Geriyə | Mündəricat | Növbəti |
وَمَنْ يَغْلُلْ يَأْتِ بِما غَلَّ يَوْمَ الْقِيامَةِ
«Heç bir peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. əmanətə xəyanət edən şəxs, qiyamət günü xəyanət etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr. Sonra isə hər kəsə gördüyü işlərin əvəzi verilər və onlara haqsızlıq edilməz!»
14. Vacib olan zəkatı verməkdən boyun qaçırmaq.
Allah-taala buyurur:
يَوْمَ يُحْمى عَلَيْها فِي نارِ جَهَنَّمَ فَتُكْوى بِها جِباهُهُمْ وَجُنُوبُهُمْ وَظُهُورُهُمْ
«Cəhənnəm odunda qızaran bu qızıl-gümüş ilə onların alnı, böyrü, beli dağlanan gün onlara deyəcəklər: «özünüzə yığdığınızdan dadın!». (“Tövbə”, 35)
15. Yalandan şəhadət vermək və habelə özünün şahid olmasını inkar etmək (yə’ni əgər bir şəxs müəyyən bir hadisənin şahidi olubsa, məhkəmə zamanı özünün şahid olmasını inkar etmək). Bu barədə Qur’anda oxuyuruq:
وَمَنْ يَكْتُمْها فَاِنَّهُ آثِمٌ قَلْبُهُ
«Hər kəs gördüyünü (məhkəmə zamanı) gizlətsə onun qəlbi günahkardır». (“Bəqərə”, 283)
16. «Ey iman gətirənlər! Şərab (içki), qumar, bütlər, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!» («Maidə» surəsi ayə 90 bu mətləbə işarə olunmuşdur.)
17. Bilərəkdən Allahın insanlara vacib etdiyi əməlləri, o cümlədən namazı tərk etmək. Çünki islam Peyğəmbəri Həzrəti Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) buyurur:
مَنَْ تَرَكَ الصَّلاةً مُتَعَمِّداً فَقَدْ بَرِئَ مِنْ ذِمَّةِ اللهِ وَذِمَّةِ رَسُولِ الله:
«Hər kəs bilərəkdən namazı tərk etsə, Allahın və Onun Peyğəmbərinin əhd-peymanından bizar olmuşdur.»
18-19. Əhdə vəfa qılmamaq və yaxın qohum-əqrəba ilə rabitəni kəsmək. Allah-taala «Furqan» surəsinin 25-ci ayəsində bu məsələlər haqqında buyurur:
اُولئِكَ لَهُمُ الَّعْنَةُ وَلَهُمْ سُوءُ الدّارِ
«Onlar (əhdə vəfa qılmayanlar və qohumluq rabitəsini pozanlar) üçün lə’nət olsun və onların axirətdə yeri çox pisdir».
Bu hədisi rəvayət edən şəxs deyir: İmam Sadiq (ə) bura çatanda əmr ibn Übeyd imamın sözlərinin tə’sirindən ağlayıb nalə çəkən halda oranı tərk etdi. Lakin gedərkən dilində bu cümləni təkrar edirdi:
هَلَكَ مَنْ قالَ بِرَأْيِه وَنازَعَكُمْ فِي الْفَضْلِ وَالْعِلْمِ
«Həlak olsun o şəxs ki elmi olmadan nəzər verə; və həlak olsun o şəxslər ki, siz imamlarla elm və fəzilətdə üzbəüz dura» (yə’ni həlak olsun sizin düşmənləriniz).
Din alimləri arasında böyük və kiçik günahların əlamətləri haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Onlardan bə’ziləri aşağıda qeyd edilən beş me’yarı günahların böyük olmasının tə’yin edilməsində əsas bilirlər:
1. Hər bir günah ki, Qur’anda onun üçün əzab və’dəsi verilmişdir.
2. Hər bir günah ki, müqəddəs islam dinində onun barəsində ciddi xəbərdarlıq edilib və cəza tədbirləri (hədd) tə’yin olunmuşdur. Məsələn şərab içməyin cəzası şallaqdır.
3. İslam dininə e’tinasızlıq məqsədilə edilən günahlar.
4. Qəti dəlillərlə böyük günah olması sübuta yetən günahlar.
5. Hər bir günah ki, Qur’anda və yaxud 14 mə’sumun hədislərində onu edən şəxs şiddətli əzabla təhdid olunub.
Böyük günahların sayına gəldikdə isə alimlərdən bə’zisi onları 7 ədəd, bə’zisi 10 ədəd, başqaları 20 ədəd, daha bir dəstə 34 ədəd və nəhayət bə’zi alimlər onların sayını 40 ədəd hesab etmişlər. Alimlərimizin arasında olan bu müxtəlif nəzəriyyələr Qur’an və hədislərdən götürülmüşdür. Çünki böyük günahların hamısı da dərəcə cəhətindən eyni deyillər.
Mərhum İmam Xomeyni özünün «Təhrirül-vəsilə» kitabında yazır:
Böyük günahlar bunlardır:
1. Qur’anda və yaxud hədislərdə onun haqqında cəhənnəm odu və’dəsi verilsin.
2. Müqəddəs islam şəriəti tərəfindən şiddətli surətdə qadağan olunsun.
3. Bir günahın başqa günahlardan böyük olmasına dəlilimiz olsun.
4. İnsanda olan sağlam ağıl, bir günahın böyük günah olmasını təsdiqləsin.
5. İlahi qayda və qanunlara əməl edən müsəlmanların zehnində belə fikir olsa ki, filan günah böyük günahdır.
6. Peyğəmbərimiz və yaxud İmamlarımız tərəfindən çatan hədislərdə bir günah böyük günah sayılsın.
Müəllif sözünün davamında belə yazır: Böyük günahlar çoxdur. Onlardan bə’zisi isə bunlardır:
1. Allahın rəhmətindən məyus olmaq;
2. Allahın əzabından həmişəlik özünü amanda güman etmək;
3. Allahın, Onun Peyğəmbərinin və yaxud İmamlarımızın adından yalan demək;
4. Nahaqdan bir adamı öldürmək;
5. Ata və ananın üzünə ağ olmaq;
6. Zülm etməklə bir yetimin malını mənimsəmək;
7 İsmətli bir qadına zina ittihamını vurmaq;
8. Düşmənlə mübarizə (cihad) meydanından qaçmaq;
9. Yaxın qohum-əqrəbalarla rabitəni kəsmək;
10. Sehr və cadu etmək;
11. Zina; (qadınla kəbinsiz cinsi əlaqədə olmaq);
12. Həmcinsbazlıq (kişinin kişi, qadının qadın ilə əlaqədə olması);
13. Oğurluq;
14. Yalandan and içmək;
15. Şəhadət verməyin vacib olduğu yerlərdə, boyun qaçırmaq;
16. Yalandan məhkəmədə şəhadət vermək;
17. Əhdə vəfa qılmamaq;
18. Ölünün vəsiyyətinə əməl etməmək;
19. Şərab içmək;
20. Faiz yemək (sələmçilik);
21. Haram mal yemək;
22. Qumarbazlıq;
23. Qan və yaxud meytə (özü ölən, heyvan) ətini yemək;
24. Donuz əti yemək;
25. Şəriət qayda və qanunları ilə kəsilməmiş heyvan ətini yemək; (Lakin çarəsizlik üzündən yemək istisna olunur).
26 Az satmaq (Müştərini tərəzidə aldatmaq);
27. Dinini qorumaqda təhlükə ilə üzləşəcəyi bir yerə köçmək;
28. Zalıma kömək etmək;
29. Zalım bir şəxsə arxalanmaq;
30. Başqalarının haqqını bilərəkdən və üzrlü səbəb olmadan özündə saxlamaq;
31. Yalan danışmaq;
32. Özünü başqalarından böyük saymaq;
33. İsraf etmək;
34. Xəyanət etmək;
35. Başqalarının qeybətini qırmaq;
36. Söz gəzdirmək (ara vurmaq məqsədilə);
37. Faydasız işlərlə məşğul olmaq;
38. «Həcc» fərizəsini yüngül saymaq;
39. Namazı tərk etmək;
40. Zəkat verməmək;
41. Kiçik günahı təkrarlamaq.
Böyük günahların arasında Allaha şərik qoşmaq, Allah-taalanın buyurduğu qayda və qanunları inkar etmək və Peyğəmbərimiz və İmamlarımızla düşmənçilik ən böyük günahlar sayılırlar.[1]
Sadaladığımız günahlar böyük günahların bir qismi idi. Həmçinin Qur’ana, Peyğəmbərə, İmamlarımıza və müqəddəs Kə’bə evinə nalayiq sözlər demək də böyük günahlardan sayılır.
İmam Əli (ələyhissəlam) buyurur:
اِنَّ الذُّنُوبَ ثَلاثَةٌ... فَذَنْبٌ مَغْفُورٌ وَذَنْبٌ غَيْرُ مَغْفُورٌ وَذَنْبٌ نَرْجُو لِصاحِبِهِ وَنَخافُ عَلَيْهِ
O günahlar üç qrupdur:
1. Bağışlanan günahlar.
2. Bağışlanmyan günahlar.
3. Elə günahlar da vardır ki, onların bağışlanıb-bağışlanmayacağı mə’lum deyil. (O həzrət sonra sözünün davamında buyurur): Bağışlanan günahlar elə günahlardır ki, Allah tərəfindən bu dünyada onlar üçün cəza tədbirləri müəyyən olunub. Daha belə olan surətdə bədənin ikinci dəfə qiyamətdə də cəzalandırılması, Allahın həkimlik məqamından uzaqdır.
Bağışlanmayan günahlar isə insanların bir-birlərinə qarşı etdiyi günahlardır. (Misal üçün, əgər insan mö’min bir şəxsin malını onun icazəsi olmadan mənimsəyibsə, bu halda ancaq və ancaq gərək malın sahibindən halallıq alsın).
Üçüncü növ günahlar isə insanların gizlində etdiyi günahlardır ki, bir özü, bir də Allahı bilir. Bu halda Allah-taala insan üçün tövbə qapısını açıq qoyub. Hər bir zaman tövbə edib Allahın dərgahına üz gətirə bilər. Tövbə etdikdən sonra belə bir şəxs bir tərəfdən Allahın rəhmətinə ümidli, digər tərəfdən isə etdiyi günahların nəticəsindən nigarandır. Biz də belə bir bəndə haqqında həm ümidvar, həm də nigaranıq.[2]
Kiçik günahların bə’zi hallarda böyük günaha çevrilməsininin Qur’an ayələri və hədislərdən izahı:
1. Kiçik bir günahı dəfələrlə təkrarlamaq.
Kiçik bir günahı bir neçə dəfə təkrar etmək həmin günahın böyük bir günaha çevrilməsinə səbəb olur. Hətta bir kiçik günahdan sonra tövbə etməmək və yaxud tövbə etmək fikrində olmamaq da bu günahın böyük günaha çervilməsinə səbəb olur. Elə həyatda da bu cürdür: Nazik saplar cəm olduqda qalın bir ip düzəlir və daha bundan sonra ona sap yox, ip deyirlər.
Allah-taala «Ali-imran» surəsinin 135-ci ayəsində buyurur:
«(Pərhizkar insanlar) tutduqları pis əməllərə bilə-bilə israr etməzlər».
İmam Baqir (ələyhissəlam) bu ayənin açıqlamasında belə buyurur: Günaha israr etməyin mə’nası budur ki, insan günah etdikdən sonra tövbə etməsin və yaxud tövbə etməyin fikrində olmasın. İmam Əli (ələyhissəlam) bu barədə buyurur:
اِيّاكَ وَالاْصْرارَ فَاِنَّهُ مِنْ اَكْبَرِ الْكبائِرِ وَاَعْظَمِ الْجَرائِمِ
«Günaha israr etməkdən çəkin. Çünki bu ən böyük günahlardan hesab olunur».
İmam Sadiq (ələyhissəlam) öz hədislərinin birində buyurur:
İslam Peyğəmbəri öz səhabələri ilə birlikdə səfərə çıxmışdı. Səfər zamanı onlar susuz və quru səhraya çatdılar. Peyğəmbər öz səhabələrindən çör-çöp yığmaqlarını istədi.
«Bura boş bir səhradır və yığılmağa heç bir şey gözə dəymir»-deyə səhabələr Peyğəmbərə xitab etdilər. Peyğəmbər buyurdu: Gedin və bacardığınız qədər yığın.
Onlardan hər birisi bir az quru çöp tapıb Peyğəmbərin hüzuruna gətirdilər. Peyğəmbər bu səhnəni gördükdə buyurdu:
هكَذا تَجْتَمِعُ الذُّنُوبُ
«Günahlar da bu cür bir-birinin üstünə cəmləşir».
Sonra o həzrət buyurdu:
اِيّاكُمْ وَالُْمحَقَّراتِ مِنَ الذُّنُوبِ
«Kiçik günahlardan qorunun. Çünki onların hamısı (Allah mələkləri tərəfindən) yazılıb saxlanılır».
Başqa bir hədisdə İmam Sadiq (ələyhissəlam) buyurur: Hər bir kiçik günaha israr etsən, onu böyük günah etmisən.
2. Günahı yüngül saymaq.
Hər bir kiçik günahı yüngül saymaq o günahı böyük günaha çevirir. Mətləbin daha aydınlaşması üçün aşağıdakı misala diqqət yetirin: Böyük bir daş parçasını başqasının başına vuran şəxs etdiyi işdən peşman olduğu halda, vurulan adamdan üzr istəsə, onun bağışlanması mümkündür. Əksinə əgər bir şəxs kiçik bir qum dənəsini başqasının başına vurduqdan sonra öz işindən peşman olmasa və nəticədə vurulan adamdan üzr istəməsə, onun bu əməlinə e’tiraz etdikdə isə bu işin çox kiçik olmasını dəlil gətirsə, daha vurulan şəxs onu heç vaxt bağışlamaz. Çünki onun bu sözü onda olan eqaistlik əhval-ruhiyyəsindən xəbər verir. Yə’ni vuran şəxs həddindən artıq özündən razıdır. Buna görə də günah işlədir. Bu barədə İmamlarımızdan nəql olunan bir neçə hədisə diqqət yetirək:
1. İmam Həsən əskəri (ələyhissəlam) buyurur:
مِنَ الذُّنُوبِ الَّتِي لا يَغْفَرُ: لَيْتَنِي لا أُآخَذُ بِهذا
Bağışlanmayan günahlardan biri də budur ki, insan (günah edən zaman) belə deyə: Kaş ki, Allahım bu günahdan başqasını görə məni cəzalandırmasın[3].
Bu söz onun etdiyi günahı yüngül saymasını göstərir.
2. İmam əli (ələyhissəlam) buyurur:
اَشَدُّ الذُّنُوبِ مَا اسْتَهانَ بِهِ صاحِبُهُ
«Ən böyük günahlardan biri də odur ki, günah edən şəxs onu yüngül saysın.»
3. Zeyd Şəhham deyir: İmam Sadiq (ələyhissəlam)-ın hüzurunda ikən o həzrət belə buyurdu:
اِتَّقُوا الُْمحَقَرَّاتِ مِنَ الذُّنُوبث فَاِنَّها لا تُغْفَرُ
«Kiçik günahlardan qorun (onları yüngül sayma)! Çünki onlara bulaşanlar bağışlanmazlar». Ərz etdim:
Kiçik günah hansı günaha deyilir?
İmam buyurdu:
اَلرَّجُلُ يَذْنِبُ الذَّنْبَ فَيَقُولُ طُوبى لِي لَوْ لضمْ يَكُنْ لِي غَيْرُ ذلِكَ
«Bir şəxs günah etdikdən sonra belə deyə: əgər bu günahdan başqa bir günahım olmasa, onda xoş mənim halıma».
4. Dördüncü hədisi dördüncü imam həzrəti Səccad (ələyhissəlam)-dan nəql edirik. O Həzrət dua edərkən öz Allahına belə ərz edir:
اَللّهُمَّ اَعوُذُ بِكَ مِن... الاْصْرارِ عَلَى الْمَأْثَمِ وَاِسْتِصْغارِ الْمَعْصِيَةِ
«Ey mənim Rəbbim! Günahlara israr etməkdən və günahları yüngül saymaqdan Sənə pənah gətirirəm (özün mənə bu iki şeydən çəkinməkdə kömək ol).»
3. Günah edən zaman şad olmaq.
Kiçik bir günahdan ləzzət almaq və günah edən zaman şadlanmaq, o günahın böyük günah kimi hesablanmasına gətirib çıxarır. Nəticədə günahın axirət əzabı da artır.
Bu haqda da Mə’sum Peyğəmbərimiz və İmamlarımızın müqəddəs kəlamlarından bir neçəsini araşdırırıq. Həzrət Əli (ələyhissəlam) buyurur:
شَرُّ الاَْشْرارِ مَنْ تَبَهَجَّ بِالشَّرِ
«Pis iş etdikdə şadlanan kəs ən pis insandır».[4]
Yenə o həzrət buyurur:
مَنْ تَلَذّذَ بِمَعاصِي اللهِ ذُلَّ
«Allaha qarşı günah etməkdən ləzzət alan insan xar və zəlil olar.[5]
Ayrı bir hədisdə İmam Səccad (əleyhis-səlam) belə buyurur:
اِيّاكَ وَاِبْتهاجَ الذَّنْبِ فَاِنَّهُ اَعْظَمُ مِنْ رُكُوبِهِ
«Günah edən zaman şadlanmağın (mənfi) tə’siri günahın özündən çoxdur.[6]
Başqa bir hədisdə o həzrət buyurur:
«Günahın çətin axirət əzabı onun şirinliyini məhv edir».[7]
Sonra o həzrət buyurur:
لا خَيْرَ فِي لَذَّة مِنْ بَعْدِهَا النّارُ
«Ardınca cəhənnəm atəşi gələn ləzzətdə heç bir fayda yoxdur.»
Axırıncı hədis Peyğəmbər Həzrətlərindəndir. O həzrət buyurur:
مَنْ اَذْنَبَ ذَنْباً وَهُوَ ضاحِكٌ دَخَلَ النّارَ وَهُوَ باكٌ
«Gülə-gülə günah edən şəxs, ağlayan halda da cəhənnəmə daxil olar.»
4. Azğınlıq səbəbindən günah etmək.
Günahın azğınlıqla edilməsi onun böyük günaha çevrilməsinə səbəb olur.
Bu haqda «Naziat» surəsinin 37-38-ci ayələrində oxuyuruq:
وَاَمّا مَنْ طَغى وَآثَرَ الْحَياةَ الدُّنْيا فَاِنَّ الْجَحِيمَ هِيَ الْمَأوى
«Azğınlıq (tüğyan) edən və dünya həyatını axirətdən üstün tutan şəxsin yeri şübhəsiz ki, cəhənnəmdir».
5. Allahın insana verdiyi möhlətdən qürurlanmaq.
Bə’zi vaxtlar günahkar insan Allahın ona verdiyi möhləti və onun cəzasını tə’xirə salmasını, Allahın ondan razı qalması kimi başa düşür. Kçik günahların böyük olmasının səbəblərindən biri də elə budur. «Mücadilə» surəsinin 8-ci ayəsində Allah-təala buyurur:
وَيَقُولُونَ فِي اَنْفُسِهِمْ لَوْلا يُعذِّبُنَا اللهُ بِما نَقُولُ حَسْبُهُمْ جَهَنَّمُ يَصْلَوْنَها فَبِئْسَ الْمَصِيرُ
«Kafirlər öz-özlərinə deyərlər: «Dediklərimizə görə Allah bizi nə üçün əzaba uğratmadı? Cəhənnəmə vasil olacaqları onlara bəs eləyər. Onların gedəcəkləri o yer necədə pis yerdir!».
Bu ayədə Allah möhlətinə məğrur olanlara cəhənnəm və’dəsi verilmişdir.
6. Günahı aşkarda etmək.
Kiçik günahı aşkarda etmək həmin günahın böyük günaha çevrilməsinə gətirib çıxarır. Ona görə ki, bu iş həm günahkar şəxsin Allah qarşısında qorxmamazlığından xəbər verir, həm də cəmiyyətdə günahın əxlaqi dəyərləri məhv etməsinə səbəb olur. Bunun nəticəsində isə günah etmək adi bir işə çevrilir. Həzrət Əli (ələyhissəlam) bu barədə buyurur:
اِيّاكَ وَالُمجاهَرَةَ بِالْفُجُورِ فَاِنَّهُ مِنْ اَشَدِّ الْمَآثِمِ اِيّاكَ وَالُمجاهَرَةَ بِالْفُجُورِ فَاِنَّهُ مِنْ اَشَدِّ الْمَآثِمِ
Geriyə | Mündəricat | Növbəti |