Mündəricat | Növbəti |
MÜƏLLİF: EHSAN ZAHİRİ
Həmd-səna və tə’rif o Allaha məxsusdur ki, bizə minnət qoyaraq özünün ən böyük vəlisi İmam Zaman (əleyhissalam)-ın ümumi naiblik məqamını öhdələrinə alan fəqihlərin vilayəti sayəsində qərar vermişdir. Xüsusilə müasir dövrdə İran İslam respublikasının banisi Həzrət İmam Xomeyni şiə mərcəiyyətinin məqamını, dini rəhbərlik və fəqahətin əzəmətini dünyaya sübut etmiş, insanların xeyrinə olan bir ictimai quruluşu isbat edən bu niyabəti öhdəsinə almışdır. Bu böyük tarixi hadisə, yə’ni seyyid Cəmaləddin Əsədabadinin hərəkatının, Mirza Şirazinin tənbəki hərəkatının, Şeyx Fəzlullah Nurinin məşrutə hərəkatının və Mərhum Müdərris və Ayətullah Kaşaninin hərəkatlarının ardınca baş verən islami inqilab alimlərin xalq kütlələri arasındakı böyük nüfuzunu və islamın əməli olaraq həyata keçməsini bütün dünyaya göstərmişlər. Buna görə də islam düşmənləri bu dini qüdrəti həm daxildən, həm də xaricdən nişan almış və dini alimlərin və rəhbərlərin əleyhinə zəhərli təbliğatlarla hücumlara başlamışlar. Onların əsas məqsədi bu yüksək mədəni mövqeyi məhv etməkdən ibarətdir.
Bu hadisələr nəticəsində biz, alimlərin əzəmətini və onların Böyük Qeybət dövründəki ümumi niyabətini qısa və faydalı şəkildə yazmağı nəzərə aldıq ki, cəmiyyətin tanınması istiqamətində müəyyən xidmətlər edərək, bu kimi həmlələrin qarşısını alaq, elm və əməl baxımından bu böyük və əzəmətli ilahi ne’mətin qədrini bilək. Allah-taala buyurur:
لَئِن شَكَرْتُمْ لأَزِيدَنَّكُمْ وَلَئِن كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ
«Əgər (ilahi) ne’mətlərin şükrünü yerinə yetirsəniz hökmən onu artıracağıq, əgər onlara qarşı nankorluq etsəniz həqiqətən Mənim əzabım şiddətlidir.»[1]
Allah-taalanın elmi mərcə’ və fəqahət məqamını insandan almasından da böyük əzab ola bilərmi?! Biz ömrümüz boyu bə’zi şəxslərin tərəqqi edib sonradan süquta uğramasının səbəbini araşdırdıqda onların bu böyük ne’mətlər qarşısında nankorluq etdiyini görmüş oluruq. Deməli, ilahi alimlərin məs’uliyyəti, mənsəb və məqamları olduqca aydındır, onlar Peyğəmbərlərin varisləri, ilahi hökmlərin icra və bəyan ediciləridirlər. Onlar aləmlərin Rəbbi olan Allahın hüzurunda Peyğəmbərə məxsus olan bir növ məqama malikdirlər. Camaat da bu ilahi elm xadimlərinə bəsirət gözü ilə baxaraq onları islam hökmlərinin bəyan və icrasında Peyğəmbərlərin və imamların canişini hesab etməli, onlarla oturub durmalı, onların söhbətlərini, mo’izə və xitabələrini möhtərəm saymalı, alimlərin elmindən bəhrələnməli və nəticədə öz dünya və axirət səadətlərinə nail olmalıdırlar. Onlar ilahi aləmlərə qarşı azacıq belə hörmətsizliyi rəva görməməlidirlər, çünki bu iş Peyğəmbərlərin və mə’sum İmamların göstərişindən boyun qaçırmaq, onların əmrlərinə e’tinasız yanaşmaqdan əlavə, kəbirə günahlardan sayılır. Əgər bir cavanın, yaxud yeniyetmənin, yaxud uşağın yanında din aliminə hörmətsizlik edilsə, onun din və Qur’andan ayrılıb uzaqlaşması, küfrə, fəsada və zülm toruna düşməsi mümkündür. Buna görə də tarix boyu onun özünün və nəsillərinin düz yoldan çıxmasının günahı bu bədbinliyin səbəbkarı olan şəxsin öhdəsinədir. Ümidvaram ki, mütəal Allah bizi öz razılığına və Ona itaət etmək istiqamətində rəbbani alimlərin sayəsində qərar versin.
Ehsan Zahiri
Zil-həccə 1421, Qurban bayramı
Qur’ani-kərimdə buyurulur:
يَرْفَع اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ
«Allah, sizlərdən iman gətirənlərin dərəcəsini yüksəldər və elm (şüur, agahlıq və mə’rifət) verilən şəxsləri müəyyən dərəcələrə nail etdirər.»[2]
فَضَّلَ اللّهُ الْمُجَاهِدِينَ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ عَلَى الْقَاعِدِينَ أَجْرًا عَظِيمًا
«Allah, öz malları və canları ilə cihad edənlərə, cihada getməyənlərdən üstünlük bağışlayar.»[3]
وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا
«Hər kəs bir nəfəri diriltsə (onu azğınlıq və cəhalət ölümündən xilas etsə) sanki bütün insanları diriltmiş olur.»[4]
İlahi alimlər də insanların ölmüş bədənlərinə ruh üfürürlər.
İncə nöqtələr:
Qur’ani-kərimdə şəhidlər, mücahidlər və mö’minlər barəsində «əcrən» və «dərəcətən» kəlmələri tək halda işlənir, lakin alimlərlə əlaqədər cəm formasında «dərəcat» kəlməsi işlədilir. Şübhəsiz, o ilahi alimlər nəzərdə tutulur ki, bir insanı hidayət etdikləri təqdirdə sanki bütün insanları diriltmiş olurlar. Onların məqamları hamının məqamından yüksəkdədir.
Mütəal Allah insanlara əmr edərək buyurur:
فَاسْئَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ
«Əgər bilmirsinizsə, zikr əhlindən soruşun.»[5]
Allah hökmlərindən və ilahi elmlərdən agah olan mə’sum İmamlar kimi şəxsiyyətlər «zikr əhli»nin kamil nümunələridir. Sonrakı mərhələlərdə isə onlar tərəfindən tə’yin olunan, kiçik qeybət dövründə xüsusi naiblər, böyük qeybət dövründə isə ümumi naiblərdən ibarət olan naiblər, vəkillər və əmirlər gəlir, yə’ni imamlardan sonra bütün şəraitlərə malik olan fəqihlər öz dövrünün zikr əhlinin nümunələridir, onların verdikləri fətva şər’i baxımdan höccət və dəlil sayılır. Əks halda Allahın bu işə əmr etməsi mə’nasız olardı. Soruşmaq lazım olduğu halda itaət etmək də hamı üçün ilahi bir vəzifədir.
İncə nöqtələr:
1. Əgər insan alimlərin elmi məqamından bəhrələnmək istəsə cavab verən şəxsə e’timad etməli və ona itaət etməyi özünə vacib bilməli, onların verdiyi cavabı şər’i bir dəlil hesab etməlidir. Çünki Allah yalnız kəlamın özü höccət olduğu təqdirdə soruşmağı əmr edər.
2. Müəyyən şəxslər mə’sum İmamlardan sual soruşurdular, İmam öz səhabələrinə xitab edərək buyururdu: «Siz onun cavabını verin.» Yaxud Bəsrədən bir şəxs gəlib sual edirdi, İmam buyururdu: «Bizim nümayəndəmiz oradadır. O nə deyirsə haqdır.»
İmam (əleyhissalam) öz şagirdlərinə buyurardı: «Fətva verin və ilahi hökmləri bəyan edin.» Bu da göstərir ki, ilahi alimlər İmamın həm hazır olduğu, həm də qeybdə olduğu dövrdə zikr əhlinin nümunələridir. Deməli, haqqı bəyan edən İmamın sözü və əməli bu barədə hamı üçün höccəti tamam etmişdir, belə ki, alimlərdən elm kəsb etmək və onlara itaət etmək lazımdır.
فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا فِطْرَتَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا
«Üzünü (öz qüdrət, hünər və iste’dadını) Allahın dininə və islama yönəlt, bu, Allahın yaratdığı xilqətdir ki, camaatı o əsasda yaratmışdır.»[6]
Fitrət yolu olan dini tanımaqda müəllim görməyə və təhsil almağa ehtiyac duyulur. İnsan bir yolu tanımayınca onu getməyə qadir ola bilməz. Dini düşünüb dərk etmək və mə’rifət kəsb etmək üçün zikr əhlindən ibarət olan mütəxəssislərdən istifadə etmək lazımdır. İlahi fitrətdən ibarət olan yaradılış yolunda qərar tutmağın iki yolu vardır: Biri bundan ibarətdir ki, mütəxəssis insanın özü müctehid və fəqih olsun, digəri isə bundan ibarətdir ki, bunlara təqlid edərək elm əxz etsin. Deməli, alimlərin və fəqihlərin sözləri şər’i və əqli baxımdan höccət, dəlil və bürhandır. İnsan onlara itaət etməyincə Allahın razılığından ibarət olan hədəfə çatmayacaqdır.
وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ وَمَا يَعْقِلُهَا إِلَّا الْعَالِمُونَ
«Biz o misalları camaat üçün gətiririk, yalnız alimlər və mütəfəkkirlər o misallarda fikirləşirlər.»[7]
Buna görə də məhz onlar zərif, incə, lətif və ibrətamiz nöqtələri dərk edərək bəhrələnirlər.
İncə nöqtələr:
1. Qur’anın gətirdiyi misallar hiss olunan və sadə bir tərzdə olub mühüm mətləbləri bəyan edir, çox çətin və əqli məsələləri aydınlaşdırır ki, insanlar həqiqətləri dərk edə bilsinlər.
2. Qur’ani-kərim e’tiqadi, əxlaqi, iqtisadi və sair kimi məsələləri ən yaxşı başa salmaq yolu olan misal gətirməklə nəql edir və tarixi nümunələr, misallar və mətləbləri bəyan etmək yolu ilə mühüm elmi məsələləri bəyan edir. Bunların hamısında ilahi alimlər və mütəfəkkirlər Allahın sonsuz elm dəryasının üzgüçüləri kimi Qur’andan bəhrələnir, bu dəryaların ənginliklərində olan qiymətli sədəf və gövhərləri çıxarıb cəmiyyətə təqdim edirlər ki, insanı, həyatın bütün yönlərində fitrət və kamal yoluna hidayət etsinlər.
إِنَّمَا يَخْشَى اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَاء
«Allah bəndələrindən yalnız alimlər Onun dərgahında qorxurlar.»[8]
Öz mə’rifət, bəsirət və irfanları ilə Allaha aşiq olan ilahi alimlər Allahın əzəmət və cəlalı müqabilində lərzəyə düşərək qorxur və aşağıdakı ayənin buyurduğu şəxslərdən olurlar:
إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ
«(Həqiqi) mö’minlər o kəslərdir ki, hər vaxt Allahı yad etdikdə onların qəlbləri qorxur, onlara ilahi ayələr tilavət olunarkən imanları artır və yalnız öz rəblərinə təvəkkül edirlər.»[9]
İncə nöqtələr:
1. Xəşyət – Allahın heybət, cəlal və əzəməti ilə əlaqədar mə’rifət və məhəbbət üzündən yaranan bir qorxudur. Amma xovf isə ilahi əzabdan və günahların qorxusundan yaranan bir halətdir.
2. Həqiqəti tanıyanlar Allahın hüzurunda xüzu-xüşu, xovf və xəşyətə malik olurlar.
3. Mə’rifətin səviyyəsi nə qədər yüksələrsə Allahın ədalət və heybətindən yaranan qorxu da bir o qədər çoxalar.
4. Bəndəçilik olmadan əldə edilən elmin faydası yoxdur və insanda xovf ilə ümid məqamını yaratmır.
«Nəfr» ayəsi alimlərin hidayət edib yol göstərməsinin xüsusi məqamına dəlalət edir. Bu hədəf o zaman həyata keçir ki, camaat onlara verilən göstərişlər müqabilində öz vəzifələrinə əməl etsinlər. Əks halda, ümmətin arasından köç etməyin mə’nası olmazdı:
فَلَوْلاَ نَفَرَ مِن كُلِّ فِرْقَةٍ مِّنْهُمْ طَآئِفَةٌ لِّيَتَفَقَّهُواْ فِي الدِّينِ وَلِيُنذِرُواْ قَوْمَهُمْ إِذَا رَجَعُواْ إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ
«Nə üçün onlardan bir qrupu dində agahlıq tapmaq üçün köç etmirlər ki, öz qövmlərinə doğru qayıtdıqda onları qorxutsunlar, bəlkə onlar da qorxalar.»[10]
İbrətli nöqtələr:
1. Allahın dinini öyrənib sonra öyrətmək üçün hicrət edilməlidir və alimlər öz qövmlərini və insanları Allahdan qorxutmalıdır
2. İnsanlar günahlardan uzaq olmaqla, vacib əməlləri yerinə yetirməklə Allahın bəyəndiyi təqvanı əldə etməlidirlər.
3. Yuxarıdakı ayədəki mədəni və elmi səfərbərlik ilahi bir vəzifə sayılır və ondan üz çevirməyin cəzası vardır. Buna görə də müharibə üçün hazırlığa, qabiliyyətə malik olanlar müharibədə, ilahi elmləri kəsb etmək üçün bacarıq və hazırlığı olanlar isə məhz bu istiqamətdə səfərbər olunmalıdırlar.
4. Əgər fəqihlərə itaət etmək insanların vəzifəsi olmasaydı bu ayədəki elmi səfərbərlik və qayıtdıqdan sonra insanları hidayət etmək mə’nasız olardı.
5. Camaatın vəzifəsi bundan ibarətdir ki, böyük qeybət dövründə alimlərin əmr və fərmanlarına tam diqqət yetirsinlər, öz həyatlarında onların göstərişlərini əməli olaraq həyata keçirsinlər ki, əbədi xoşbəxtliyə nail olsunlar. Çünki onlar Allah hökmlərini Qur’andan və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sünnətindən əldə edirlər.
Əqli dəlil, aqil insanların rəftarları və ümum camaatın arasında mövcud olan qanunlar mə’lumatsız şəxsin alimə müraciət etməsinin vacibliyini sübut edir. Buna əsasən ilahi alimlər dini ixtisas məqamında camaatın müraciət yeri hesab olunur və əqli dəlil vasitəsilə camaatın onlara itaət və təqlid etmələrinin vacibliyini sübuta yetirir. Belə ki, camaat təbabət, mühəndislik, sənətkarlıq və sair kimi sahələrdə həmin sahədəki mütəxəssislərə müraciət edirlər, vəhy və nübüvvətin dərk olunmasında, dini e’tiqadlara əməl edilməsində də ya onların özü mütəxəssis, müctehid, alim və arif olmalı, yaxud bu elmi məqama nail olan şəxsə təqlid etməlidirlər ki, dünya və axirət xoşbəxtliyinə, bəşər fitrəti yolundan ibarət olan insani kamallara nail olsunlar.
Qur’ani-kərimdə buyurulur:
يُوتِى الْحِكْمَةَ مَن يَشَاء وَمَن يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِىَ خَيْرًا كَثِيرًا وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الأَلْبابِ
«Allah hikməti istədiyi şəxsə əta edir, hər kəsə hikmət verilsə ona çoxlu xeyir verilmiş olur. Əql sahiblərindən başqaları bunu dərk etməzlər.»[11]
Yə’ni, yalnız ilahi əqlə malik olanlar bu ayənin öyüd-nəsihətlərindən tə’sirlənirlər. Qur’an ayələrində böyük ilahi ne’mət olan hikmət ilahi Peyğəmbərlər kimi xüsusi insanlara verilmişdir. Belə ki, ilahi məşiyyət əsasında xüsusi məqamdan bəhrələnən şəxslər, başqa sözlə, haqq yolunun alimləri ilahi hikmətin layiqli məhəllidir. Mütəal Allah da müəllimlik məqamında hikmət və elmi bəşərə öyrətmək üçün onu xüsusilə Peyğəmbər və övliyalarına təqdim etmişdir. Bu da məsələnin nə qədər əhəmiyyət kəsb etdiyini göstərir. Çünki insanlara elm öyrədən kəslər ilahi bir iş görür və bu yolda öz vəzifələrini yerinə yetirirlər. Deməli, onların məqam, mənzilət, məşğuliyyət və əməlləri fəzilət baxımından bir kəsə gizli deyil.
Tarix, elm və hikməti Peyğəmbərlərin ən yaxşı, ən mühüm və ən əsaslı hədiyyəsi kimi bəyan edir ki, tarix boyunda ən böyük ilahi vəzifəni yerinə yetirə bilsinlər. Buna görə də bu dövrdə Allahın mərhəmətinə layiq görülənlər, üzlərinə elm və hikmət qapısı açıq olanlar məhz İmam Sadiq (əleyhissalam)-ın buyurduğu kəlamın nümunələridir:
اَلعِلمُ نورٌ يَقذِفُهُ الله قی قَلبِ مَن يَشاء
«Elm bir nurdur ki, Allah onu, hər kəsin qəlbində istəsə qərar verər.»[12]
Alimlərin qəlbləri və əqlləri ilahi məşiyyət və iradə ilə nurani olmuşdur, ilahi nurun kəsb olunması yeri onlardır. Həmişə ilahi alimlərlə oturub-durmağa, onlarla söhbət etməyə əhəmiyyət verin və onların mə’nəvi nurlarından istifadə edin.
İncə nöqtələr:
1. Hikmət – varlıq aləminin sirləri barəsində mə’rifət kəsb etmək, Qur’an həqiqətlərindən agahlıq əldə etmək, danışıqda, rəftarda, əməldə və s. kimi yönlərdə Haqqa çatmaqdan ibarətdir. Bir sözlə, hikmətin daha geniş mə’nası vardır.
2. Hikmət qaynar bir həyat çeşməsi, bütün xeyrlərin və yaxşılıqların mənşəyidir.
3. Hikmət və elm bəşərin zülmətlərdə və zəlalətlərdə hidayət olunması üçün bir nurdur.
İlahi alimlər Allahın geniş və sonsuz rəhmətinin şamil olduğu insanlardır. İmam Baqir (əleyhissalam) buyurur:
رَحِمَ اللّه عَبداً اًحيا العِلمَ
«Allah rəhmət eləsin bizim elmimizi dirçəldən bəndəyə!»
Ravi «Elminizi dirçəltməyin mə’nası nədir?» – deyə soruşduqda həzrət buyurdu: «Din və təqva əhlinin ilahi elmlər barəsində mübahisəsi (müzakirəsi) elmlərin dirilməsinə səbəb olur.»[13]
İbrətli nöqtələr:
1. Allahın rəhməti ali ilahi ne’mətlərdəndir və Yusif Peyğəmbər ən çətin şəraitlərdə deyir:
اِلاَّ مَا رَحِمَ رَبِّى
«Allahın rəhmətinin nicat verdiyi şəxslərdən başqa (əmmarə nəfsi hamını pisliklərə sürükləyir).»[14]
Ariflərin mövlası Həzrət Əmirəl-mö’minin Əliyyibni Əbitalib (əleyhissalam) «Kumeyl» duasında mütəal Allaha xitab edərək ərz edir:
وَاِدخالَکَ اِيّایَ فی سَعَةِ رَحمَتِک
«Məni özünün geniş rəhmətinə daxil et!»
Öz qələmləri, dilləri və təfəkkürləri ilə həqiqətlərin canlanmasına çalışan alim bəndələrə ilahi rəhmət şamil olur. Bundan da gözəl və yüksək bir məqam ola bilərmi?!
2. Hər bir fərdin elmi bəhsləri və müzakirələri hər bir şəraitdə onu kamala və tərəqqiyə sövq edir. Hətta elmi mübahisələrdə dindarlıq və ilahi təqva ilə yanaşı olan yazı və söhbətlər bütün müvəffəqiyyətlərin açarıdır. Bu elmi yığıncaqlar və müzakirələr riyakarlıqdan, özünü bəyənməkdən, ilahi xüsusiyyəti olmayan hər bir şeydən pak olmalıdır ki, insanı alim və arifcəsinə olan me’raca çatdıra bilsin.
İmam Baqir (əleyhissalam) buyurur:
تَذاکُرُ العِلم دَرَاسَةٌ وَ الدَرَاسَةُ صَلاةُ حَسَنةٌ
«Elmi mübahisələr dərsdir, dərs isə namaz və gözəl duadır.»[15]
İmam Sadiq (əleyhissalam)-dan nəql olunub ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: «Allah-taala buyurmuşdur:
تَذاکُرُ العِلم بَينَ عِبادِی مِماتُحی عَلَيهِ القُلوبُ المَيتِهِ اِذا هُمُ اِنتَهوا فِيه اِلی اَمری
«Mənim bəndələrimin arasında elmi mübahisələr ölmüş qəlblərin dirilməsinə səbəb olur, o zaman ki, elmi mübahisələr ki, Mənim əmrimlə sona çatar.»[16]
İnsanları dini işlərə, üsuliddin və füruiddinə doğru hidayət etmək qəlbləri dirildir, ruhlara nicat verir və insan əqlini çiçəkləndirir.
Mühüm məsələlər:
1. İlahi elmlərin tədris olunduğu siniflər və yığıncaqların dəyəri ibadət səviyyəsində, hətta onların ən yaxşısıdır, çünki elm sahəsində bir anlığa təfəkkür etmək illərlə (təfəkkürlə yanaşı olmayan) ibadətdən daha faydalı, onun dünya və axirət dəyəri daha yüksəkdir.
2. Ən yaxşı dərs ilahi elmlərin (füruiddin, üsuliddin və sair) mübahisə edilməsidir.
3. Elmi mübahisələr insanların vücüdlarının fiziki və mə’nəvi nəzərdən dirilməsinin ən əsaslı amilidir. Çünki ruhi yüksəklik insanın fiziki cəhətdən sağlam olmasına, tərəqqiyə yüksəlməsinə səbəb olur.
4. İlahi elmlərin müzakirəsi o vaxt dəyərli olur ki, yalnız Allahın xatirinə və ixlasla olsun.
Həzrət Əmirəl-mö’minin Əliyyibni Əbitalib (əleyhissalam) buyurur:
فَإذا ماتَ العالِم ثَلُمَ فِی الاسلامَ ثلمَهٌ لا يَسُدُّها اِلا خَلفٌ مِنُه وَ طالِبُ العِلمِ يَستَغفِرُ لَهُ کُلُ المَلائِکَة وَ يَدعُو لَهُ مَن فِی السَّماءِ وَ الارض
«(Müsəlman) bir alim dünyadan gedərkən onun cəmiyyətdə yerinin boşluğu, çatışmamazlığı hiss olunur ki, heç bir şey onun əvəzini verə bilməz. Yalnız bu alimlərin özünün canişini (elm kəsb etmək dalınca gedən şəxslər) bu boşluğu ödəyə bilər. Bütün mələklər, yerdə və göydə olan bütün canlılar belə şəxs üçün istəğfar edərlər.»[17]
Bütün varlıq aləmi alimlərin qorunması üçün istiğfar edir, bu da Allah tərəfindən onlar üçün dünya və axirət təhlükələrindən qorunmasına səbəb olur.
İbrətli nöqtələr:
1. Alimlərin ehtimal üzrə elm, agahlıq, qəsdən və həvayi nəfs üzündən olmayan xəta və günahları bağışlanır.
2. Bütün varlıq aləmi – istər suda və quruda yaşayan heyvanlar, istərsə mələkələr olsun, hamılıqla ilahi alimlər üçün istiğfar edirlər.
3. Alimlərin vücudunun genişliyini göstərmək üçün bu kifayətdir ki, onların adları bütün varlıqların dilinin əzbəridir.
4. Bütün mələklər və canlılar alimləri tanıyırlar. Əgər tanımasaydılar onlar üçün istiğfar etmələrinin heç bir mə’na və məfhumu olmazdı.
5. Varlıq aləmindəki canlıların bu istiğfarı göstərir ki, alimlər yüksək ilahi məqamlara malikdirlər. Əlbəttə, onlar mə’sum və günahsız deyirlər və onların ismətli olmasına təsəvvür etmək yersizdir. Amma «filan alim siyasi xətaya düçar olub ədalətdən düşmüşdür» – deyilməsi düzgün deyildir. çünki yalnız günahın təkrar edilməsi insanı ədalətdən xaric edir, nəinki başqalarının zövqü və səliqəsi ilə uyğun gəlməyən müəyyən mətləblərin bəyan edilməsi.
İmam Sadiq (əleyhissalam) buyurur:
مَن اَکرَم فَقيها مُسلِماً لَقَی اللّه يَومَ القيامَةِ وَ هُو عَنهُ راضٍ وَمَن اَهانَ فَقيهاً مُسلِماً لَقَی اللّه يَومَ القيامَةِ و هُوَ عَليهِ غَضبان
«Hər kəs müsəlman bir fəqihə ikram (hörmət) eləsə qiyamət günündə Allahın ondan razı olduğu bir şəkildə Onun hüzuruna gedər. Hər kəs müsəlman bir fəqihə hörmətsizlik etsə Allah-taala ilə, Allahın ona qəzəbli olduğu halda görüşər.»[18]
İbrətli nöqtələr:
1. Alimlər xüsusi ilahi hörmətə və ehtirama layiqdirlər, onlara qarşı ehtiramsızlıq və təhqir mütəal Allahın qəzəbinə səbəb olur.
2. Alimlərə hörmətsizlik göstərib onları təhqir edənlər «məğzubun-əleyhim»in nümunələridir və namazda (ğeyril-məğzubi əleyhim... deyərkən) özlərinə ilahi qəzəbdən nicat verə bilməzlər.
3. Mö’min insana bu kimi təhqirlərin təkvini tə’sirləri dünya və axirətdə zahir olur. çünki Allah mö’minlərin başçısıdır, Allah yanında böyük məqama malik olan alimlər xüsusi ehtirama malikdirlər.
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (əleyhissalam) buyurur:
فَإنّ العالمَ اَعظَمُ اَجراً مِنَ الصائم القائِمِ المُجَاهِدِ فِی سَبِيلِ اللهِ
«Həqiqətən alimin əcr və savabı Allah yolunda cihad edərək gecələri namazla keçirən, gündüzləri isə oruc tutan şəxsin savabından daha böyükdür.»[19]
İbrətli nöqtələr:
1. İlahi alimlər insanları, Allahın buyurduğu namaz, oruc, cihad və ilahi hökmlərə doğru hidayət edən şəxslərdir.
2. Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
اِذا کانَ يَومَ القِيَامَةِ وُزِّنَ مِدَادُ العُلَماء بدَماءِ الشُهداء فَيُّرَجِّحُ مِدادُ العُلَماءِ عَلَی دِماءِ الشُهَدَاء
«Qiyamət günü olduqda alimlərin qələmləri şəhidlərin qanı ilə müqayisə olunar və alimlərin qələmləri şəhidlərin qanından ağır gələr.»[20]
Çünki şəhid yetirən və mö’min insan tərbiyə edən alimlər həqiqi mücahidlər, zahidlər və abidlərdir, ilahi nur onların bərəkətinə cəmiyyətdə olmuş və olacaqdır.
Peyğəmbər-Əkrəm buyurur:
يَا عَلُّی! نَومُ العالمِ اَفضَلُ مِن اَلف رَکعة يُصليها العَابَدُ يَا عَلُّی! لا فَقرَ اَشَدُّ مِن الجهَل و لا عَبادَةَ مِثلُ التَّفَکّر
«Ya Əli! Alimin yuxusu abidin qıldığı min rəkətdən fəzilətlidir. Ya Əli! Cəhalətdən şiddətli fəqirlik, təfəkkür kimi olan bir ibadət də yoxdur.»[21]
İbrətli nöqtələr:
1. Alimin hətta yuxusunun belə dəyəri vardır, çünki onun vücudunun genişliyi yuxu aləmində də hər bir şəxs üçün ilahi əzabların və bəlaların dəf edilməsinə, həmçinin asudəliyinə səbəb olur.
2. Mədəni fəqirlik, dini cəhətdən müstəz’əf olmaq bütün bədbəxtçiliklərdən pisdir.
3. İnsanlar üçün bir çarə qılmaq fikrində olan nicatverici təfəkkür Allaha ibdət etməkdən yüksəkdir. (Allaha ən yüksək ibadətdir) cümlənin bu cür deyilməsi bəlkə daha doğru olar.
Mündəricat | Növbəti |