Geriyə Mündəricat Növbəti

وَاِذا قِيلَ لَهُمْ اِتَّبِعُوا ما اَنْزَلَ اللهُ قالُوا بَلْ نَتَّبِعُ ما اَلْفَيْنا عَلَيْهِ آبائَنا

«Onlara Allahın göndərdiyinə tabe olun»-deyiləndə, «xeyr, biz ata-babalarımızın getdiyi yola tabe oluruq»-deyərlər.»

ŞƏXSİYYƏTƏ PƏRƏSTİŞ HAQQINDA

Günahın cəmiyyətdə mədəni proseslərlə bağlı amillərindən biri də şəxsiyyətə pərəstişdir. Aydın məsələdir ki, hər bir insanın həyatında yüksək məqsədlərə nail olması üçün kamil bir nümunə insan, yə’ni ideal olmalıdır. Belə nümunə liderlər insanın tərbiyəsində mühüm rol oynayırlar. Çünki insanın təbiəti elədir ki, o, həyatının bütün sahələrində nümunə tapmaq istəyir, yə’ni kimdənsə örnək almaq istəyir. Bunun üçün çalışır. Lakin əgər cəmiyyət düzgün mədəniyyətə malik olmasa, yalan və məcazi nümunələr həqiqi və düzgün nümunələri (liderləri) əvəz edəcəkdir. Bunun nəticəsində isə insanların tərbiyəsində böyük bir faciə baş verəcəkdir. Qur’anda düzgün tabe olmaq mə’nasını verən (kamil nümunə) ifadəsi üç dəfə təkrar olunmuşdur: «Əhzab»-1, «Mümtəhinə» 4-5. Qeyd edilən ayələrin hər üçündə İslam peyğəmbəri və İbrahim Peyğəmbər insanlara nümunə şəxsiyyətlər kimi tanıtdırılmışlar. Biz insanlar isə diqqətli olsaq, görərik ki, yalançı və qondarma şəxsiyyətə malik olan insanlar həmişə cəmiyyətdə böyük bəlalar, fəsadlar və günahlara səbəb olublar. Deməli, həyatımızda ideal nümunə seçməkdə ehtiyatlı olmalıyıq.

HAQQI GİZLƏTMƏK

Günahın mədəniyyətlə bağlı səbəblərindən biri də həqiqətin, yüksək səviyyəli elmi biliyin və yaxud hər hansı bir mə’nəvi dəyərin ört-basdır edilməsidir. Bunun nəticəsi isə cəmiyyətdə haqqın və ədalətin, yüksək əxlaqi keyfiyyətlərin aradan getməsi olacaqdır. Qur’an, Allah təbarək və taala tərəfindən gələn həqiqətləri gizlədənlərlə mübarizə aparmışdır. «Bəqərə» surəsinin 42-ci ayəsində oxuyuruq:

وَلا تَلْبِسُوا الْحَقَّ بِالْباطِلِ وَتَكْتُمُوا الْحَقَّ وَاَنْتُمْ تَعْلَمُونَ

«Haqqa nahaq (batil) don geyindirməyin, haqqı bilərəkdən gizlətməyin».

Bu surənin 159-cu ayəsində isə haqqı gizlədən şəxslər, Allahın lə’nətinə düçar olanlar kimi qeyd olunmuşlar.[27]

İslam Peyğəmbəri (s) buyurur:

مَنْ سُئِلَ عَنْ عِلْم يَعْلَمُهُ فَكَتَمَ لُجِمَ يَوْمَ الْقِيامَةِ بِلُجام مِنْ نار

«Hər bir şəxsdən bildiyi bir mətləb soruşulduqda o, cavab verməkdən boyun qaçırsa, qiyamət günü atəşdən olan ip onun boynuna atılacaq».[28]

GÜNAHIN AİLƏ MÜHİTİ İLƏ BAĞLI AMİLLƏRİ

İnsanı günaha tərəf yönəldən daha bir mühüm amil ailə və ətraf mühitin pis olmasıdır. Əksinə, yaxşı ailə insanı günahdan çəkindirməkdə böyük tə’sirə malikdir. İslam dini insanların tərbiyəsində çox diqqətli və hər tərəfli bir dindir. Bu dində ailənin düzgün bünövrə ilə qurulması və yaxşı nəticələrə çatması üçün çoxlu göstərişlər verilmişdir. Bu göstərişlərə düzgün və dəqiq riayət olunsa, ailənin parlaq gələcəyi olacaqdır. Bu göstərişlər aşağıdakılardır:

1. İrsiyyət qanununa diqqət vermək.

2. Düzgün və dini qayda-qanunlara əsasən ailə həyatı qurmaq.

3. Uşaqların İslam qayda-qanunları ilə tərbiyəsi.

4. Yeməyin halal və ya haram olmasına diqqət yetirmək.

1. İRSİYYƏT QANUNUNA DİQQƏT YETİRMƏK

Uşaqların zahiri görünüşdə olduğu kimi, ruhi və mə’nəvi xüsusiyyətləri də ata və anadan irs aparılır. Bu həm dini, həm də elmi baxımdan təsdiq olunmuş bir məsələdir. Misal üçün, şücaətli, iffətli, möhkəm iradəli və dindar ata-ananın övladlarının da bu sifətlərə malik olmasında irsiyyətin mühüm rolu vardır. əksinə ata və ananın qorxaq, napak, süst iradəli və s. olması bu sifətlərin onların övladlarında da yaranmasına zəmin yaradır. Mətləbin daha da aydınlaşması üçün bir ayə və neçə hədisi nəzərdən keçiririk:

1. Qur’anda Nuh peyğəmbərin öz qövmünə qarğış etməsi barədə belə oxuyuruq:

«Ya Rəbb! Kafirlərdən heç birini yer üzündə saxlama. Çünki əgər onları diri saxlasan, Sənin bəndələrini haqq yolundan çıxaracaqlar. Onların özlərindən isə fəsad törədən və kafir nəsil yaranacaq».

Bu ayədə ata-anadakı xüsusiyyətlərinin irsən övlada keçməsinə işarə olunmuşdur. Yə’ni napak ata-anadan, napak övladlar dünyaya gələcəklər.

2. İmam Hüseyn (ə)-ın ziyarətnaməsində oxuyuruq:

اَشْهَدُ اَنَّكَ كُنْتَ نُوراً فِي الاَْصْلابِ الشّامِخَةِ وَالاَْرْحامِ الْمُطَهَّرَةِ لَمْ تُنْجِّسْكَ الْجاهِلِيَّةُ بِاضنْجاسِها وَلَمْ تُلْبِسْكَ مِنْ مُدْلَهِمّاتِ ثِيابِها

«Şəhadət verirəm ki, sən böyük mənzilətli kişilərin sülblərində və iffətli anaların pak bətnlərində bir nur idin. Cahiliyyət dövrü (İslam dininin zühurundan qabaqkı dövr ki, camaat mə’nəvi cəhətdən çox aşağı dərəcədə idilər) səni öz pislikləri ilə bulaşdırmadı. Və özünün (iyrənc) paltarını sənə geyindirmədi».

Ziyarətnamələrdə bu məşhur cümlələr mə’sum imamların ata-analarının təmiz və təmiz nəsildən olmalarını göstərir. Mə’sum imamlar bu cəhətdən də pakdırlar. Onlara bu paklıq öz ata-analarından irsən keçmişdir.

3. İslam Peyğəmbəri buyurur:

اَلشَّقِيُّ شَقِيٌّ فِي بَطْنِ اُمِّهِ، وَالسَّعِيدُ سَعِيدٌ فِي بَطْنِ اُمِّهِ

«Bədbəxt insan öz anasının bətnində bədbəxtdir. Xoşbəxt insan isə öz anasının bətnində xoşbəxtdir».

Bu hədisin mə’nası odur ki, ata-anadakı mənfi və ya müsbət keyfiyyətlər övlada irsən keçərək onların gələcəkdəki bədbəxtlik və ya xoşbəxtliyinə zəmin yaradır. (Yə’ni ata-ananın bədbəxt və ya xoşbəxt olması onların övladlarına da müəyyən dərəcədə tə’sir edir.)

4. Şücaətli qadınla evlənmək

İmam Əli (ə) öz həyat yoldaşı Həzrəti Fatimeyi Zəhranın (s) şəhid olmasından sonra yenidən ailə qurmaq qərarına gəldi. Qardaşı Əqil tayfa və qəbilələri yaxşı tanıdığından Həzrət ona müraciət edib dedi: Şücaətli və qorxmaz tayfadan bir olan qadınla evlənmək istəyirəm.

Əqil dedi: Nə üçün bu xüsusiyyətə malik olan bir qadınla evlənmək istəyirsən?

İmam Əli (ə) buyurdu: Ona görə ki, ondan olan övlad da şücaətli olsun.

Əqil dedi: Belə bir qadın Bəni-kilab qəbiləsindən olan Fatimə (Ümmül-bənin) Hizam ibni Xalid ibni Rəbiənin qızıdır. Həm də ərəblərin arasında səndən başqa bir şəxs bu tayfanın şücaətinə çatmaz.

Əqil Ümmül-bəninə elçilik etdi və İmam Əli (ə) onunla ailə həyatı qurdu. Bu qadından olan bütün uşaqlar çox şücaətli və qəhrəman uşaqlar idilər. Sonralar onlardan bə’ziləri Kərbəlada şəhid oldular. Onlardan ən məşhuru isə Həzrəti Əbbas (Qəməri Bəni-Haşim) idi. Deməli, bu övladlara şücaət həm ata, həm də analarından irsən keçmişdi.

5. İmam Əli (ə) Malik Əştərə yazdığı məktubunda ona təmiz və pak nəsildən olan insanlarla əlaqə saxlamağını tapşırır.

Məktubun bir hissəsində belə oxuyuruq:

ثُمَّ الْصَقْ بِذَوي الْمُرؤُئاتِ وَالاَْحْسابِ وَاَهْلِ البُيُوتاتِ الصّالِحَةِ

«Həmişə şəxsiyyətli, əsil nəcabətli və təmiz ailədən olan şəxslərlə əlaqə saxla».

Məktubun başqa bir yerində isə oxuyuruq:

وَتَوَخَّ مِنْهُمْ اَهْلَ التَّجْرِبَةِ وَالْحَياءِ مِنْ اَهْلِ الْبُيُوتاتِ الصّالِحَةِ وَالْقَدَمِ فِي الاِْسْلامِ

«Sənin işçilərin ən təcrübəli və təmiz ailədən, həmçinin İslam dinində qabaqcıl şəxslərdən olmalıdır».

İmam Əli (ə)-ın bu sözündən belə nəticə çıxartmaq olar ki, mühüm vəzifələrə, bu xüsusiyyətlərə malik olan şəxslər yiyələnməlidirlər.

6. İmam Əli (ə) buyurur:

حُسْنُ الاَْخْلاقِ بُرْهانُ كَرَمِ الاْعْراقِ

«Gözəl əxlaqlı olmaq insanın damarlarının (genlərinin) yaxşılığını göstərir».

Damarların yaxşılığı isə ailənin paklığı və təmizliyinə işarədir ki, övlada bu təmizlik ata-anasından irsən keçir.

«CƏMƏL» MÜHARİBƏSİNDƏN BİR XATİRƏ

Cəməl müharibəsi hicri-qəməri tarixi ilə 36-cı ildə Bəsrə şəhərinin ətrafında İmam Əlinin qoşunu ilə Ayişə, Təlhə və Zübeyrin qoşunu arasında baş verdi. Müharibənin qızğın yerlərinin birində İmam Əli (ə) öz oğlu Məhəmməd Hənəfiyyəyə «hücum et!» fərmanını verdi. Düşmən tərəfindən atılan oxların sayı o qədər çox idi ki, Məhəmməd Hənəfiyyə hücum əmrini yerinə yetirmək üçün düşmən hücumunun dayanmasını gözləməli oldu. Lakin bu vaxt atasından yenidən hücum əmrini eşitdi. Məhəmməd Hənəfiyyə düşmən oxları altında əks-hücuma keçdi, lakin atılan oxlar onu irəli getməyə qoymadı. Həzrət Əli (ə) bunu gördükdə onun yanına gəlib dedi:

اَدْرَكَكَ عِرْقٌ مِنْ اُمِّكَ

«Bu (qorxaqlıq) anandan sənə irs keçib».

HARAMDAN DOĞULAN UŞAĞIN ƏLAMƏTLƏRİ

İmam Sadiq (ə) buyurdu:

Haramdan doğulmuş uşağın bir neçə əlaməti var:

1. Peyğəmbərin nəsli olan biz əhli-beytə düşmənçilik edər.

2. Yad qadınlarla kəbinsiz əlaqədə olmağa (zinaya) meylli olar.

3. Dini yüngül sayar.

4. Camaatla pis rəftar edər.

Deməli, bünövrəsi qanunsuz işlə qoyulmuş şəxsdə, günaha və qanunsuz hərəkətlərə meyl daha çoxdur.

Bu bəhsdən belə nəticəyə gəlirik ki, «irsiyyət qanunu» islam dinində və müasir elmdə isbata ehtiyacı olmayan bir məsələdir. Yə’ni insanın qanunsuz yolla dünyaya gəlməsi onda günaha meylli olmağa və günah işlər görməyə zəmin yaradır.

2. DÜZGÜN AİLƏ HƏYATI QURMAQ

İctimai həyatda ən zəruri məsələlərdən biri də ailə həyatı qurmaqdır. Ailə kiçik cəmiyyətdir. İslam dinində də bu məsələnin düzgün həlli həmişə diqqət mərkəzində olmuşdur. Dinimizdə bunun daha səmərəli nəticələr verməsi üçün bə’zi məsələlərin də dürüst həlli vacibdir. Bunlardan birincisi yaxşı həyat yoldaşı tapmaqdır. Çünki seçilmiş ailədən çıxmış, yaxşı tərbiyə almış ana, övladının da düzgün tərbiyələnməsi yolunda çalışacaq, buna nail olmağa can atacaqdır. Eləcə də pis və əxlaqsız anadan tərbiyəli övlad yetişməsi gözlənilmir. Buna görə ki, cəmiyyətdə günaha şərait yaradan amillərdən biri də pis analardır. Çünki analıq hisslərindən məhrum olan, yalnız özü üçün yaşayan qadınlar cəmiyyətə tərbiyəsiz, əxlaqsız övlad təhvil verirlər. Bu da ki, yeni günahların yaranmasına meydan açır. Bu barədə bir neçə hədisə diqqət yetirək:

1. İslam Peyğəmbəri camaatla söhbətlərinin birində buyurur:

اَيُّها النّاسُ اِيّاكُمْ وَخَضْراءِ الدَّمَنِ، قِيلَ يا رَسُولَ اللهِ وَما خَضْراءُ الدَّمَنِ؟ قالَ: اَلْمَرْأَةُ الْحَسْناءِ فِي مَنْبَتِ السُّوء

Ay camaat! Yerdən çıxan çirkin bitkilərdən yeməyin.

Orada olanlardan biri soruşdu:

«Ey Allahın Peyğəmbəri; o bitkilər hansılardır?»

Peyğəmbər buyurdu:

«Pozğun ailədən çıxmış gözəl qadın».

2. Bir şəxs İslam Peyğəmbərinin yanına gəlib evlənmək barədə o həzrətlə məsləhətləşdi. Peyğəmbər buyurdu:

اَنْكِحْ وَعَلَيْكَ بِذاتِ الدِّينِ

«Evlən! Lakin dindar qadınla evlən».

3. İmam Əli (ə) buyurur:

اِيّاكُمْ وَتَزْويجَ الْحَمْقاءِ فَاِنَّ صُحْبَتَها بَلاءٌ، وَوَلَدها ضِياعٌ

«Ağılsız qadınla evlənməyin». Çünki onunla bir yerdə olmaq bəladır və onun övladları pis yolda olacaqlar».

4. İslam Peyğəmbəri buyurur:

خَيْرُ نِسائكُمْ الْعَفِيفَةُ الْغُلْمَةُ

«Sizin xanımlarınızın ən yaxşısı o xanımdır ki, cinsi istəkləri çox ismətli olsun».

5. İmam Sadiq (ə) buyurur:

مَنْ زَوَّجَ كَرِيمَتَهُ مِنْ شارِبِ خَمْر قَطَعَ رَحِمَها

«Qızını şərab içən şəxsə ərə verən adam o qızından nəslini kəsmiş bilsin».

O Həzrət başqa bir hədisdə buyurdu: «Şərabın Allah tərəfindən haram buyurulmasından sonra və bunun mənim vasitəmlə xalqa çatdırılmasından sonra şərab içən şəxsə qız verməyin. Çünki o ləyaqətsiz bir insandır.»[29]

6. İmam Sadiq (ə) buyurdu:

طُوبى لِمَنْ كانَتْ اُمُّهُ عَفِيفَةً

«İsmətli və iffətli anası olan şəxsin xoş halına!»

3. ÖVLADIN İSLAM QAYDA-QANUNLARINA ƏSASƏN TƏRBİYƏSİ

İslam dinində ən mühüm vəzifələrdən biri də övladın islami qayda və qanunlar əsasında tərbiyəsidir. Düzgün tərbiyə övladı insani dəyərlərə  yönəldən mühüm amildir. Əksinə övladın ümumiyyətlə tərbiyə olunmaması və yaxud düzgün tərbiyə olmaması, onu günaha və pozğunluqlara tərəf çəkir. Bağında yeni ağac əkən bağbanın vəzifəsi ona vaxtlı-vaxtında qulluq edib, lazım olan şəraiti onun üçün yaratmaqdır. Ata-ana da öz övladlarının yaxşı tərbiyə alması üçün bütün vasitələrdən istifadə etməyə çalışmalıdırlar. Çünki bu işdə səhlənkarlıq və diqqətsizlik övladların pis yollara düşməsi ilə nəticələnə bilər.

Qadının üç mühüm vəzifəsi vardır. «Ərini razı salmaq, evin işlərinə baxmaq, övladlarının tərbiyəsi ilə məşğul olmaq». Əgər o, bu üç mühüm vəzifəni düzgün şəkildə yerinə yetirsə, ailə həyatındakı bütün çətinliklər aradan qalxacaq və onlar xoşbəxt bir ailənin üzvü olacaqlar. Ananın bu üç vəzifəni layiqincə yerinə yetirməsi uşağın tərbiyəsinin bünövrəsini təşkil edir. Kişinin də vəzifəsi bu üç mühüm işi yerinə yetirmək üçün əlindən gələn qədər öz həyat yoldaşına kömək etməsidir.

Övladın tərbiyəsində ata və ana - hər ikisi məs’ul olsalar da ananın məs’uliyyəti daha çoxdur. Çünki o, övladı ilə daha çox ünsiyyətdədir. Hətta övladı bətnində olarkən belə, onun tərbiyəsində tə’sirli rolu var. Hər halda həm atanın, həm də ananın övladların tərbiyəsindəki mühüm rolu danılmazdır.

İslam Peyğəmbəri bu barədə buyurur:

كُلُّ مَوْلُود يُولَدُ عَلَ الْفِطْرَةِ حَتّى لِيَكُونَ اَبَواهُما اللَّذانِ يُهَوِّدانِهِ وَيُنَصِّرانِهِ

«Hər bir uşaq doğulan zaman islam fitrətində doğulur. Lakin sonralar ata və anasının tə’siri nəticəsində yəhudi və ya məsihi olur».[30]

O Həzrət başqa bir hədisdə buyurur:

رَحِمَ اللهُ عَبْداً اَعانَ وَلَدَهُ عَلى بِرِّهِ بِالاْحْسانِ اِلَيْهِ، وَالتَّألُّفِ لَهُ وَتَعْلِيمِهِ وَتَأْدِيبِهِ

«Allah rəhmət etsin o şəxsə ki, övladı ilə ünsiyyət yaratmaqla və ona tə’lim-tərbiyə verməklə onun xoşbəxt olmasına kömək edir».[31]

Yenə o Həzrət buyurur:

رَحِمَ اللهُ والِدَيْنِ اَعانا وَلَدَهُما عَلى بِرِّهُما

«Allahın rəhməti olsun elə ata-anaya ki, övladlarına səadətə çatmaq yolunda kömək edərlər».[32]

İmam Əli (ə) isə buyurur:

وَحَقُّ الْوَلَدِ عَلَى الوالِدِ اَنْ يُحْسِّنَ اِسْمَهُ، وَيُحِسِّنَ اَدَبَهُ، وَيُعَلِّمهُ الْقُرْآنَ

«Atanın övlada qarşı vəzifəsi budur ki, onun üçün yaxşı ad qoysun, ona yaxşı tərbiyə versin və ona Qur’an öyrətsin».[33]

AİLƏDƏ MEHRİBANLIQ YARATMAQ

Övladın düzgün tərbiyə olunmasında ailədə olan mehribanlıq və səmimiyyət qədər tə’sirli amil yoxdur. Ata və ana övladlarının tərbiyə aldığı mühiti öz mehribanlıqları ilə sağlam saxlamalıdırlar. Çünki uşağın tərbiyəsində birinci şərt, ailənin daxili sağlamlığıdır. Ailədə mehribanlığın yaranması üçün isə birinci şərt ata və ananın bir-birinə qarşılıqlı məhəbbət bəsləmələridir.

İslam Peyğəmbəri buyurur:

Geriyə Mündəricat Növbəti