Geriyə | Mündəricat | Növbəti |
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
عُلَماءُ اُمَّتی کأنبياءِ بَنِی اِسرائيل
«Mənim ümmətimin alimləri Bəni-İsrail Peyğəmbərləri kimidir.»[22]
4. Bu təşbihdə alimlərin yüksək məqamı böyük bir mətləbi bəyan edir. Məsələn, Həzrət Musa (əleyhissalam) Bəni-İsrail Peyğəmbərlərindəndir və Allah dərgahında müqərrəb şəxsdir, böyük ehtirama malikdir. Onun risalət və nübüvvət barəsində olan məqamı bu kiçik kitaba sığmaz.
5. İlahi Peyğəmbərlər Allah hökmlərini bəyan edən təbliğatçılar idi və ümmətin vəzifəsi budur ki, heç bir qeyd-şərt olmadan onlara tabe olsunlar. Alimlərin, xüsusilə böyük qeybət dövründə olan məqamları bundan ibarətdir.
6. Fəqih ilahi hökumətin təşkil olunub Allah qanunlarının icra etmək, tağut ilə mübarizə aparıb batil hökumətləri devirmək kimi böyük məs’uliyyət daşıyır, çünki ilahi Peyğəmbərlər bu məqamda olmuşlar.
7. Alimlərin, ilahi Peyğəmbərlər kimi Allah tərəfindən insanların canlarına və mal-dövlətlərinə vilayət haqları vardır. Buna görə də insanlar can və malını fəda etməklə onlara tabe olmalıdır.
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in və İmamların (əleyhissalam) sözlərini başa düşmək, dərk etmək və onlar barəsində mə’rifət kəsb etmək insanı yüksək məqamlara çatdırır. Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
مَن حَفِظَ مِن اُمَّتی اَربَعينَ حَديثاً ممّا يحتَاجُونَ اَلَيهِ اَمرَ دِينِهِم بَعَثَه اللّهُ يومَ القيامةِ فقيهاً عالماً
«Mənim ümmətimdən hər kəs (ümmətin) dini ehtiyacları olduğu şeylərdən qırx hədis əzbərləsə Allah onu qiyamət günündə bir fəqih kimi dirildəcəkdir.»[23]
Başqa bir hədisdə isə buyurulur: وَلَم يُعَذِّبهُ «və Allah ona əzab verməz.»[24]
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə nəql olunur:
کُنتُ لَهُ شَفيِعاً يَومَ القيامَه
«Qiyamət günündə mən onlara (alimlərə) şəfaətçi olaram və qiyamət günündə onlara şəfaət edərəm.»[25]
Buna görə də o həzrət sözlərinin və rəvayətlərinin keşiyində duran şəxslər ilə əlaqədar Allah hüzurunda şəfaətçi və vasitəçi olacaqdır.
İbrətli nöqtələr:
1. İslami göstərişlərə əməl etməkdə hədislərin hifz olunması mədəni ehtiyaclara uyğun olmalıdır.
2. Fəqihlərin məqamı özünün yüksəkliyi ilə belə bu hafizlərə də şamil olur.
3. Başqa hədislərdə qeyd olunur ki, «Onlar şəhidlər, Peyğəmbərlər, salehlər və doğruçularla birlikdə məşhur olacaqlar.»
4. Alimlər həzrət Peyğəmbərin şəfaətinə şamilolacaq və onların bütün çətinlikləri o həzrətin vasitəsilə həll olunacaqdır.
5. Onlar ilahi əzabdan amandadırlar.
6. Əgər bir şəxs islam məsələləri ilə əlaqədar qırx hədis öyrənsə, sanki ilahi elmlərin sərçeşməsini tapmışdır ki, ona da fəqihvə alim deyilir.
7. Yüzlərlə ayə və hədis əzbərləyən, onları ilahi hökm qalibində camaata bəyan edən şəxslərin Allah hüzurunda məqamı necə də böyükdür!
İmam Baqir (əleyhissalam)-dan belə nəql olunur:
عالِمٌ يَنتَفِعُ بِعِلمِهِ اَفضَلُ مِن عِبادَةِ سَبعينَ اَلفَ عابِد
«Öz elmindən faydalanan alim yetmiş min abidin ibadətindən üstündür.»[26]
İmam Sadiq (əleyhissalam) buyurur ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurub:
فَضلُ العَالِمِ عَلَی العَابِدِ کَفَضلِ القَمَرِ عَلَی سائِر النُجُومِ لَيلَةَ البَدر
«Alimin abidə olan üstünlüyü bədrli ay gecəsində ayın sair ulduzlara olan üstünlüyü kimidir.»[27]
Deməli, alimin nuru abidlə müqayisədə çox fərqlidir.
İmam Sadiq (əleyhissalam) buyurur ki, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) beləbuyurmuşdur:
فَضلُ العِلمِ اَحَبُّ اِلَی اللّه مِن فَضلِ العِبادَه
«Elmin fəziləti Allah yanında ibadətin fəzilətindən artıqdır.»[28]
İmam Baqir (əleyhissalam) buyurur:
يَأتِی صاحِبُ العِلم قدَّامَ العَابِد بِرَبوَةِ مسيرَةٍ خَمسَماَئَهِ عَامٍ
«Elm sahibi (dünya və axirətdə, bərzəx və qiyamətdə) ibadət edəndən beş yüz illik məsafə qədər qabaqdadır.»[29]
İncə nöqtələr:
1. Elmin, təfəkkürün, eləcə də həqiqətlərin əldə olunmasının dəyəri bu hədislərdən aydın olur.
2. Abidlərin nuru alimlərin nurunda itib-batır.
3. İmamların və ilahi Peyğəmbərlərin sevdikləri şey elm, idrak və düşüncədir. Bunların sevimlisi olmaq üçün elm arxasınca getmək lazımdır ki, həyat şirin və hədəfli olsun, boş-boş və əbəs şeylərdən çəkinilsin.
4. Təfəkkür meydanında kamala, təkamülə çatıb hamını ötmək o qədər vacibdir ki, abidlər bu karvana çata bilmirlər. çünki bunların arasındakı fasilə çoxdur.
5. Karvanın arxasında olan şəxslər həmişə qabaqdakıların vasitəsi ilə yolu tapırvə onların nurundan bəhrələnir, onları öz yollarında bələdçi hesab edirlər. Buna görə də abidlər həmişə alimlərdən bəhrələnirlər.
İmam Sadiq (əleyhissalam) buyurub:
فَأمَّا مَن کَانَ مِن الفُقِهَاءِ صائِناً لِنَفسِهِ حَافِظاً لِدِينِه مُخَالِفاً لِهَواه مُطيعاً لِاَمرِ مُولاَه فَلِلعَوامِ اَن يُقَلّدُوهُ وَ ذَلِکَ لاَ يَکُونَ إلاّ بَعضَ فُقَهاءِ الشِيعَةِ لاَ کُلَهُم
«Fəqihlərdən hər hansı biri öz nəfsini ehtiraslardan və nəfsani istəklərdən saxlasa, dinini mühafizə etsə, həvayi-nəfsinə müxalif olsa, mövlasının əmrinə müti olsa avam camaat gərək onlara təqlid etsinlər. Bu xüsusiyyətlər də hamıda deyil, şiə fəqihlərindən bə’zilərində olur.»[30]
Buna əsasən islam dinində özləri müctehid olmayan şəxslər fəqihlərə təqlid etməlidirlər. Əlbəttə, qeyd olunan dörd şərtə malik olan fəqihlər nəzərdə tutulur.
İncə nöqtələr:
1. Fəqih öz nəfsini bütün günahlardan və rəzil sifətlərdən qorumalı, vacibatı yerinə yetirib haram işləri tərk etməyə çalışmalıdır ki, sözləri tə’sirli olsun.
2. Din alimləri nəfsani istəklərlə müxalifət etməli, əql, iman və Allahın razılığını hər bir şeydən irəlikeçirməlidirlər.
3. İslamın ruhu və təslimçilikdən ibarət olan Allaha qeydsiz-şərtsiz itaətetmək ruhiyyəsi bu ilahi şəxsiyyətlərdə hakim olmalıdır.
4. Allah dininin siyasi, iqtisadi, mədəni və e’tiqadi sahələrdə mühafizətçisi olub Peyğəmbərlərin vəzifələrini həm adi, həm də çətin şəraitlərdə qorumalıdırlar və islamın məsləhətini fikir və əməldə ilahi vacibatların ən mühümü bilməlidirlər. Peyğəmbərlərin vəzifələrinin qoruqçuları həm adi, həm də çətin şəraitlərdə siyasi, iqtisadi, mədəni və e’tiqadi sahələrdə Allah dinini qorumalı və islamın məsləhətini fikir və əməldə ilahi vacibatların ən mühümü bilməlidirlər.
5. Təqribən bir səhifədən uzun olan bu rəvayət təqlid edilməyə səlahiyyəti olan və olmayan şəxsləri bəyan edir. Camaatın günahkar, cahil, fasiq öz həvayi-nəfsinə tabe olan bir şəxsə təqlid etməyə haqqı yoxdur, əgər təqlid edərlərsə Allah-taalanın Qur’anda məzəmmət etdiyi bu şəxslər olacaqlar:
فَوَيْلٌ لِّلَّذِينَ يَكْتُبُونَ الْكِتَابَ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَـذَا مِنْ عِندِ اللّهِ لِيَشْتَرُواْ بِهِ ثَمَناً قَلِيلاً فَوَيْلٌ لَّهُم مِّمَّا كَتَبَتْ أَيْدِيهِمْ وَوَيْلٌ لَّهُمْ مِّمَّا يَكْسِبُونَ
«Vay olsun o kəslərə ki, öz əlləri ilə kitab yazıb sonra «bu Allah tərəfindəndir» – deyirlər ki, onun vasitəsilə bir qədər gəlir əldə etsinlər. Vay olsun onlara əllərinin yazdıqlarından və vay olsun onlara qazandıqlarından.»[31]
6. İlahi hökmləri təhrif edənlər Allaha böhtan və yalan nisbəti verir, buna görə də bərzəx aləmində və cəhənnəmdə ilahi əzaba düçar olacaqlar.
7. Mə’sum İmamın (əleyhissalam) qeybdə olduğu böyükqeybət dövründə müctəhid olmayan müsəlman bir şəxsin vəzifəsi camiuş-şərait fəqihlərə təqlid etməkdir. Eləcə də ictimai həyatın hər bir yönündə təqlid etməkhamının qəbul etdiyi bir məsələdir. Məsələn, tibb sahəsində həkimin dediklərinə, texnikadamühəndislərin və texniklərin dediklərinə təqlid edirlər. Din barəsində də müctəhid olmayan şəxs dində mütəxəssis olanlara müraciət etməlidir.
8. İslam dininə əməl etməkyolları – ictihad, təqlid və ehtiyata əməl etməkdir.
9. Bu fəqihlərin tanınması din məsələlərində təqlid etməkistəyən bütün şəxslərin vəzifəsidir.
İmam Sadiq (əleyhissalam) Ömər ibni Hənzələyə buyurdu:
مَن کَان َمِنکُم مِمَّن قَدرَوَی حَدِيثَنا وَنَظَرَ فِِِی حَلاَلِنَا وَ حَرَامِنَا وَ عَرَفَ أحکَامَنَا فَليَرضَوا بِه حَکَماً فَإنِّی قَد جَعَلتُهُ عَلَيکُم حَاکِماً فَإذَا حَکَمَ بِحُکمِنَا فَلَم يُقبَل مِنه فَإنَّما استَخَفَّ بِحُکمِ اللّه وَ عَلَينَا رَدٌّ وَ الرّادُّ عَلَينَا الرّادُ عَلی اللّه و هُوَ عَلی حَدِّ الشِّرکِ بِاللّهِ
«Sizin (mö’minlərin) aranızda bizim sözlərimizi (və kəlamlarımızı) bəyan edən, bizim halal və haram buyurduqlarımızda dərindən fikirləşən və bizim hökmlərimizi tanıyan şəxs camaat tərəfindən bütün işlərdə hakim kimi qəbul edilməlidir. Həqiqətən mən onu sizə hakim qərar verirəm. O, bizim hökmümüzlə hökm etdiyi vaxt ondan qəbul olunmazsa, Allahın hökmünü kiçik sayaraq bizimlə müxalifət etmiş olurlar, bizimlə müxalifət isə Allahın hökmünü rədd etməkdir və bu da Allaha şərik qoşmaq həddindədir.»[32]
İncə nöqtələr:
1. Allahın haram və halal buyurduqlarında, Mə’sumların (əleyhissalam) hədislərində ictihad mərhəlisinə çatan mütəxəssislər Mə’sum İmam(əleyhissalam) tərəfindən tə’yin edilmişlər.
2. Bu fəqihlərin hökmləri icra olunmalıdır və ona e’tinasız yanaşmaq olmaz.
3. Fəqihlərin tərəfindən verilən hökmlərin rədd edilməsi insanı tovhiddən şirkə sürükləyir.
4. Mərcəyi təqlidlərin fətvasına ehtiram qoymaq ilahi hökmlərə ehtiram qoymaqdır.
5. Onlar fətva vermək məqamında Mə’sum İmam (əleyhissalam) tərəfindən tə’yin edilmişlər.
İmam Baqir (əleyhissalam) buyurur:
مَن أفتَی النَّاسَ بِغَيرِ عِلمٍ وَ لاَ هُدیً مِن اللّه لَعَنَتهُ مَلائِکةُ الرّحمةِ وَ مَلائِکُةُ العَذَابِ وَ لَحِقَهُ وِزرُ مَن عَمِلَ بِفَتواه
«Hər kəs Allah tərəfindən verilən hidayət və elm olmadan camaata fətva versə rəhmət mələkləri və əzab mələkləri onu lə’nətləyər, onun fətvasına əməl edənlərin günahları ona yazılar.»[33]
İncə nöqtələr:
1. İlahi alimlər tərəfindən fətva verməyin özü aydın, icazəli bir iş və hətta vəzifədir.
2. Fəqihlərin fətvaları insanların dünya və axirətdə izzətə çatmalarında çox mühüm və həssas rol oynayır.
3. Sözvə fətva o zaman insana izzət gətirər ki, agahlıq, elm və hidayət üzərindən olsun, həmçinin insanı kamallara doğru sövq eləsin.
4. Cəhalət əsasında olan fətva insanı ilahi rəhmətdən uzaqlaşdıraraq onu Allahın əzabına düçar edər.
5. Cəhalət üzündən olan sözlərin və yazıların günahı, eləcə də e’tiqad və düşüncələrin təhrif olunmasının ağır yükü o kəslərin öhdəsinədir ki, heç bir qayda-qanun olmadan kitab və sünnətdən xaricdə fətva vermiş olsunlar.
Əbi Dərda deyir: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurdu:
إنَّ اللّه عَزَّ وَ جَلّ يَجمَعُ العُلَماءَ يَومَ القِيامَةِ وَ يَقُولُ لَهُم: لَم أضَع نُورِی وَحِکمَتِی فِی صُدُورِکُم الاَّ وَ أنَا اُريِدُ بِکُم خَيرَ الدُّنيَا وَ الاَ خِرَةِ إذهَبُوا فَقَد غَفَرتُ لَکُم عَلَی مَا کَانَ مِنکُم
«Həqiqətən Allah-taala qiyamət günü alimləri bir yerə toplayıb onlara deyəcək: Öz nur və hikmətimi ona görə sizin qəlbinizdə qoydum ki, sizə dünya və axirət xeyrini iradə etmişdim, gedin, həqiqətən sizin əməllərinizi bağışladım!»[34]
İncə nöqtələr:
1. İlahi hikmət və nur mərtəbələri Peyğəmbərlərin və İmamların halına şamil olduğu kimi rəbbani alimlərə də şamil olur. Onların vücudları ilahi nurla işıqlanmışdır, ilahi cilvələrin mərtəbələrinin xarici nümunələridir.
2. Alimlər Allah tərəfindən dünya və axirət xeyirlərinə nail olurlar.
3. Allahın genişməğfirət və əfvi ilahi alimlərin halına şamil olur.
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
العَالِمُ بَينَ الجُهّال کَالّحیِ بَينَ الاَمَوات
«Cahillərin arasında alimin misalı ölülərin arasında olan diri şəxsə bənzəyir.»[35]
Həzrət Əmirəl-mö’minin Əliyyibni Əbitalib (əleyhissalam) buyurur:
اَلعَالِمُ حَیٌ و إن کَانَ مَيِّتاً وَ الجَاهِلُ مَيِّتٌ وَ إن کَانَ حيَّا
«Alim diridir ölmüşsə belə və cahil ölüdür diriykən belə.»[36]
مَات خُزُّانُ المَالِ وَ هُم أحيَاءٌ وَ العُلَمَاءُ بَاقُونَ مَا بَقِیَ الدَّهُر أعيَانُهُم مَفقُودَةٌ وَ أمثَالُهُم فِی القُلوبِ مَوجُودُة
«Mal-dövlət toplayanlar diri olsalar belə, ölmüşlər, lakin alimlər dünya qaldıqca qalarlar, onların bədənləri (torpaqlar altında) itmişdir, lakin onların oxşarları (məsəlləri) insanların qəlblərində əbədi qalır.»[37]
İncə nöqtələr:
1. Qiyamətə qədər alimlərin vücudları əbədidir və o dünyada da xüsusi bir məqama malikdirlər.
2. Həqiqi həyato kəslərə məxsusdur ki, ilahi elm və həqiqətlər arxasınca olsunlar. Buna görə də ilahi alimlər həqiqi və real həyata malik olub Onun nurundan və elmi nurundan bəhrələnirlər.
3. Fani və zahiri həyatcahillərə, mal-dövlət toplayanlara və imansız sərmayədarlara məxsusdur. Əlbəttə, mümkündür ki, bə’zi-bə’zi alim və agah şəxslər də qanuni sərmayəyə malik olsunlar və onu islam və müsəlmanlara xidmət etməküçün işlətsinlər.
4. İlahi alimlər insanların qəlbində özünə yer açır və bütün qəlbləri özlərinə məftun edirlər.
5. İlahi alimlər həmişə diridirlər, çünki ilahi sifətlərdən olan dirilik, əbədilik və alim olmaq kimi sifətlərlə səciyyələnmişlər. Mütəal Allah da qeyb və şühud aləminə alimdir. («Mö’minun» surəs, 92-ci ayə)
8. Cahil ölü bir insan kimi özünü müdafiə edə bilmir, deməli tarix boyu alimlər insan hüquqlarını müdafiə etmişdir.
9. Cahil ölü bir şey kimi şüur və mə’rifətdən bəhrələnmir, özlərinin elm və düşüncəsi ilə həyatı insanlara təqdim edənlər də məhz alimlərdir.
10. Cahillər ölülər kimi hissiyyatını itirmişlər və cəmiyyətin dərdini hiss etmirlər, alimlər isə insanlara şəfa bəxş eləyən, onları müalicə etməyə qüdrəti olan dərdli insanlardır və tarix boyu belə olmuşdur.
11. Müdərrislər, ŞeyxFəzlullah Nurilər, Ayətullah Kaşanilər, Xomeynilər, Nəvvablar kimi alimlər tarix boyu insanların ölümcül vəziyyətə düşmüş bədənlərinə həyatvermiş və islamı, cəmiyyəti diri saxlamışlar.
Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
أنَّ فَضلَ العالِمِ عَلَی العَابِدِ کَفَضلِ الشَّمسِ عَلی الکَواکِب
«Alimin abidə olan fəzilət və üstünlüyü günəşin sair ulduzlara olan üstünlüyü kimidir.»[38]
فَضْلُ العالِمِ عَلَی العَابِدِ کَفَضلِ القَمَرِ عَلَی سَائِرَِ النُجُومِ لَيلَةَ البَدرِ
«Alimin abidə olan üstünlüyü on dörd gecəlik ay gecəsində ayın sair ulduzlara olan fəzilət və üstünlüyü kimidir.»[39]
İncə nöqtələr:
1. Ay və Günəş öz işığında, böyüklüyündə və varlıq aləminə qoyduğu tə’sirlərində çoxlu fərqlərə malik olduğu və başqa ulduzlara nisbətən fərqləndiyi kimi alimlər də insanların vücuduna tə’sir qoymaq baxımından xüsusi məqama malikdirlər.
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
فَضلُ العَالِمِ عَلی الشَّهيدِ دَرَجَةٌ وَ فَضلُ الشَّهيدِ عَلَی العَابِدِ درجةٌ وَ فَضلُ العاَلِمِ عَلَی سَائِرِ النَّاسِ کَفَضلِی عَلَی أدنَاهُم
«Alimin şəhiddən bir dərəcə üstünlüyü vardır, şəhidin də abiddən bir dərəcə üstünlüyü vardır. Alimin bütün insanlara olan fəziləti mənim (yə’ni Peyğəmbərin) başqalarına olan üstünlüyüm kimidir.»[40]
İbrətli nöqtələr:
1. Alimlər şəhidlərdən üstündür, çünki onların elm və hidayətləri cəmiyyətdə şəhidlər tərbiyə edir.
2. Camaatın ən yüksək fərdi ilə ən aşağı fərdi arasında, yə’ni həzrət Peyğəmbər ilə adi camaat arasında çoxlu ilahi və mə’nəvi fərqlər vardır.
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
ثَلاثَةٌ يَشفَعُونَ اِلَی اللّه يَومَ القِيَامَةِ فَيُشَفِّعَهُمُ الانبَياءُ ثُمَ العُلَماءُ ثُمَ الشُهَداء
«Qiyamət günü üç dəstə insanlar Allah dərgahında şəfaət edər, Allah da onların şəfaətini qəbul edər: Peyğəmbərlər, sonra alimlər, sonra şəhidlər.»[41]
İncə nöqtələr:
1. Allah dərgahında ilahi alimlərin məqamları Peyğəmbərlər və şəhidlərin məqamları kimidir ki, insanlaraAllah dərgahında şəfaət edərək onları cəhənnəm əzabından xilas edib günahlarını bağışlatmaqla Allahın izni ilə onları behiştə apara bilərlər.
2. Şəfaət məqamında alimlər şəhidlərdən irəlidir.
3. İlahi alimlərin rütbəsi Peyğəmbərlərdən sonradır.
4. Allah dərgahında ilahi alimlərin şəfaəti qəbulolunur.
Həzrəti Sahibəzzəman (əccələllahu təala fərəcəhuş-şərif)-in öz əli yazması olan məktubda belə buyurulur:
أمَّا مَا سَألتَ عَنهُ أرشَدَکَ اللّه وَ ثَبَّتَکَ ألی أن قاَلَ: وَ أمَّا الحَوَدِثُ الوَاقِعَةُ فَارجِعُوا فيِهَا اِلَی رُوَاةِ حَدِيثِنَا فَإنَّهُم حُجَّتِی عَلَيکَم وَ أنَا حُجَّةُ اللّه
«Sənin soruşduğun məsələlərə gəldikdə isə, Allah səni düz yola hidayət edib sabitqədəm etsin. (Sonra bu məsələyə gəlib çataraq buyurur:) Baş verən hadisələrə gəldikdə isə (belə ki, onların barəsində dini mə’lumatınız olmasa və vəzifənizin nə olduğunu bilməsəniz) bizim sözlərimizi rəvayət edənlərə (və onu açıqlayanlara) müraciət edin. Həqiqətən onlar mənim sizə olan höccətimdir, mən də Allahın höccətiyəm.»[42]
İncə nöqtələr:
1. Müctehidüçün bütün şərtlərə malik olan, ilahiyyat elmlərində nəzər sahibi olan fəqihlər və alimlərin böyük qeybət dövründə əmr və fətvaları mə’sum İmam (əleyhissalam) tərəfindən təsdiq edilmiş şər’i bir dəlil və höccət sayılır. Buna görə də bu vəzifədən qafil olmaq olmaz. Onların əmrlərinə itaətetmək vacibdir.
2. Dövrün müxtəlif məsələlərində, siyasi və e’tiqadi ixtilaflarda ilahi alimlərə müraciət etməkbizim vəzifəmizdir.
3. On dörd məsumun (əleyhissalam) hədislərini rəvayət edənlərinin məqamı həqiqətdə Allahın höccəti tərəfindən verilən bir məqamdır.
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
اَلفُقَهاءُ اُمَناءُ الرُّسُلُ مَا لَم يَدخُلُوا فِی الدُنيَا قيل: يَا رسول اللّه (ص) : مَا دُخُولُهم فِی الدُّنيَا؟ قَالَ: إتِّبَاعُ السُّلطَانِ فَإذَا فَعَلُوا ذَلِک فَاحذَرُوهُم عَلی أديَانِکُم
«Fəqihlər, dünya malına baş qoşmayınca Peyğəmbərlərin əmanətdarlarıdır.» soruşdular: Ya Rəsuləllah, onların dünya malına baş qoşmaları necə olur?» Buyurdu: «Sultana (padşaha) tabe olmalarıdır. Bu işi etdikləri zaman dininiz barəsində onlardan uzaq olun.»[43]
İncə nöqtələr:
1. Fəqih o kəsdir ki, islamı, dini, Qur’anı və rəvayətləri dərindən başa düşüb və ilahi hökmlərin çıxarılmasında, onları sünnətdən və kitabdan bəyan edən ictihad qüdrətinə malik olsun.
2. Fəqih pis və rəzil işlərdən uzaqlaşaraq insani səcəyyələrə malik olmalıdır, həvapərəstlik, şöhrətpərəstlik, məqampərəstlik, pulpərəstik və sair kimi alçaq xüsusiyyətlərə düçar olmamalıdır.
3. Allahın və ilahi Peyğəmbərlərin e’timad etdiyi şəxs ən yaxşı məqam və mənsəbə malikdir.
4. Məzəmmət olunmuş dünyaya meyl etmək insani kamallardan tənəzzülə uğramaqla bərabərdir.
5. Zalım hakimlər və padşahlara, onların saray alimlərinə tabe olmaq insanı həqiqi islamdan və dindarlıqdan çıxarır.
Əmirəl-mö’minin Əliyybni Əbi talib (əleyhissalam) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in belə buyurduğunu nəql edir:
اَللهُمَّ إرحَم خُلَفَائِی ثَلاَثاً قيل يا رسول اللّه وَ مَن خُلَفائُک قاَلَ الذِينَ يَأتُونُ بَعدِی وَ يَرُوون حَدِيثِی وَ سُنَتِی
«Pərvərdigara, mənim xəlifələrimə rəhm et!» Peyğəmbər bu sözü üç dəfə təkrar etdi. Deyildi ki, ya Rəsuləllah, sənin xəlifələrin kimdir? Buyurdu: «O kəslərdir ki, məndən sonra gəlib hədis və sünnətimi nəql edərlər.»[44]
İncə nöqtələr:
1. Bu kəlamın nümunələri Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) dövründə mə’sum İmamlardır. Amma İmamların hüzuru dövründə və kiçik və böyük qeybət dövründə kimin olmasına gəldikdə isə, bu sualın cavabı tamamilə aydındır, mə’sum İmamların elmi məqamları bu həqiqəti bəyan edir. Salmanlar, Əbuzərlər, Bilallar, Miqdadlar Malik Əştərlər, İmam Hüseyn (əleyhissalam)-ın səhəbələri və Əhli-beyt (əleyhimussalam) məktəbinin şagirdləri, o cümlədən, Hişam ibni Həkəm və yüzlərlə başqa şagird, İmam Zaman (əleyhissalam)-ın xüsusi naibləri və dini alimlər o həzrətin böyük qeybət dövründəki ümumi naibləridir.
2. Nümunələri camiuş-şərait fəqihlər olan alimlər və ilahi hökmləri bəyan edənlər, hədis barəsində mə’rifətli olanlar böyük qeybət dövründə həzrət İmam Zaman (əleyhissalam)-ın ümumi naibləridir.
3. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) bu fəqih və alimlər üçün dəfələrlə dua etmişdir. Biz də onlar üçün dua etməliyik ki, özlərinin ağır vəzifələrini yerinə yetirməyə müvəffəq olsunlar.
İmam Sadiq (əleyhissalam) buyurur:
عُلَماءُ شِيعَتِنَا مَرَابِطُونَ بِالثِغرِ الذِی يَلَی إبلِيسِ وَعَفَاريته يَمنَعُونَهُم عَنِ الخُرُوجِ عَلَی ضُعَفَاءِ شِيعَتُنَا وَ عَن إن يَتَسَلَّط عَلَيهِم إبلِيسِ وَشِيعَتُهُ النَّواصِب ألا فَمَن انتَصَب لِذلک مِن شِيعَتِنا کَانَ أفضَلُ مِمَّن جَاهَدَ الرومَ وَ التُرکَ وَ الخَزَر ألفَ ألفَ مَرَّةِ لاَنَّهُ يَدفَعُ عن أديَانِ مُحِبينا و ذلِکَ يَدفَعُ عَن أبدانِهِم
Geriyə | Mündəricat | Növbəti |