Geriyə | Mündəricat | Növbəti |
İmam Kazim (ə) onun yanından qayıtdı və sabahı gün məscidə getdi. O kişi də məsciddə idi. İmamı görcək bu ayəni oxudu:
اللهُ اَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسالَتَهُ
«Allah-taala daha yaxşı bilir ki, öz risalətini hansı ailəyə versin».
Kişinin dostları bu sözdən sonra onun yanına gəlib, belə danışmağının səbəbini soruşdular. O, İmamla olan əhvalatı dostlarına söylədi. İmam Kazim (ə) isə evə qayıdanda kişini öldürmək istəyənlərə dedi: Hansı yaxşı idi: sizin dediyiniz, yoxsa mənim onunla etdiyim rəftar?!
İslam şəriət hökmlərində günahkarla davranış haqqında çox dəqiq göstərişlər vardır. Bu göstərişlərə düzgün əməl olunsa, günahkarların günahdan uzaqlaşmasına mühüm tə’sir edəcəkdir. Misal üçün, islam dinində gələn hüdud, diyə, qisas və tə’zir kimi hökmlərin kamil surətdə icrası günahın cəmiyyətdən yığışmasında müstəsna rol oynayacaqdır. İslamda tə’kid olunan göstərişlərdən bə’ziləri:
Şərab içənlərə qız verməyin,
Günahkara zəkat düşmür.
Günah işdən ötrü səfərə çıxan şəxsin namazı bütövdür.
Ərli arvad və ya evlənmiş kişi zina etsə, e’dam olunmalıdır.
Ərinə itaət etməyən arvadın nəfəqəsini (dolanışığını) tə’min etmək ərinə vacib deyil.
Oğrunun əli kəsilməli və ona rəhm olunmamalıdır.
Şərab olan süfrənin başında oturmaq qadağandır.
Hətta o süfrədə çörək yeməkdə haram və günahdır.
İslamda olan bu cür hökmlər insanlarla nə cür davranmağı bildirir. Bu hökmlərin hər biri öz növbəsində günahkarı etdiyi günahdan çəkindirməkdə özünə məxsus rol oynayır.
Dini, elmi və təcrübi cəhətdən təsdiq edilmişdir ki, insanın bütün işlərinin həm bu dünyada, həm də axirət aləmində nəticəsi vardır. Bu məsələni bir bitkinin yerə əkilməsi ilə müqayisə etmək olar. Bu bitkinin toxumu gül olsa, onun gələcəkdəki məhsulu da gül olacaq, yox əgər yerə əkilən bitkinin toxumu tikan olsa, gələcəkdə o yerdə tikan bitəcəkdir.
Başqa sözlə desək, hər bir əməlin əksüləməli vardır. Misal üçün, futbol topunu yerə vurmaq bir iş və əməl, onun bu təzyiq nəticəsində yerdən qalxmasına isə əksüləməl deyilir. Topun yerdən necə qalxması bizim onu yerə necə vurmağımızdan asılıdır. İnsanın bütün işləri belədir. Amma diqqət olunmalı məsələ odur ki, əməllərin də həm axirət aləmində, həm də bu dünyada nəticəsi vardır. Bu fərqlə ki, dünyada olan nəticələr axirət aləmi ilə müqayisədə çox azdır. Həmçinin insanın gördüyü işlərin nəticəsi müxtəlif növlərdə meydana çıxır. Eləcə də nəzərə almalıyıq ki, bu dünyada insanın başına gələn bəlalardan bir hissəsi onun etdiyi pis işlərin nəticəsidir. Bə’zi bəlalar isə müəyyən adamların tərəqqi etməsi və təkamülə yetişməsinə zəmin yaradır. “Bəqərə” surəsinin 155-ci ayəsində oxuyuruq:
(وَلَنَبْلُوَنَّكُمْ بِشَـْيء مِنَ الْخَوْفِ وَالْجُوعْ...)
«Sizi mütləq sınağa çəkərik, bir az qorxu, bir az da aclıq ilə və malların, canların, məhsulların qıtlığı ilə. Səbirli adamlara müjdə ver»!
Bu barədə çoxlu hədislər də var. O cümlədən, İmam Sadiq (ə) buyurur:
اِنَّ اَشَدَّ النّاسِ بَلاءَ الاَْنْبِياءُ ثُمَّ الَّذِينَ يَلُونَهُمْ، ثُمَّ الاَْمْثَلُ فَالاَْمْثَلُ
«Ən çox bəlaya düçar olanlar (sınağa çəkilənlər) peyğəmbərlər, sonra onların yolunun davamçıları, daha sonra hər dövrdə yaxşı insanlardır».
Qur’anda günahın nəticələri haqqında onlarla ayə mövcuddur. Burada o ayələrdən bir neçəsini nəzərdən keçirək:
1. «Bəqərə» surəsinin 59-cu ayəsində oxuyuruq:
فَاَنْزَلْنا عَلَى الَّذِينَ ظَلَمُوا رِجْزاً مِنَ السَّماءِ بِما كانُوا يَفْسُقُونَ
«Zalımlara zülm etdikləri üçün göydən əzab nazil eitdik».
2. «Maidə» surəsinin 49-cu ayəsində oxuyuruq:
يُرِيدُ اللهُ اَنْ يُصِيبَهُمْ بِبَعْضِ ذُنُوبِهِمْ
«Allah onları bə’zi günahlarına görə cəzalandırmaq istəyir».
3. «Ən’am» surəsinin 6-cı ayəsində oxuyuruq:
... فَاَهْلَكْناهُمْ بِذُنُوبِهِمْ
«Onları etdikləri günaha görə həlak etdim».
4. «Ə’raf» surəsinin 96-cı ayəsində oxuyuruq:
... فَاَخَذْناهُمْ بِما كانُوا يَكْسِبُونَ
«Onları əməllərinə görə cəzalandırdıq».
5. «Nəml» surəsinin 52-ci ayəsində Allah-taala buyurur:
فَتِلْكَ بُيُوتُهُمْ خاوِيَةً بِما ظَلَمُوا
«Bu onların evləridir ki, zülm etdiklərinə görə boş qalıbdır».
6. «Nuh» surəsinin 35-ci ayəsində oxuyuruq:
مِمّا خَطِيئآتِهِمْ اُغْرِقُوا
«Onlar günahlarına görə qərq oldular».
7. «Şəms» surəsinin 14-cü ayəsində oxuyuruq:
فَدَمْدَمَ عَلَيْهِمَ رَبُّهُمْ بِذَنْبِهِمْ فَسَوّها
«Batdıqları günaha görə Rəbbləri gurultulu bir əzab göndərdi, onların yurd-yuvasını yerlə yeksan elədi ».
8. «Rə’d» surəsinin 11-ci ayəsində oxuyuruq:
اِنَّ اللهَ لا يُغَيِّرُ ما بِقَوْم حَتّى يُغَيِّرِوا ما بَاَنْفُسِهِمْ
«Nə qədər ki, insanlar öz halını dəyişdirmir.
Allah onların halını dəyişdirmir.»
9. «Mütəffifin» surəsinin 14-cü ayəsində oxuyuruq:
كَلاّ بَلْ رانَ عَلى قُلُوبِهِمْ ما كانُوا يَكْسِبُونَ
«Xeyr, elə deyil! Kafirlərin qəlbi qazandığı günahlardan pas atmışdır».
10. «Şura» surəsinin 30-cu ayəsində oxuyuruq:
وَما آصابَكُمْ مِنْ مُصِيبَة فَبِما كَسَبَتْ اَيْدِيكُمْ وَيَعْفُوا عَنْ كَثِير
«Başınıza nə müsibət gəlirsə, bu sizin öz işlərinizin nəticəsidir. O, çoxunu isə əfv edir».
Maraqlı budur ki, İmam Əli (ə) deyir:
Peyğəmbər buyururdu ki:
خَيْرُ آية فِي كِتابِ اللهِ هذِهِ الاْيةُ
«Qur’anda ən yaxşı ayə bu ayədir».
Sonra Peyğəmbər buyurur:
يا عَلِيُّ! ما مِنْ خَدْشِ عُود وَلا نِكْبَةَ قَدَم اِلاّ بِذَنْب
«Ey Əli! Hətta adi taxta parçasından dəyən zərər və insanın ayağının büdrəməsi də etdiyi günahın nəticəsidir».
... وَمَنْ جاءَ بِالسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِي النّارِ هَلْ تُجْزَوْنَ اِلاّ ما كُنْتُمْ تَعْمَلُون
1. «Pislik edən şəxslər üzü üstə od içinə atılacaqlar. Elə bilirsiniz etdiyiniz işlərin cəzası bundan başqa olacaq?!» («Nəml», 90)
2. «Cinn» surəsinin 23-cü ayəsində oxuyuruq:
وَمَنْ يَعْصِ اللهَ وَرَسُولَهُ فَاِنَّ لَهُ نارَ جَهَنَّمَ خالِدينَ فِيها اَبَداً
«Allah və Rəsuluna qarşı çıxan şəxsi Cəhənnəm odu gözləyir. Və o, od içində əbədilik qalar».
3. «Mə’aric» surəsinin 11-16-cı ayələrində buyurur:
يَوَدُّ الْمُجْرِمُ لَوْ يَفْتَدِي مِنْ عَذاِ يَوْمَئِذ بِبَنِيهِ ـ وَصاحِبَتِهِ وَاَخِيهِ ـ وَفَصِيلَتِهِ الَّتِي تُوْوِيهِ ـ وَمَنْ فِي الاَْرْضِ جَمِيعاً ثُمَّ يُنْجِيهِ ـ كَلاّ اِنَّها لَظى ـ نَزَّاعَةً لِلشَّوى
«Günahkar şəxs əzabdan qurtarmaq üçün oğul-uşağını, arvadını, qardaşını, onu həmişə himayə edən yaxın qohumlarını, yer üzündə kimi varsa hamısını fəda eləmək istər. Onu Cəhənnəm odundan heç nə xilas etməz, dərisini, ətini bişirib qoparar».
4. «Mö’minun» surəsinin 104-cü ayəsində oxuyuruq:
تَلْفَحُ وُجُوهَهُمُ النّارُ وَهُمْ فِيها كالِحُونَ
«Od üzlərini yalayar və onlar cəhənnəmdə qaş-qabaqlı olarlar».
Günahın ən pis tə’sirlərindən biri də budur ki, insanın etdiyi yaxşı işləri də puça çıxardır. Yə’ni günahdan qabaq edilən yaxşı işlərə savab verilmir. Qur’anda 16 dəfə yaxşı işlərin puça çıxmasından söz açılmışdır. Bu ayələrə diqqət etdikdən sonra belə nəticə alırıq ki, küfr etmək, müşrik olmaq, ilahi ayələri təkzib etmək, məadı (ölümdən sonrakı həyatı) inkar etmək, mürtəd olmaq, peyğəmbərlərə qarşı əks mövqelərdə dayanmaq kimi günahlar insanın yaxşı işlərini Allah dərgahında puça çıxardar. Məsələn: Bir daşı yolun ortasından götürüb bir kənara atan şəxs sürücülərin rahatlığını tə’min etdiyinə görə yaxşı iş görübdür. Lakin bu şəxs bu xeyirxah işi gördükdən sonra yolu qazıb xarab etmişdirsə, bu vaxt onun etdiyi pis iş yaxşı işini də kölgədə qoyub məhv edir. Beləliklə, böyük günahlar insanın xeyirxah işlərini puç edir. İblis Allah qarşısında təkəbbür edib Allahın fərmanından çıxdığına görə altı min illik ibadətini məhv etdi. Deməli, günahkar şəxslər etdikləri yaxşı işlərə güvənə bilməzlər.
Günahı təkrar etmək insanın qəlbini qaraldır, onu insani xislətlərdən çıxarıb heyvani xüsusiyyətlərə malik edir və başqa böyük günahlara zəmin yaradır. Misal üçün: birinci dəfə şərab içən şəxs müsəlman olduğu üçün çox çətinlik çəkir. İkinci dəfə isə bu iş onun üçün bir az asanlaşır. Amma bu işi çox təkrar etdikdən sonra şərab içmək onun üçün su içməkdən də asan olur. Deməli, günahı təkrar etmək, hətta böyük günahları da insan üçün asanlaşdırır. «Nəhl» surəsinin 108-ci ayəsində oxuyuruq:
اُولئِكَ الَّذِينَ طَبَعَ اللهُ عَلى قُلُوبِهِمْ وَسَمْعِهِمْ وَاَبْصارِهِمْ وَاُولئِكَ هُمُ الْغافِلُونَ
«Onlardır (Kafirlərdir) ürəyinə, qulaqlarına, gözlərinə Allahın (qıfıl) vurduğu kəslər. Məhz onlardır qəflətdə olanlar».
«Səff» surəsinin 5-ci ayəsində oxuyuruq:
فَلَمّا زاغُوا اَزاغَ اللهُ قُلُوبِهُمْ
«Onlar haqq yolundan münhərif olan zaman, Allah da onların qəlbini dəyişdirdi».
«Rum» surəsinin 10-cu ayəsində oxuyuruq:
ثُمَّ كانَ عاقِبَةَ الَّذِينَ اَسائُوا السّوئا اَنْ كَذَّبُوا بِآياتِ اللهِ وَكانُوا بِها يَسْتَهْزِئُونَ
«Pis işlər görən şəxslərin əməli o yerə çatdı ki, Allahın (göndərdiyi) ayələri təkzib etdilər və onu məsxərəyə qoydular».
Bə’zi zalım şəxslərin çoxlu günah və zülm etmək nəticəsində, haqqı inkar edib kafir olması hallarına tarixdə çox rast gəlinibdir. Bunların hamısı günahın tə’siri nəticəsində baş verən hadisələrdir. Əksi isə belədir: yaxşı işlərlə və ibadətlə çoxlu məşğul olmaq, insanın ruhunu və qəlbini saflaşdırır. Bu barədə bir neçə hədisə diqqət yetirək:
İmam Sadiq (ə) buyurur:
ما مِنْ شَـْيء اَفْسَدَ لِلْقَلْبِ مِنْ خَطِيئة، اِنَّ الْقَلْبَ لَيُواقِعُ الْخَطِيئَةَ فَما تَزالُ بِهِ حَتّى تَغْلِبَ عَلَيْهِ فَيُصَيِّرض اَعْلاهُ اَسْفَلَهُ
«Günahdan çox insanın qəlbini fasid (xarab) edən bir şey yoxdur. Qəlb günah edir. O günahı təkrar edir. Nəticədə alt-üst olur».
İmam Kazim (ə) buyurur:
اِذا اَذْنَبَ الرَّجُلُ خَرَجَ فِي قَلْبِهِ نُكْتَةً سَوْداءُ فَاِنَّ تابَ اِنْمَحَتْ، وَاِنْ زادَ زادَتْ حَتّى تَغْلِبَ عَلى قَلْبِهِ فَلا يُفْلِحُ بَعْدَها اَبَداً
«İnsan günah edən zaman onun qəlbində qara bir nöqtə yaranır. Bu günaha görə tövbə etməsə və etdiyi günahlarını artırsa, o qara nöqtə də böyüyüb ləkəyə çevrilir. Belə ki, axırda onun bütün qəlbi qaralır. Bundan sonra isə o daha səadətə yetişmir.»
İmam Əli (ə) buyurur:
ما جَفَّتِ الدُّمُوعُ اِلاّ لِقَسْوَةِ الْقُلُوبِ، وَما قَسَتِ الْقُلُوبُ اِلاّ لِكَثْرَةِ الذُّنُوبِ
«Təkcə qəlbin bərkliyi nəticəsində gözlərin yaşı quruyur. Qəlbin bərkliyi isə çoxlu günahların tə’siri nəticəsindədir».
Ümumiyyətlə, insanın başına gələn bütün mə’nəvi və cismi bəlalar, günahlardan qidalanır.
İmam Baqir (ə) buyurur:
وَما مِنْ نِكْبَة تُصِيبُ الْعَبْدَ اِلاّ بِذَنْب
«Bəndəyə yalnız günahdan ötrü narahatlıq və bəla yetişər».
Hədisləri araşdırdıqda günahların daha neçə tə’sirinə rast gəlirik. Burada onlardan bə’zisini nəzərdən keçirək.
1. Qəlbin bərkliyi.
2. Allahın verdiyi ne’mətin alınması.
Bu barədə olan hədislərə və ayələrə diqqət edək.
İmam Sadiq (ə) buyurur:
Atam həmişə buyurardı:
اِنَّ اللهَ قَضى قَضاءً حَتْمعاً اَلاّ يُنْعِمَ عَلَى الْعَبْدِ بِنِعْمَة فَيَسْلُبَها اِيّاهُ حَتّى يُحْدِثَ الْعَبْدُ ذَنْباً يَسْتَحِقُّ بِذلِكَ النِّقْمَةَ
Allah-taala qəti hökm edib ki, bəndəsinə verdiyi ne’məti onun əlindən almasın. Lakin bəndə günah edəndə Allah-taala onun bu günahına görə ne’mətini ondan alır.»
3. Kafir olmaq və ilahi ayələri inkar etmək.
İslam Peyğəmbəri buyurur:
فَاِنَّ الْمَعاصِيَ تَسْتَوْلِي الضَّلالَ عَلى صاحِبِها حَتّى تُوقِعَهُ رَدّ وِلايَةِ وَصِيِّ رَسُولِ الله(ص) وَدَفْعَ نُبُوَّةِ نَبِيِّ اللهِ، وَلا تَزالُ بِذلِكَ حَتّى تُوقِعَهُ فِي رَدِّ تَوْحِيدِ اللهِ وَالاِْلْحادِ فِي دينِ اللهِ
Geriyə | Mündəricat | Növbəti |