərəcələrinin daha da ucalmasını arzu edirlər». («Mö’min», surəsi, ayə 7-8-9.)

3 «Tövbə edən şəxslərin günahları pozulur, Allah onlara rəhmət və əmin-amanlıq müjdəsi verir».

(«Fürqan», surəsi, 68-70-ci ayələr)

Tövbə bəhsinin sonunda İmam Səccad (ə)-ın Allahla etdiyi raz-niyazdan bir hissəyə diqqət yetirək. O Həzrət Allaha belə ərz edir:

اِلهي اَنْتَ الَّذِي فَتَحْتَ لِعِبادِكَ باباً اِلى عَفْوِكَ، سَمَّيْتَهُ التَّوْبَةَ، فَقُلْتَ: تُوبُوا اِلَى اللهِ تَوْبَةً نَصُوحاً، فَما عُذْرُ مَنْ اَغْفَلَ دُخُولَ الْبابِ بَعْدَ فَتْحِهِ؟

«Ey mənim Allahım! Sən bəndələrinin günahlarını bağışlamaq üçün bir qapı açdın. O qapının adını da tövbə qoydun. Sonra buyurdun: Allaha xalis tövbə edin! Daha bundan sonra bu qapıya daxil olmayan şəxsin üzrü nədir?»

GÜNAHIN VURDUĞU ZƏRƏRLƏRİ ARADAN QALDIRMAQ

Yuxarıda qeyd etdik ki, tövbənin mühüm şərtlərindən biri də günahın zərərlərini məhv edib aradan qaldırmaqdır. İslamda bunun adını «Kəffarat və yaxud təkfir» (ikisi də örtmək və təmizləmək mə’nasını verir) qoyurlar.

«Təkfir» ihbat sözünün müqabilidir. İhbat, yə’ni insan böyük bir günah etməklə özünün yaxşı işlərini Allah dərgahında puç etsin. «Təkfir» (kəffarat sözündəndir) isə yə’ni insan keçmiş günahlarının tə’sirini öz vücudundan təmizləsin. Başqa sözlə, tövbə iki mərhələdən təşkil olunur:

1. Günahları tərk etmək.

2. Yaxşı işlər görməklə günahların tə’sirini aradan qaldırmaq.

Misal üçün, bir müddət ata-anasını incidən şəxs tövbə etdikdən sonra təkcə buna qənaət etməməlidir. O bundan sonra yaxşı işlər görməli və elə yaxşı övlad olmalıdır ki, ata-anasının xatirindən əvvəlki hərəkətlərinin acılığı təmizlənsin.

GÜNAHIN TƏ’SİRİNİN TƏMİZLƏNMƏSİ BARƏDƏ OLAN QUR’AN AYƏLƏRİ

1. «Rə’d» surəsinin 22-ci ayəsində oxuyuruq:

وَيَدْرَئُونَ بِالْحَسَنَةِ السَّيِّئَةَ

«Düşüncəli şəxslər o kəslərdirlər ki, yaxşı işlər görməklə pis işlərini (və onların qoyduğu tə’siri) məhv edirlər».

2. «Fürqan» surəsinin 70-ci ayəsində oxuyuruq:

اِلاّ مَنْ تابَ وَآمَنَ وَعَمِلَ صالِحاً فَاوُلئِكَ يُبَدِّلُ اللهُ سَيِّئاتِهِمْ حَسَنات

«Allah ancaq tövbə eləyən, iman gətirən, yaxşı iş görən şəxslərin pis işlərini yaxşı işlərlə əvəz edər».

3. «Hud» surəsinin 114-cü ayəsində oxuyuruq:

وَاَقِمِ الصَّلوةَ طَرَفَي النَّهارِ وَزُلْفاً مِنَ اللَّيْلِ اِنَّ الْحَسَناتِ يُذْهِبْنَ السَّيِّئاتِ

«Gündüzün iki vaxtında və gecəyə yaxın saatlarda namaz qılın. Çünki yaxşı işlər, pis işləri yuyub aparır».

4. «Nisa» surəsinin 31-ci ayəsində oxuyurq:

اِنْ تَجْتَنِبُوا كَبائِرَ ما تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنْكُمْ سَيِّئاتِكُمْ

Geriyə Mündəricat Növbəti