Geriyə | Mündəricat | Növbəti |
İmam Məhəmməd Cəvad (ə) da bu qiyam haqqında öz mövqeyini belə bəyan etmişdi:
«Kərbəladan sonra «Fəxx»dən daha çətin bir qətlgahımız olmayıbdır.»[195]
Bu mısallardan anlaşıldığı kimi qiyam etmək və qiyam edənləri himayə etmək Әhli-beyt (ə)-ın zalım dövlətlər və sultanlar müqabilində tutduqları mühüm şivələrdən biridir.
4. Siyasi müqavimət:
İslam ümmətinin siyasi həyatında Әhli-beyt (ə)-ın zalımlar müqabilində ayrı bir siyasi cəbhə vücuda gətirərək müqavimət etməklərinin mühüm bir yeri və rolu var.
Allah əhkamını icra etməyib, ədalətlə davranmamaqla qüdrəti əlinə alan hər hansı zalım sultan bu üç əsrə yaxın bir müddət ərzində Әhli-beyt (ə)-dan birini öz müqabilində görübdür. Hər bir İmam (ə) öz zamanındakı siyasi müqavimətin rəhbəri idi. Xalq imamlara mübarizələrinin mehvəri, doğruluq və qanunilik me᾽yarı kimi baxırdılar... Әhli-beyt (ə)-ın varlıqları bir məş᾽əl kimi müsəlmanların mübarizə yolunu işıqlandırırdı.
Әhli-beyt (ə)-ın bu mövqeyini, müsəlmanların oyanmasındakı rollarını və qəlblərdəki tə᾽sir və məhəbbətlərini düşmənlər də, yə᾽ni islam və ədalətdən uzaq olan zalım Bəni-Üməyyə və Bəni-Abbasi sultanları da bilirdilər.
Buna görə də Әhli-beyt (ə)-ın dostlarına qarşı rüşvət və məqam, ya öldürmək və tabe etmək kimi aldatmaq və ya qorxutmaq vəsilələrinə əl atıb müsəlmanları Әhli-beyt (ə)-dan ayrı salmağa və Әhli-beyt (ə)-ın cəmiyyətdəki tə᾽sirlərini azaltmağa çalışırdılar.
Bu cəhətdən də Müaviyə həzrət Әli (ə)-ın xilafətinə boyun əymədi və Həzrətlə müharibəyə girişdi və həzrət Әli (ə)-ın şəhadətindən sonra da imam Həsən (ə)-ın müqabilində durub, o Həzrət (ə) ilə də müharibə etməyə təşəbbüs etdi və çoxlu pak insanları məhz Әhli-beyt (ə)-ı sevdiklərinə görə şəhid etdi. Nəhayət imam Həsən (ə)-ı da zəhər ilə şəhid etdi.
Müaviyədən sonra oğlu Yəzid də (Allahın lə᾽nəti ona olsun) Әhli-beyt (ə)-ın siyasi mövqeyinə toxunmaq məqsədi ilə tarixdə misli görünməmiş bir cinayətə əl atdı və Peyəğəmbərin (s) sünnəsini diriltmək və zülmü aradan aparmaq üçün qiyam edən imam Hüseyn (ə)-ı Kərbəlada öz övladları və səhabələri ilə birlikdə şəhid edib arvad-uşaqlarını da əsir tutdular.
İmam Hüseyn (ə)-dan sonra müsəlmanlar imam Әli ibni Hüseyn Zeynül-abidin (ə)-ı Bəni-Ümməyənin zülmü müqabilində müqavimət nişanəsi olaraq görürdülər. Buna görə də qiyam edənlər, O həzrətdən icazə alırdılar. İmam Zeynül-abidin (ə)-ın zamanında imam Hüseyn (ə)-ın intiqamını almaq və Әhli-beyt (ə)-i müdafiə etmək üçün bir çox qiyamlar meydana gəldi. O cümlədən Mədinə qiyamı, Məkkə qiyamı, Muxtar qiyamı və Təvvabin qiyamı bunların ən mühümlərindən sayılır.
İmam Zeynül-abidin (ə)-ın özü aşkar şəkildə hərəkət etməməsinə baxmayaraq, müsəlmanların və qiyamçıların nəzərində o mübarizənin simvolu və başçısı sayılırdı.
İmam Zeynül-abidin (ə)-ın Yəzid ibni Müaviyə, Mərvan ibni Həkəm və Әbdüllah ibni Mərvan kimi o zamanda hakimiyyət başında olan zalım Әməvi sulatanları müqabilində mövqeyi aşkar olmayan həqiqi bir müqavimət idi... Bu cərəyan imam Hüseyn (ə)-ın qatillərindən intiqam alan Muxtarın qiyamına qədər davam etdi. İmam Zeynül-abidin (ə) çox dərin mə᾽naya malik olan dualar vasitəsi ilə də müsəlmanlara islamın həqiqi yolunu bəyan etmişdir.[196]
İmam Zeynül-abidin (ə)-dan sonra bu müqavimət və rəhbərlik oğlu imam Məhəmməd Baqir (ə)-ın öhdəsinə düşmüşdür. İmam Məhəmməd Baqir (ə)-ın Әməvi sultanları tərəfindən, xüsusi ilə Hişam ibni Әbdül-Məlikdən çəkdiyi əziyyət və zülmlər bunu açıqca isbat edir.
İmam Məhəmməd Baqir (ə)-ın zamanında qardaşı «Zeyd»in rəhbərliyi ilə «Әləvi» qiyamı meydana gəlmişdir.
Әməvi xəlifəsi Hişam yaxşı bilirdi ki, bu siyasi hərəkət və mübarizənin qaynağı imam Məhəmməd Baqir (ə) və oğlu imam Cə᾽fər Sadiq (ə)-dır. Buna görə də onların hər ikisini Mədinədən xilafətin paytaxtı olan Şama gətirdi. İmam Məhəmməd Baqir (ə) Әməvi sultanının məclisinə varid olan zaman əli ilə məclisdə oturanlara işarə edib onlara salam verdi. Amma Әməvi sultanı Hişama xəlifə ünvanı ilə salam vermədi və ondan icazə istəmədən əyləşdi. Bunu görən Hişam daha da narahat olaraq dedi:
«Ey Məhəmməd ibni Әli, həmişə sizlərdən biri çıxıb müsəlmanların birliyini, bərabərliyini aradan aparır, xalqı özünə tərəf də᾽vət edib avamlıq və biliksizliyindən özünü imam sayır». Hişam bu sözləri deməklə çalışırdı ki, imam Məhəmməd Baqir (ə)-ı ittihamlandırsın. Hişam sakit olduqdan sonra məclisdə olanlar onlara qabaqca verdiyi tə᾽lim və əmrə görə imam Məhəmməd Baqir (ə)-ı danlamaq istəyirdilər...
İmam (ə) vəziyyəti belə gördükdə ayağa qalxıb məclisin ortasında dayanaraq buyurdu:
«Ey camaat hara gedirsiniz? (Yə᾽ni, niyə yolunuzu itirmisiz?). Və sizi hara aparmaq istəyirlər? Allah bizim xatirimizə sizlərin əvvəlinizi (atalarınızı) hidayət etdi və bizə görə sizlərin axırınızı xətm edəcək. Әgər indi dünya sizin olubdursa; (Allah nəzərində) mə᾽lum olan vaxtda həyata keçəcək hakimiyyət bizimdir. Bizim səltənətimizdən sonra artıq ayrı bir səltənət olmayacaqdır; Çünki, bizlər «aqibət» əhliyik və Allah-taala buyurur ki: «Aqibət təqvalılar üçündür».
Bu sözlərdən sonra Hişam imam Məhəmməd Baqir (ə)-ın həbs edilməsinə əmr verdi və beləliklə imamı həbs etdilər...[197]
Amma imam Məhəmməd Baqir (ə) zindanda olmağından istifadə edərək, həbsdəkiləri islam məktəbinin həqiqəti ilə tanış edib onları siyasi cəhətdən oyatmağa çalışdı. İmamın (ə) müqəddəs vücudu zindanda o qədər tə᾽sir buraxdı ki, zindanın məs᾽ulu Hişamın yanına gələrək zindanda yaranan təhlükəli vəziyyəti və İmamın (ə) orada icad etdiyi tə᾽siri ona bildirdi. Hişam bu tə᾽sirdən qorxuya düşüb imamın zindandan azad olunmasına və səhabələri ilə birlikdə rəsmi şəkildə Mədinəyə qaytarılmasına əmr etdi».[198]
İbni Cərir Təbəri də yazır ki, imam Məhəmməd Baqir (ə) ilə xristianların (məsihilərin) rəhbəri arasında baş verən bir bəhs nəticəsində İmamın (ə) mə᾽nəvi və fikri üstünlüyü Şam əhalisi arasında yayılmağa başlamışdı. Bu vəziyyətdən qorxuya düşən Hişam, imamı Mədinyə qaytardı...»[199]
İmam Məhəmməd Baqir (ə)-dan sonra oğlu imam Cə᾽fər Sadiq (ə)-ın mübarizə dövranı başlayır. Bu dövran acı və çətin hadisələrlə doludur. Ümumiyyətlə, islam ümməti məxsusən Peyğəmbərin (s) pak nəsli tarix boyu müxtəlif məşəqqətlərlə üz-üzə gəlmişdir...
Müxtəlif hadisələrlə dolu olan bu dövranda imam Cə᾽fər Sadiq (ə)-ın zalım Әməvi və Abbasi sultanlarının müqabilində aşkar bir qiyamı davam etdirməklə, islam adından aparılan həqiqi mübarizə və müqavimətin rəhbərliyini daşıyırdı.
Buna görə də qiyam edənlər imam Cə᾽fər Sadiq (ə)-dan onların mübarizələrini aşkar şəkildə himayə etməsini, hətta qiyamlarının rəhbərliyini öhdəsinə almasını istəyirdilər. Məsələn, Әbu Müslüm Xorasani imam Cə᾽fər Sadiq (ə)-ın yanına gəlib ona qiyamın rəhbəri kimi bey᾽ət etmək istədi. Amma imam Cə᾽fər Sadiq (ə) o zamanın şəraitini belə bir qiyama münasib olmadığını bildirərək bu təklifi rədd etdi.
Abbasi sultanlarının birincisi olan Әbül Abbas Səffah imam Cə᾽fər Sadiq (ə)-ın mövqeyini və müqavimətdəki rolunu bildiyi üçün İmam (ə)-dan qorxurdu. O, hətta İmamı (ə) öldürməyi təşəbbüs göstərdi. Amma, Allah-taala ona bu fürsəti vermədi... O, bir dəfə imam Cə᾽fər Sadiq (ə)-ı Mədinədən Hirəyə apardı və orada onu şiddətli nəzarət və təzyiqdə saxladı.
Әbu Cə᾽fər Mənsur da səltənətə yetişən zaman öz sələfi Səffah kimi İmamın (ə) mə᾽nəvi rəhbərliyindən və müqavimət simvolu olmasından qorxdu. Buna görə də bir neçə dəfə İmamı (ə) ittihamlandırmaq üçün Mədinədən İraqa apardı...
Mənsur İmamı (ə)-ın güclü mə᾽nəvi və siyasi şəxsiyyəti müqabilində olan acizliyini e᾽tiraf edərək belə deyirdi:
«Bu şəxs (imam Cə᾽fər Sadiq (ə)) xəlifələrin boğazına ilişib qalan bir tikandır ki, onu nə sürgün etmək olur, nə də öldürmək. Әgər o, kökü təmiz, gövdə və meyvələri gözəl olan bir mübarək ağacdan (nəsildən) olmasaydı, hansı ki, səmavi kitablarda onun müqəddəs olduğu yazılıbdır, o da (imam Cə᾽fər Sadiq (ə)-da) aqibəti yaxşı olmayanlardan olardı. Çünki o, gələn xəbərlərə görə bizə çox zərbə vurur və bizim haqqımızda pis sözlər deyir...[200]
Beləliklə aydın olur ki, imam Cə᾽fər Sadiq (ə)-ın mövqeyi zalım sultanlar müqabilində müqavimət göstərmək, xalqı oyatmaq və bu yolda onlara rəhbərlik etməkdən ibarət idi.
İmam Cə᾽fər Sadiq (ə)-dan sonra oğlu imam Musa Kazim (ə)-ın müqavimət dövrü başlandı. İmam Musa Kazim (ə)-da öz zamanının islamdan yayınan və müsəlmanların məsləhətini öz şəxsi istəkləri yolunda tapdalayan Abbasi sultanları müqabilində xalqı oyatdı və onlara zalımlara qarşı mübarizə aparmaq yolunda rəhbərlik etdiyi üçün Abbasilər tərəfindən müxtəlif işkəncə, əziyyət və zindanlara mə᾽ruz qalmışdır.
Peyğəmbərin (s) nəslinə çox zülm edən, mallarını talan edib hətta onlardan bir qismini diri-diri daş yerinə divarlara hördürərək şəhid edən Abbasi sultanı Әbu Cə᾽fər Mənsur imam Musa Kazim (ə)-ı güclü nəzarət altına almışdı.
Mənsurdan sonra səltənətə yetişən Məhdi Abbasi imam Musa Kazim (ə)-ın ümmət arasındakı dərin nüfuz və mövqeyindən qorxuya düşərək mühakimə və təhqiq üçün İmamı (ə) Mədinədən Bağdada gətirib zindana saldı və orada İmamı (ə) cürbəcür işgəncələrə mə᾽ruz qoydu. Amma Abbasi sultanı bir gün yuxusunda həzrət Әli (ə)-ın ona xitab edərək bu ayəni oxuduğunu gördü:
«Hakimiyyətə çatdıqda yer üzündə fitnə-fəsad törədib, (cahiliyyət dövründə olduğu kimi) qohumluq tellərini qırmaq istəyirsinizmi?»
Bu yuxudan qorxuya düşən Abbasi sultanı Məhdi, İmamın (ə) zindandan azad edilməsinə əmr verdi.
Məhdi Abbasidən sonra səltənətə yetişən Hadi Abbasinin zamanında həzrət Peyğəmbərin (s) nəslinə və imam Musa Kazım (ə)-a olan zülm və işgəncə daha da şiddətləndi. Hadi Abbasi, xüsusi ilə «Fəxx» qiyamından sonra zülmünü daha da artırıb, onların bə᾽zilərini sürgünə göndərmək və bə᾽zilərini öldürməklə bu nəsli tamamilə yox etməyə çalışırdı...
İmam Musa Kazım (ə)-a çox şiddətli zülm edən Hadi, hətta İmamı (ə) öldürməklə hədələdi və bu işə təşəbbüs də göstərdi. Amma tarixçilərin yazdığına görə o, qazi Әbu Yusifin vasitəçiliyi ilə bu qərarından əl çəkdi. Öldürülmək yerinə onun həbs olunmasına göstəriş verdi.
Amma Hadi Abbasinin tez çatan ölümü onun bu qərarının icra olunmasına mane oldu.
Sonra iş başına gələn Harun-ər-Rəşidin də imam Musa Kazim (ə)-a qarşı zülmü çox şiddətli idi.
O, İmamı (ə) Mədinədən İraqa gətirib həbs etdi, ağır əziyyət və işgəncələrə mə᾽ruz qoydu. Hətta zindanda İmamın (ə) boynunu və ayaqlarını ağır zincirlərlə bağlatdırdı. İmamı (ə) bir zindandan o biri zindana aparıb neçə il zülm və işkəncə ilə dolu həbslərdə saxlatdıqdan sonra təhlükəsizlik mə᾽murlarının rəisi olan Sindi ibni Şahik adlı bir yəhudiyə, İmama (ə) zindanda zəhər verib öldürməsini əmr olundu. Beləliklə İmam (ə) 183-cü hicri ilinin Rəcəb ayının 25-də Harun-ər-Rəşidin əmri ilə verilən zəhərlə zindanda şəhid oldu.
İmam Musa Kazim (ə)-dan sonra oğlu imam Riza (ə)-ın dövrü başlayır. Bu dövrdə müsəlmanların oyanması, Әhli-beyt (ə)-a olan məhəbbətin yayılması ilə müqavimətin çox qüdrətli şəkil alması və imam Riza (ə)-ın ümmət arasındakı mə᾽nəvi nüfuzunun nəticəsində Abbasi sultanı Mə᾽mun, xalq arasında özünə hörmət qazanmaq və imamın mə᾽nəvi nüfuzunu azaltmaq üçün, nəyin bahasına olursa olsun, özünü İmama (ə) yaxın göstərməyə çalışırdı.
Buna görə də Mə᾽mun, İmamı (ə) özünə vəliəhd olmağa məcbur etdi.
İmam Riza (ə) da çarəsizlikdən dövlətin heç bir işinə dəxalət etməmək, hökuməti və heç bir mə᾽suliyyəti öhdəsinə almamaq şərti ilə Mə᾽muna vəliəhd olmağı qəbul etdi.
Amma İmamın (ə) varlığını hər bir şəraitdə özünə təhlükə görən Abbasi sutanı Mə᾽mun, bir müddət sonra İmama (ə) zəhər verib şəhid etdi.
İmam Riza (ə)-dan sonra imamət məqamı Allahın əmri ilə imam Məhəmməd Cavada (ə) yetişdi. İmam Cavad (ə)-ın imamətinin ilk çağları Mə᾽mun ilə bir dövrə təsadüf edirdi.
Mə᾽mun müsəlmanların məhəbbətini qazanmaq və İmamın (ə) rəhbərlik etdiyi mübarizləri özünə doğru çəkə bilmək üçün. İmam (ə) ilə zahirdə yaxşı rəftar edərək qızı Ümmi Fəzli İmama ərə verdi. Amma imam Cavad (ə)-ın mövqeyindən sui istifadə edə bilməyəcəyini görən Mə᾽mun imam Cavad (ə)-dan əl çəkdi. Beləliklə İmam (ə) Bağdadı tərk edib Mədinəyə qayıtdı...
Mə᾽mun öldükdən sonra oğlu Mö᾽təsəm səltənətə yetişdi. O, İmamın (ə) Mədinədə olmasını öz səltənəti üçün təhlükəli bilib onu Mədinədən Bağdada gətirtdi. Bununla o, bir tərəfdən İmamı elm mərkəzi olan Mədineyi-münəvvərdən uzaqlaşdırmaqla onun müsəlmanlar arasındakı fikri və elmi tə᾽sirini azaltmaq istəyir, digər tərəfdən də onun mübarizlərlə rabitəsini kəsməklə, bir başa mərkəzin nəzarəti altında yaşamasını düşünürdü.
Amma İmamın (ə) harada olmasından asılı olmayaraq nüfuz və tə᾽sirinin müsəlmanlar üzərində davam etdiyini görən Abbasilər, imam Məhəmməd Cavad (ə)-ı Mədinədən gətirdikləri ildə, yə᾽ni 225-ci hicri ilində zəhərləyib gənc çağında şəhid etdilər.
İmam Məhəmməd Cavad (ə)-dan sonra imamət məqamı Allah-taalanın əmri ilə oğlu imam Әliyyəl Hadi (ə)-a, yə᾽ni onuncu imama yetişdi... Və imam Hadi (ə) müsəlmanların zalımlar qarşısındakı müqavimətlərindəki rəhbərliyini öhdəsinə aldı.
Abbasi sultanlarından olan Mütəvəkkil bu dövrdə səltənətə yetişmişdi. O, Peyğəmbərin (s) övladlarına düşmənçiliyi və Әhli-beytin (ə) dostlarına ədavəti ilə tanınan, onları nahaq yerə öldürən, hüquqlarını tapdalayan və xalqı onlara yardım etməkdən məhrum edən bir şəxs idi...
İmam Hadi (ə)-ın Mədinədə olması və xalq arasında olan nüfuzu onu qorxuya salırdı. Buna görə də İmam Hadi (ə)-ı nəzarətdə saxlamaq üçün Mədinədən İraqa gətirdi. Və hərbi məntəqə olan Samirrada qalmağa məcbur etdi. Bununla da kifayətlənməyib bir neçə dəfə İmam Hadi (ə)-ı öldürməyə və ya həbs etməyə təşəbbüs göstərdi. O, İmam Hadi (ə)-ın evinə hücum edib evinin axtarılmasına göstəriş vermişdi. Bunlar hamısı İmamın (ə) zülmə təslim olmayaraq, müsəlmanların fikri və mə᾽nəvi rəhbərliyini daşıdığı üçün idi.
Tarixçilər Mütəvəkkilin imam Hadi (ə)-ı Mədinədən Samirraya gətirməsini yazarkən, yuxarıda qeyd olunan nöqtəni açıqca bəyan etmişlər. Biz mısal olaraq Sibt ibni Cövzinin bu barədə olan sözünü nəql edirik. O, belə yazır:
Tarix alimləri deyiblər: «Mütəvəkkil İmam Hadi (ə)-ı Mədinədən Bağdada gətirtdi; çünki, o (Mütəvəkkil), Həzrət Әli və övladları ilə çox düşmənçilik edirdi. O, Әliyyəl Hadinin Mədinədəki məqamını və xalqın оna meyl etdiyini eşitmişdi və bundan qоrxaraq...»[201]
İmam Әliyyəl Hadi (ə) 254-cü hicri ilində Samirrada şəhid edildikdən sоnra, оğlu imam Әbu Məhəmməd Həsən Әsgəri (ə) imamət məqamını və ümmətin mə᾽nəvi və siyasi rəhbərliyini öhdəsinə aldı. İmam Həsən Әsgəri (ə) atası Әliyyəl Hadi (ə) ilə birlikdə, Mədinədən Samirraya gətirilmişdi. İmam Həsən Әsgəri (ə)-ın Abbasi sultanları müqabilindəki mövqeyi öz babaları kimi zülmün qarşısında müqavimət göstərmək idi.
Məhz buna görə də İmam (ə) öz babaları kimi müxtəlif əziyyət və zülmə mə᾽ruz qaldı. İmam Həsən Әsgəri (ə) Samirrada zindana salındı. Abbasi sultanı Möhtədi, İmam Həsən Әsgəri (ə)-ı öz zalımlığı və rəhimsizliyi ilə tanınan zindançılara təslim edirdi. Amma İmam Həsən Әsgəri (ə)-ın mə᾽nəvi şəxsiyyəti оnlarda tə᾽sir edib hidayət оlmalarına səbəb оlurdu.
Tarixdə mövcud оlan bə᾽zi işarələr Abbasilərin İmam Həsən Әsgəri (ə)-a qarşı icad etdikləri zülm və işkəncələrlə dоlu оlan bə᾽zi cəhətlərini bizə anlada bilər:
Әhməd ibni Məhəmməd yazır:
«Möhtədi xidmətçiləri öldürməyə başladığı zaman, (imam) Әbu Məhəmməd Həsən Әsgəriyə (ə) bir məktub göndərdim və dedim ki, «ey mənim ağam, Allaha şükr оlsun ki, (Allah) оnu (Möhtədini) ayrı işlərlə məşğul edibdir. Amma mənə xəbər yetişibdir ki, о səni də hədələyir və deyir ki, and оlsun Allaha, mən оnları yer üzündən siləcəyəm».
İmam (ə) cavabında öz xətti ilə belə yazır:
«Bu оnun ömrünün daha qısa оlmasına səbəb оlar».[202]
Tarixdə bir daha qeyd оlunubdur ki, İmam Həsən Әsgəri (ə) Mö᾽təmədin zamanında da həbs edilibdir. Әlbəttə, «İstisqa» məsələsinə (quraqlıq vaxtlarında Allah-taaladan yağış istəmək) görə, müsəlmanlarla məsihi keşişləri arasında bir müşkül yarandığı üçün Mö᾽təməd məcbur qalıb İmam Həsən Әsgəri (ə)-dan bu müşkülün həll etməsini istədi.
İmam (ə) bu müşkülü həll etdikdən sоnra Mö᾽təməd оnu zindandan çıxarmışdır. İmam (ə) bu işə görə zindanda оlan səhabələrinin də bağışlanmısını istəmiş və Mö᾽təməd qəbul edərək оnları da azad etmişdi...
Geriyə | Mündəricat | Növbəti |