Geriyə | Mündəricat | Növbəti |
«Günahlar azğınlığı günahkar şəxsə müsəllət edir və bununla da onu Peyğəmbərin canişininin vilayətini və imamətini rədd etməyə, Peyğəmbərin nübüvvətini inkar etməyə vadar edir. Axırda onun işi bir həddə çatır ki, Allahın birliyini inkar edib, kafir olur».
4. Duaların qəbul olunmaması.
İmam Baqir (ə) buyurur: «Bəndə Allaha dua edərkən duasının tez və yaxud gec qəbul olunmasını istəyir. Amma bu vaxt bəndə bir günah edir. Allah-taala mələklərə əmr edir ki, onun istəyini verməyin. Çünki o Mənim qəzəbimə düçar oldu.»
5. Ruzinin kəsilməsi. İmam Baqir (ə) buyurur:
اِنَّ الرَّجُلَ لَيُذْنِبُ الذَّنْبَ فَيُدْرَءُ عَنْهُ الرَّزْقُ
«Bir şəxs günah edir. Nəticədə ruzisi ondan uzaqlaşır».
6. Gecə namazından məhrum olmaq. Bu barədə İmam Sadiq (ə) buyurur:
اِنَّ الرَّجُلَ يُذْنِبْ الذَّنْبَ فَيُحْرَمُ صَلاةَ اللَّيْلِ
«İnsan etdiyi günahın nəticəsində gecə namazı qılmaqdan məhrum olur».
7. Gözlənilməz hadisələrdən amanda olmamaq. İmam Əli (ə) buyurur:
«Günahkar şəxs özünü gözlənilməz hadisələrdən amanda bilməməlidir».
Bunlardan əlavə yağışın yağmaması, evin viran olması, qiyamət günü yüz il həbsdə qalmaq, Allahın qəzəbinə və lə’nətinə düçar olmaq, misli görünməyən növbənöv bəlalar, peşimançılıq, rüsvayçılıq, ömrün qısa olması, zəlzələ baş verməsi, cəmiyyətdə fəqirliyin yayılması, qəm-qüssə, xəstəlik, pis adamların əlində zəlil olmaq və s… günah etməyin nəticəsində Allah-taalanın insana qəzəblənərək göndərdiyi bəlalardır. Günahkar üçün axirət cəzası isə daha kəskin və dəhşətli olacaq. Bu barədə hədislər doğrudan da çoxdur. Lakin bunlardan yalnız beşini diqqətinizə çatdırmaqla bu bəhsi tamamlayırıq.
1. İslam Peyğəmbəri buyurur: «Allah-taala namazı yüngül sayan şəxsi onbeş bəlaya düçar edər.
1. Ömrünü qısa edər.
2. Ruzisini azaldar.
3. Onun üzündən saleh adamlara oxşarlığı çəkər.
4. Onun yaxşı işlərinə savab verməz.
5. Saleh adamların onun haqqındakı duaları qəbul olunmaz.
6. Onun ölümü zəlilcəsinə olar.
7. Onun ölümü aclıq və susuzluq halında olar.
8. Ölümündən sonra Allah tərəfindən ona əzab vermək üçün bir mələk tə’yin olunar.
9. Allah-taala onun qəbrini darlaşdırar.
10. Qiyamət günü onun hesab-kitabı çətin olar.
11. Allahın nəzəri ondan çəkilər.
12. Çətin əzaba düçar olar.
13. Onun qəbri zülmət qaranlıq olar.
14. Allah tərəfindən bir mələk camaatın gözü qabağında onu yerə tərəf çəkər.
2. Peyğəmbər Əli (ə)-a buyurur: «Zina etməyin altı dənə mənfi tə’siri vardır. Onun üçü bu dünyada, üçü isə axirət aləmindədir. Bu dünyadakı tə’sirləri bunlardır: Rüsvay olmaq, ömrün qısa olması, ruzinin kəsilməsi. Axirət aləmindəki tə’sirləri isə bunlardır: Qiyamətin günü çətinlik çəkər, Allah qarşısında hesab verər, Allahın qəzəbinə düçar olar, Cəhənnəm atəşində əbədi qalar. Bunlardan əlavə, zina edən şəxsin yaxşı işlərinə savab verilməz. Duası qəbul olunmaz, saleh şəxslərin onun üçün etdikləri dualar da qəbul olunmaz».
3. Qiyamət günündə on günahkar dəstənin siması.
Məaz ibn Cəbəl deyir: Əbu Əyyub Ənsarinin evində İslam Peyğəmbərinin hüzurunda idik. Mən o Həzrətdən soruşdum: Bu ayədən məqsəd nədir ki, Allah-taala buyurur:
يَوْمَ يُنْفَخُ فِي الصُّورِ فَتَأْتُونَ اَفْواجهاً
«Sur çalınan gün (Qiyamət günü) camaat dəstə-dəstə gələrlər». («Nəbə’» surəsi)
Həzrət buyurdu: Qiyamət günü mənim ümmətimdən günahkar olanlar on dəstədə olacaqlar:
1. Meymun sifətində.
2. Donuz sifətində.
3. Başı yerdə, ayaqları göydə gələn halda.
4. Kor.
5. Kar və lal.
6. Bir dəstə dişlərini çeynəyir və ağızlarından gələn çirk hamını narahat edir.
7. İylənmiş murdardan da pis iyli dəstə.
8. Bir dəstə atəşdən və istidən qızarmış mislərdən paltar geyən halda.
9. Əlləri və ayaqları kəsilmiş halda.
10. Atəşdən olan darlara asılmış halda.
Birinci dəstə xəbərçilik edənlər, ikinci dəstə haram yeyənlər, üçüncü dəstə sələm yeyənlər, dördüncü dəstə zalım qazilər, beşinci dəstə lovğa (təkəbbürlü) adamlar, altıncı dəstə elminə əməl etməyən alimlər və qazilər, yeddinci dəstə qonşularını incidənlər, səkkizinci dəstə zalım şəxslərə casusluq edənlər, doqquzuncu dəstə şəhvətpərəstlər və Allahın haqqını malından ayırmayanlar (xums və zəkat verməyənlər), onuncu dəstə isə özünü hamıdan üstün tutan şəxslərdir.»
4. İslam Peyğəmbəri buyurur:
مَنْ وَلِيَ عَشَرَةً فَلَمْ يَعْدِلْ فِيهِمْ، جاءَ يَوْمَ الْقِيامَةِ وَيَداهُ وَرِجْلاهُ وَرأسُهُ فِي ثَقْبِ فَأْس
«Əgər bir şəxs on nəfər adama başçılıq edə, lakin onlarla etdiyi rəftar ədalətli olmaya, o şəxs qiyamət günü məhşərə gələndə ayaqları və əlləri baltanın saplanan yerində olacaq».
5. İmam Sadiq (ə) buyurur:
مِنْ سَوَّدَ اِسْمَهُ فِي دِيوانِ وُلْدِ فُلان حَشَرَهُ اللهُ يَوْمَ الْقِيامَةِ خِنْزِيراً
«Hər kəs adını filankəsin (Abbasi xəlifələrindən birinin və ya hər hansı zülmkar rəhbərin) idarəsində yazdırsa, Allah-taala onu qiyamət günü donuz simasında gətirəcək».
6. İmam Baqir (ə) buyurur: İslam Peyğəmbərinin kitabında belə oxuduq: Məndən sonra camaat aşkarda zina etsə, qəflətən baş verən ölümlər də çoxalar. Tərəzidə alıcını aldatmaq çoxalanda, Allah-taala qıtlığı bəla kimi camaata göndərər. Camaat mallarının zəkatını verməsələr, torpaq öz bərəkətini itirər. Qohum-əqrəbanın bir-biri ilə gəliş-gedişi kəsilsə, sərvət və var-dövlət pis adamların əlinə düşər. Camaat bir-birini yaxşı işlərə də’vət etməsələr və pis işlərdən çəkindirməsələr, Allah-taala pis adamları camaatın canına salar. Bu vaxt yaxşı adamların duası da qəbul olunmaz.»
Tövbə və onun Allah tərəfindən qəbul edilməsi Allahın insanlara verdiyi ən böyük qiymət və ne’mətlərdəndir. Demək olar ki, tövbə və onun qəbul olunması Allahın insana qarşı böyük rəhmət və mehribançılığının əlamətidir. Tövbə günahları tərk edib Allaha tərəf dönüş deməkdir. Tövbə insanın Allah qarşısında üzr istəməyinin ən yüksək mərhələsidir. Rağib özünün «Müfrədat» kitabında yazır: «Üzr istəmək üç yerə bölünür:
1. Üzr istəyən şəxs üzr istəyən zaman deyir:
«Mən filan işi görmüşəm.»
2. Üzr istəyən şəxs gördüyü işi boynuna alır, lakin etdiyi günahın səbəbini göstərir.
3. Üzr istəyən şəxs deyir: «Filan işi görmüşəm. Onun pis iş olmasını boynuma alıram. İndi isə gördüyüm pis işdən pişman olmuşam».
Belə üzr istəməyin adı tövbədir.
Rağib sonra yazır: İslam dinində tövbə etməyin dörd şərti var:
1. Günahları tərk etmək.
2. Günahdan peşman olmaq.
3. Tövbə etdikdən sonra daha günah etməməyi qərara almaq.
4. Günah etdiyi günlərin əvəzini ibadət etməklə çıxmaq».
Tövbə çirkli paltarı bədəndən çıxarıb yerinə təmiz paltar geymək, yaxud çirkli və bulaşıq bədəni hamamda yumaq kimidir. «Hud» surəsinin əvvəlində Allah-taalanın insanları hidayət etməsi dörd mərhələdə xülasə olunmuşdur:
1. Tövhid (Allahı yeganə bilmək).
2. Müşrik adamlarla mübarizə aparmaq.
3. Günahlardan təmizlənmək.
4. Allah tərəfinə qayıtmaq.
Yə’ni insan özünü ilahi sifətlərə malik etsin. «Hud» surəsinin 3-cü ayəsində üçüncü və dördüncü mərhələ haqqında belə oxuyuruq:
وَاَنِ اسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا اِلَيْهِ
«Və belə ki, Allahdan bağışlanmaq istəyin (ki, sizin günahlarınızı bağışlasın), sonra Ona tərəf qayıdın.»
Tövbə ilə Allahdan bağışlanmaq istəməyin bir ayədə yan-yana gətirilməsi onu bildirir ki, bunlar bir-birindən fərqlidirlər. Yə’ni birincisi özünü günahlardan təmizləmək, ikincisi (tövbə) isə ilahi xüsusiyyətlərə yiyələnmək deməkdir. Həmçinin, bu ayədə Allahdan bağışlanmaq istəməyin tövbədən qabaq qeyd olunması bizə öyrədir ki, insan əvvəlcə özünü günahlardan təmizləməli, sonra mə’nəvi dəyərlərə və ilahi xüsusiyyətlərə yiyələnməlidir. Əvvəlcə çirkli paltarı geyinməli və ya batil əqidələri qəlbindən yox etməli, sonra qəlbində həqiqi Allaha yer verməlidir.
Qur’an ayələrində Allah-taalaya 91 dəfə «Ğəfur» (çox bağışlayan) və beş dəfə «Ğəffar» (ən çox bağışlayan) deyilmişdir. Çoxlu ayələr də camaatı Allaha tərəf qayıtmaq üçün çağırır və onların etdikləri günahlara görə Allahdan bağışlanmaq istəməyə də’vət edir. Bu ayələrdə 80 dəfədən çox tövbədən söz açılmışdır. Burada onlardan bir neçəsini nəzərdən keçirək:
1. «Ali-İmran» surəsinin 135-ci ayəsində oxuyururq:
وَالَّذِينَ اِذا فَعَلُوا فاحِشَةً اَوْ ظَلَمُوا اَنْفُسَهُمْ ذَكَرُوا اللهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ
«(Pəhrizkar insanların əlamətlərindən biri də budur) Pis iş görən zaman və yaxud özlərinə zülm edəndə, Allahı yada salar, günahlarının bağışlanmasını diləyərlər».
2. «Nisa» surəsinin 110-cu ayəsində oxuyuruq:
وَمَنْ يَعْمَلْ سُوءً اَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللهَ يَجِدِ اللهَ غَفُوراً رَحِيماً
«Hər kəs pislik edə və ya özünə zülm edə, sonra Allahdan bağışlanmaq istəyə, Allahı bağışlayan və rəhimli görəcək».
3. «Maidə» surəsinin doqquzuncu ayəsində oxuyuruq:
وَعَدَ اللهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصّالِحاتِ لَهُمْ مَغْفِرَةٌ وَاَجْرٌ عَظِيمٌ
«Allah iman gətirənlərə və yaxşı işlər görənlərə bağışlanmaq və yaxşı əcir və’d etmişdir.»
4. «Zümər» surəsinin 53-cü ayəsində oxuyuruq:
قُلْ يا عِبادِي الَّذِينَ اَسْرَفُوا عَلى اَنْفُسِهِمْ لا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللهِ اِنَّ اللهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعاً اِنَّهُ هُوَ الْغَفُورُ الرِّحِيمِ
«De: Ey Mənim bəndələrim-özlərinin əleyhinə olaraq hədlərini aşanlar! Ümidinizi Allahın rəhmətindən üzməyin. Allah bütün günahları bağışlar. Günahlardan keçən və rəhimli olan təkcə Odur.»
Bu ayədə gələn «Mənim bəndələrim, ümidinizi üzməyin.», Allahın rəhməti, bütün günahları bağışlaması, Allahın rəhimli və bağışlayan olması kimi sözlər Allahın rəhmətinin böyüklüyünü və tövbə qapısının həmişə açıq olmasını bildirir. Xüsusən, Mənim bəndələrim kəlməsi, bəndələrin Allaha nisbət verilməsi onların Allah bəndəsi olmağına dəlalət edir. Allah-taala insanlara qarşı o qədər mehribandır ki, onları öz bəndələri deyə xitab edir. Deməli, Allah tərəfindən bağışlanmağa və Onun rəhmətinə ümid çox olmalıdır.
5. «Bəqərə» surəsinin 186-cı ayəsində oxuyuruq:
وَاِذا سَأَلَكَ عِبادِي عَنّي فَاِنِّي قَرِيبٌ اُجِيبُ دَعْوَةَ الدّاعِ اِذا دَعانِ فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُزا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ
«Əgər bəndələrim məni səndən soruşsalar, bilsinlər ki, onlara yaxınam. Dua eləyənlərin duasına məni çağırdıqları vaxt cavab verərəm. Onlar da gərək Mənim dediyimə səs verib Mənə iman gətirsinlər, bəlkə doğru yola hidayət olalar».
Allahın insanlara yaxın və mehriban olması haqqında incə nöqtələrdən biri də budur ki, bu ayədə Allah-taala şeyi özünə nisbət verib: Mənim bəndələrim, Mənim haqqımda, Mən yaxınam, Məni çağırın, Mən cavab verirəm, Mənim də’vətimi qəbul etsin, Mənə iman gətirsin.
6. «Nur» surəsinin 31-ci ayəsində belə oxuyuruq:
... وَتُوبُوا اِلَى اللهِ جَمِيعاً اَيُّها الْمُؤْمِنُونَ
«Ey mö’minlər! Hamılıqla Allaha tərəf qayıdın».
7. «Şura» surəsinin 25-ci ayəsində oxuyuruq:
وَهُوَ الَّذِي يَقْبَلُ التَّوْبَةَ مِنْ عِبادِهِ
«Bəndələrinin tövbəsini qəbul eləyən Odur.»
8. «Bəqərə» surəsinin 222-ci ayəsində oxuyuruq:
...اِنَّ اللهَ يُحِبُّ التَّوّابِينَ
«Allah-taala tövbə edənləri sevir».
9. «Təhrim» surəsinin 8-ci ayəsində oxuyuruq:
يا اَيُّها الَّذِينَ آمَنُوا تُوبُوا اِلَى اللهِ تَوْبَةً نَصُوحاً
«Ey İman gətirənlər! Sidqi-qəlbdən tövbə eləyib, üzünüzü Allaha tutun».
10. «Şura» surəsinin 25-ci ayəsində oxuyuruq:
وَهُوَ الَّذِي يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبادِهِ وَيَعْفُوا عَنِ السَّيِّئاتِ
«Bəndələrin tövbəsini qəbul edən və onların günahlarını bağışlayan Odur».
11. «Maidə» surəsinin 74-cü ayəsində oxuyuruq:
اَفَلا يَتُوبُونَ اِلَى اللهِ وَيَسْتَغْفِرُونَهُ وَاللهُ غَفُورٌ رَحِيمٌ
«Allaha tövbə edib, Ondan əfv diləməzlərmi?! Günahlardan keçəndir, rəhimlidir Allah».
Bu ayədə Allah-taala insanlardan soruşmaq yolu ilə onları tövbə etməyə də’vət edir. Bu ayədə Allahın iki sifəti- yə’ni bağışlayan və rəhim sifəti gəlibdir. Ola bisin insanlar Allahın bu iki sifətini bilib tövbə etsinlər və özlərinin bağışlanmalarına ümidli olsunlar.
Tövbə haqqında olan hədisləri araşdırdıqda bu mövzuda çoxlu maraqlı mətləblər görürük. İndi isə onlardan bə’zilərini qısa şəkildə nəzərinizə çatdırırıq.
Xalis tövbənin beş şərti var:
1. Günahı tərk etmək;
2. Keçmiş günahlardan peşman olmaq;
3. Günah etməyəcəyini qərara almaq;
4. Etdiyi günahları ibadətlə əvəz etmək;
5. Dillə tövbə etmək;
Xalis tövbə nədir?
Qabaqda dediyimiz kimi «Təhrim» surəsinin səkkizinci ayəsində buyurulur:
تُوبُوا اِلَى الله تَوْبَةً نَصُوحاً
«Allah dərgahına qayıdıb xalis tövbə edin».
İmam Sadiq (ə) xalis tövbənin təfsirində buyurur:
هُوَ الذَّنْبُ الَّذِي لا يَعُودُ فِيهِ اَبَداً
«Xalis tövbə budur ki, insan günahı tərk etdikdən sonra bir daha günaha qayıtmasın».
İmam Hadi (ə) xalis tövbəni belə şərh edir:
اَنْ يَكُونَ الْباطِنَ كالظّاهِرِ وَاَفْضَلُ مِنْ ذلِكَ
«Xalis tövbə odur ki, insan tövbə etdikdən sonra onun daxili, zahiri kimi hətta zahirindən də yaxşı olsun».
İslam Peyğəmbəri xalis tövbə haqqında buyurur:
اَنْ يَتُوبَ التّائِبُ ثُمَّ لا يَرْجِعُ فِي ذَنْب كَما لا يَعُودُ اللَّبَنَ اِلَى الضَّرْعِ
«Xalis tövbə odur ki, südün ana döşünə qayıtmadığı kimi, tövbə edən şəxs də günaha qayıtmasın».
İmam Əli (ə) xalis tövbənin mə’nasında buyurur:
نَدَمٌ بِالْقَلْبِ وَاِسْتِغْفارٌ بِاللِّسانِ وَالْقَصْدُ عَلى اَنْ لا يَعُودَ
«Ürəkdən peşman olmaq, dillə üzr istəmək və günahı tərk etməyi qərara almaq».
Bir şəxs İmam Əli (ə)-ın hüzurunda özünü göstərmək üçün dedi:
اَسْتَغْفِرُ الله
(Allahdan bağışlanmaq istəyirəm.) Əli (ə) dedi: Anan matəminə otursun! Bilirsənmi, istiğfar təkcə dildə deməklə deyil. Onun yüksək mərhələsi var. (Sonra buyurdu:) Tövbə və istiğfarın altı şərti var:
1. «Keçmiş günahlardan peşman olmaq».
Geriyə | Mündəricat | Növbəti |