Geriyə | Mündəricat | Növbəti |
1. İslam Peyğəmbəri (s) buyurur:
مَنْ اَذاعَ فاحِشَةً كان كَمُبْتَدِئها
«Pis işlərin yaranmasına şərait yaradan şəxs o işləri görən şəxs kimidir».[47]
2. Yenə o Həzrət buyurur:
اَلْمُسْتَتِرُ بِالْحَسَنَةِ يَعْدِلُ سَبْعِينَ حَسَنَةً، وَالْمُذِيعُ بِالسَّيِّئَةِ مَخْذُولٌ وَالْمُسْتَتِرُ بِها مَغْفُورٌ لَهُ
«Yaxşı işləri gizlində görən şəxsin savabı yetmiş bərabərdir. Aşkarda və gizlində günah edən şəxs isə (sonradan tövbə etmək şərtilə) Allah tərəfindən bağışlanır».[48]
3. İmam Baqir (ə) buyurur:
يَجِبُ لِلْمُؤْمِنِ اَنْ يَسْتُرَ عَلَيْهِ سَبْعِينَ كَبِيرَةً
«Mö’min olan bir şəxsə mö’min qardaşının 70 böyük günahını gizlətməyi vacibdir».[49]
4. İmam Sadiq (ə) buyurur:
«Biz əhli-beytin haqqını tanıyan şəxslərin nicat tapmasına ümidim var. Lakin bunların arasında üç dəstənin səadətə çatmasına ümidim yoxdur. Bu üç dəstə bunlardan ibarətdir:
1- Zalım padşah.
2- Öz nəfsinin istəklərinə qulluq edən şəxs.
3- Aşkarda günah edən şəxs.
5. O həzrət başqa bir hədisdə buyurur:
اِذا جاهَرَ الْفاسِقُ بِفِسْقِهِ فَلا حُرْمَةَ لَهُ وَلا غَيْبَةَ
«Aşkarda günah edən şəxsin heç bir hörməti yoxdur. Onun qeybətini etmək də haram deyil».[50]
(Yə’ni həmin şəxsin aşkarda etdiyi günah barədə edilən qeybət haram deyil.)
6. İslam Peyğəmbəri (s) buyurur:
اَللّهُمَّ اِنِّي اَعُوذُ بِكَ مِنْ خَلِيل ماكِر... اِنْ رَأى حَسَنَةً دَفَنَها، وَاِنْ رَأى سَيِّئَةً اَذعَها
«İlahi! Hiyləgər dostdan Sənə pənah aparıram. Çünki belə dost mənim yaxşı işlərimi gizlədər, pis işlərimi isə yayar».[51]
7. İmam Əli (ə) buyurur:
ذُو الْعُيُوبِ يُحِبُّونَ اِشاعَةَ مَعائبِ النّاسِ لِيَتَّسَعَ لَهُمْ الْعُذْرَ
«Günahkar adamlar öz günahlarına bəhanə gətirmək üçün başqalarının eyblərini faş edirlər».[52]
Fiqh elmində də aşkarda günah edən şəxslə gizlində günah edən şəxsin arasında fərq qoyulur.
Misal üçün, İmam Xomeyni özünün «Təhrirül-vəsilə» kitabında belə yazır:
الاحوط عدم الدفع الى الْمُنْتهَتِّكِ المتاجر بِالْكَبائِرِ بَلْ يُقوّي عَدم الجواز كان فِي الدّفْعِ عَلى الاِثْم وَالعِدْوان والاْغْراء بالقَبِيح
«Ehtiyat budur ki, seyyid malı aşkarda günah edən seyyidə verilməsin. Hətta belə bir seyyidə seyyid malı verilməsi onu günaha salacaqsa və cəmiyyətdə günahın yayılmasına səbəb olacaqsa, onda bu malı ona vermək olmaz və caiz deyil».
Kitab əhlinin (yəhudi, məsihi və...) müsəlman ölkəsində yaşamalarının şərtlərindən biri də budur ki, onlar aşkarda şərab içmək, donuz əti yemək, zina etmək, məhrəm qadınlarla (ana, bacı və s.) evlənmək və bu kimi günahlardan qorunsunlar.
Hədislərin birində oxuyuruq:
Bir şəxs İmam Kazim (ə)-dan soruşdu: Zina etmiş və yaxud şərab içmiş yəhudi, məsihi və ya məcusi bir şəxsi tutublar, onun hökmü nədir?
İmam buyurdu:
يُقامُ عَليْهِ حُدُودُ الْمُسْلِمينَ اِذا فَعَلُوا ذلِكَ فِي مِصْر مِنْ اَمْصارِ الْمُسْلِمِينَ اَوْ فِي غَيْرِ أَمْصارِ الْمُسْلِمينَ اِذا رَفَعُوا اِلى حُكّامِ الْمُسْلِمِينَ
«O, bu günahları müsəlmanlar yaşayan bir yerdə edibsə və yaxud onu bu günahlarına görə mühakimə etmək üçün müsəlman bir qazının yanına gətiriblərsə, bu vaxt islamda olan cəza tədbirləri onun üçün icra olunmalıdır».[53]
Bu cür hadisələr onu göstərir ki, islam dinində cəza tə’yin olunan günahları edən şəxs müsəlman olmasa da, cəzalanmalıdır.
Bu bəhsin sonunda İmam Əli (ə)-dan bir hədisə diqqət yetirin:
İmam buyurur:
شَرُّ النّاسِ مَنْ لا يَعْفُو عَنِ الْهَفْوَةِ وَلا يَسْتُرُ الْعَوْرَةَ
«Camaatın ən pisi o adamdır ki, başqasının səhvinə qarşı güzəşti olmaya və eybləri örtməyə».[54]
Mühit pozğunluğuna səbəb olan amillərdən biri də insanların arasında həya pərdəsinin götürülməsidir. Deməli, mühiti sağlamlaşdırmaq üçün islamda tövsiyə olunan «həyanı» qorumalıyıq. İnsanın Allah qarşısında, sair insanlara qarşı və özü qarşısında həya etməsi mühitin sağlamlığına çoxlu kömək edəcəkdir. İslam Peyğəmbəri (s) buyurur:
اِسْتَحْيُوا مِنَ اللهِ حَقَّ الْحَياء
«Allah qarşısında tamamilə həyalı olun».[55]
İmam Əli (ə) buyurur:
اَحْسنُ الْحَياء اِسْتَحْيائُكَ مِنْ نَفْسِكَ
«Ən yaxşı həya, sənin özündən həya etməyindir».
Qur’anda «həya» məfhumuna aid müxtəlif ayələr nazil olub, məsələn:
1. Dil həyası, («Ən’am», 108).
2. Danışıq həyası, («Əhzab», 32).
3. Yol gedəndə həyalı olmaq, («Qəsəs», 25).
4. Qonaqlıqda həyalı olmaq, («Əhzab»,53).
5. Bir yerə baxanda həyalı olmaq, («Nur», 30-31).
6. İqtisadi məsələlərdə həyalı olmaq, («Bəqərə», 273).
7. Camaatın evinə daxil olan zaman həyalı olmaq, (Nur 58-59).
Xülasə İslam dini buyurduğu kimi, «həyanın» bütün növlərinə riayət olunsa yaşadığımız mühit saflaşacaq, əksinə cəmiyyətdə həya sərhəddini pozmaq fəsad və pozğunluğa imkan yaradacaqdır.
Camaatın yaşadıqları cəmiyyətdə törədilən cinayətlərə və edilən günahlara laqeyd olması mühit pozğunluğuna imkan yaradan daha bir amil hesab olunur. İnsanları yaxşı işlərə də’vət edib, pis işlərdən çəkindirmək cihadı və bu kimi vacib olunan vəzifələr insanlara cinayət və günah qarşısında laqeyd qalmamağı əmr edib. Yə’ni müsəlmanlar müxtəlif hadisələr qarşısında bir tamaşaçı yox, nəzarətçi olmalıdır. Onlardan hər biri başqasını pis yoldan çəkindirməli və cəmiyyətdə yaxşı işləri yaymağa çalışmalıdır. Lakin onların daha iki mühüm vəzifələri də vardır: «Təvəlli» və «təbərri».
«Təvəlli» Allah dostları olan yaxşı insanları qəlbdən istəmək və onların cəmiyyətdə gördükləri yaxşı işləri təsdiq etməkdən ibarətdir.
«Təbərri» isə Allahın düşmənləri, zalım və qəddar adamlarla düşmənçilik etməyə deyilir.
İslam dinində mövcud olan bu böyük vəzifələr hər bir müsəlmanı yaşadığı mühitdə laqeyd olmaqdan çəkindirir və onları günahla mübarizə edib cəmiyyəti saflaşdırmağa də’vət edir.
Günahkar şəxsin günah etməsinə mane olmayıb onun bu işi qarşısında sükut etmək, günaha şərait yaradan daha bir ictimai amildir. Çünki başqalarının günah etməsinə susmaq günahın yayılmasında mühüm rol oynayır. Allah-taala İslam Peyğəmbəri zamanında yaşayan yəhudilərə belə xitab edir: «Siz qatilsiniz». Çünki onlar öz əcdadlarının keçmişdə peyğəmbərləri qətlə yetirmələrinə razı idilər.[56] (Onlar özləri qatil olmasalar da, qatil əcdadlarının çirkin işlərinə razı olduqları üçün qatil hesab olunurlar.)
Hədislərin birində oxuyuruq: İmam Sadiq (ə) öz zamanında İmam Hüseyn (ə)-ın Kərbəlada qətlə yetirilməsinə razı olan adamlara qatil adı verdi.
İmam Sadiq (ə) «Ali-İmran» surəsinin 183-cü ayəsinə istinad edərək buyurdu:
«Bir insanın qətlə yetrilməsinə razılıq verən şəxs özü də qatil hesab olunur.»[57]
Başqa bir misal:
Saleh peyğəmbərin dəvəsini öldürən bir nəfər olsa da, Allah-taala bütün Saleh və Səmud qövmünü öz əzabına düçar edəcəyini bildirib və onların hamısını o dəvənin qatili hesab edir.
İmam Əli (ə) bu mövzunu belə şərh edir:
وَاِنَّما عَقَرَ ناقَةَ ثَمُودَ رَجْلٌ واحِدٌ فَعَمَّهُمْ اللهُ بِالْعَذابِ لَمّا عَمُّوهُ بِالرِّضا
«Saleh peyğəmbərin dəvəsini bir nəfər öldürsə də, Allah-taala o qövmün hamısını cəzalandıracaq. Çünki onların hamısı bu işə razılıq verdilər».
Bu barədə çoxlu hədislər vardır. Onlardan ikisini burada nümunə gətiririk:
1. İmam Əli (ə) buyurur:
الرّاضِيُ بِفِعْلِ قَوْم كَالدَّاخِلِ فِيهِ مَعَهُمْ وَعَلى كُلِّ داخِل فِي باطِل اِثْمانِ، اِثْمُ الْعَمَلِ بِهِ، واِثْمُ الرّضِي بِهِ
«Bir dəstə camaatın işinə razılıq verən bir şəxs onlarla şərik hesab olunur. Pis iş görən şəxsin isə iki günahı vardır:
a). Pis iş görməyin günahı;
b). Gördüyü pis işə razı olmasının günahı.»
2. Ziyarətnamələrin bə’zisində, o cümlədən İmam Hüseyn (ə)-ın «ərbəin» ziyarətində belə oxuyuruq:
وَلَعَنَ اللهُ اُمَةً سَمِعَتْ بِذالِكَ فَرَضِيَتْ بِهِ
«Allah lə’nət etsin o camaata ki, sənin qətl xəbərini eşitdilər və buna razılıq verdilər».
Günaha şərait yaradan ictimai amillərdən biri də günaha və zülmə kömək etməkdir. Çünki günahkara və zalıma etdiyi işdə kömək etmək onu öz yolunda daha da qüdrətli və sırtıq edir. Bu isə cəmiyyətdə günahın və zülmün çoxalmasına səbəb olur.
Məsələn: Hicabsızlıq ictimai bir günahdır. Başqalarının hicabsızlığa imkan yaratması bu günahın adi bir şəklə düşməsinə səbəb olacaqdır. İslam dinində zülm və günahın yayılmasına kömək etmək qadağan olunub və bu barədə çoxlu xəbərdarlıq verilmişdir. Bu haqda olan bir neçə ayəni nəzərinizə çatdırırıq:
1. «Maidə» surəsinin 2-ci ayəsində oxuyuruq:
تَعاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوى وَلا تَعاوَنُوا عَلَى الاِْثْمِ وَالْعِدْوانِ
«Yaxşı işlər və təqva yolunda bir-birinizlə həmkaralıq edin. Günah və düşmənçilik yolunda heç vaxt bir-birinizlə həmkarlıq etməyin».
Həqiqətdə də belədir. Yaxşı işlərdə həmkarlıq olunsa və pis işlərdə həmkarlıqdan çəkinilsə, cəmiyyətdəki çətinliklərin çox hissəsi həll olar və çoxlu günahların qabağı alınar.
2. «Hud» surəsinin 113-cü ayəsində oxuyuruq:
وَلا تَرْكَنُوا اِلَى الَّذينَ ظَلَمُوا فَتَمَسَّكُمُ النّارُ
«Zalımlara meylinizi salmayın, yoxsa od tutarsınız».
Yə’ni zalımlarla həmkarlıq etmək, dost olmaq və onların işinə qarşı razı olmaq günahdır. Onlardan uzaq olun və onlarla bütün əlaqəni kəsin.
3. «Ən’am» surəsinin 68-ci ayəsində oxuyuruq:
فَلا تَقْعُدْ بَعْدَ الذِّكْرى مَعَ الْقَوْمِ الظّالِمينَ
«Diqqətli olduqdan sonra zalımlarla oturma».
4. «İnsan» surəsinin 24-cü ayəsində oxuyuruq:
وَلا تَطِعْ مِنْهُمْ آثِماً اَوْ كَفُوراً
«Onlardan kafir və günahkar olan şəxsin sözünə baxmayasan.»
Ümumiyyətlə, sözünə baxma, sözünə baxmayın və tabeçilik etmə kəlmələri gələn Qur’an ayələrində zalımlara və günahkarlara kömək etmək qadağan olunmuşdur.
Bu barədə hədislərdə də geniş bəhs olunmuşdur. Burada bir neçə hədisə diqqət yetirək:
1. İslam dinində bid’ət qoyan bir şəxsə ehtiram qoyan, onun üzünə gülən və yaxud ona sığınacaq verən hər hansı bir şəxs islam dininin məhv edilməsinə çalışır və belə bir adam Allahın rəhmətindən uzaqdır.[58]
2. Hər kəs zalım bir şəxsin yaşamağını istəsə, onu tə’rifləsə və yaxud ona tə’zim etsə, onun (zalımın) zülmündə şərikdir. Cəhənnəmdə isə Hamanın (tarixdə cinayətkar bir şəxsdir) kənarında olacaqdır.[59]
3. Zalım padşahdan məvacib alan (yə’ni ona xidmət edən) şəxs qiyamət günü donuz sifətində məhşur olacaqdır.[60]
4. Zalım padşahın üzünə diqqətlə baxmaq böyük günahlardan hesab olunur.[61]
5. Zalım bir şəxsin padşah olmasına razı olmaq zülmə kömək etməkdir. Allahın lə’nəti də belə şəxsə şamildir.
6. İslam düşmənlərinə silah satmağın günahı kafir olmaq həddindədir.[62]
7. Qiyamət günü zalımlara və onlara kömək edən şəxslərə, hətta zalımlara kağız-qələm hazırlayanlara belə xitab olunar: «Birlikdə cəhənnəmə daxil olun.»[63]
8. Zalım padşahın əmrini yerinə yetirən insan ən çətin əzabla cəhənnəmə daxil edilər.[64]
9. İslam Peyğəmbəri şərab ilə əlaqədar 10 dəstəni lə’nətləmişdi[65] Bunlar aşağıdakılardır:
-1. Şərab düzəltmək məqsədilə üzüm əkən;
-2. Şərab düzəltmək məqsədilə əkilən üzümü qoruyan;
-3. Şərabı hazırlayan;
-4. Şərab içən;
-5. Başqalarına şərab verən;
-6. Şərab daşıyan;
-7. Şərab satan;
-8. Şərab alan;
-9. Şərab ticarəti ilə məşğul olan;
-10. Şərab alverində dəllallıq edənlər.
10. İmam Rza (ə) uzaq yoldan gəlmiş iki qonaqdan birinə buyurdu: Sən namazını bütöv qıl! Çünki zalım padşahın görüşünə gəlmisən.» (Çünki günah işdən ötrü səfər etmiş şəxs namazını qəsr yox, bütöv qılmalıdır).
11. Zalım padşahın sarayında Qur’an oxuyan şəxsə oxuduğu ayələrdəki hərfin hər birinə görə 10 dəfə lə’nət olunur. Eləcə də onun oxuduğu Qur’ana qulaq asan adama hər hərfinə görə 1 dəfə lə’nət olunur.[66]
Bu bəhsi tamamlamaq məqsədilə, İmam Sadiq (ə) və işindən peşman olmuş bir şəxs ilə bağlı əhvalata diqqət yetirək:
Əli ibni Həmzə deyir:
Yaxın dostlarımdan biri şiə olmağına baxmayaraq, Bəni-üməyyə xəlifələrindən birinin sarayında işləyirdi. Bir gün o, məni görüb dedi: «Mənə İmam Sadiqdən (ə) hüzuruna çatmaq üçün icazə al!» Mən onun üçün İmam Sadiqdən (ə) icazə istədim, həzrət də icazə verdi. Birlikdə İmamın hüzuruna çatdıq. Dostum salam verib, əyləşdikdən sonra İmama xitab edərək dedi: «Sənə qurban olum, mən Bəni-üməyyə xəlifələrindən birinin sarayında işçi idim. Bu işdən çoxlu sərvət yığdım. Lakin qiyamət gününün hesab-kitabından qafil idim. İndi nə edim?» (Peşman olmuşam.)
İmam Sadiq buyurdu: «əgər Bəni-üməyyə xəlifələrinin sarayında heç kim işləməsəydi, müsəlmanların xums və zəkatı onlara verilməsəydi, onları müdafiə etmək üçün vuruşan olmasaydı, onlar biz əhli-beytin haqqını qəsb edə bilməzdilər. Bəni-üməyyənin belə sərvət yığması, camaatın onlara verdiyi mal-dövlətin nəticəsindədir».
Dostum İmama ərz etdi:
جُعِلْتُ فَداكَ فَهَلْ لِي مِنْ مُخورِجٌ مِنْهُ
«Sənə qurban olum! Mənim üçün çıxış yolu varmı?»
İmam buyurdu: «Sənin vəzifəni desəm, yerinə yetirərsənmi?»
Dostum dedi: «Bəli».
İmam buyurdu: «Bu yolla qazandığın bütün var-dövlətini araşdır. Sahibini tanıdığın malı sahibinə qaytar, tanımadığını isə Allah yolunda payla».
İmam sonra buyurdu:
وَاَنَا اَضْمُنُ لَكَ عَلَى اللهِ الْجَنَّةَ
«Bunları etsən, sənin behşitə getməyinə zamin dururam».
Dostum bir qədər fikirləşdikdən sonra İmama söz verdi ki, tapşırılan sözə əməl edəcək.
Əli ibni Həmzə sözünün davamında deyir:
Dostumla birlikdə Kufəyə qayıtdıq. O, Bəni-üməyyə sarayından yığdığı bütün sərvətini bir tərəfə topladı. Hətta geydiyi paltarını da əynindən çıxartdı. Biz onun bu sərvətini İmamın buyurduğu kimi xərclədik. Dostum özünə heç bir şey saxlamamışdı. Onun üçün bir dəst paltar alıb, evinə göndərdik. Bu hadisədən bir neçə ay keçmişdi ki, o xəstələndi, xəstəliyi çox ağır idi. Bir gün yanına gedib, onu can verən halda gördüm. Gözünü açıb mənə baxdı və dedi:
«Ey Əli! Allaha and olsun! Sənin sərvərin (İmam Sadiq (ə)) öz və’dəsinə (behişt) əməl etdi». Bu sözü dedi və dünyasını dəyişdi. Onun dəfn mərasimindən sonra İmam Sadiqin hüzuruna getdim. İmam məni görəndə bu cümləni buyurdu:
Geriyə | Mündəricat | Növbəti |