Geriyə | Mündəricat | Növbəti |
خَيْرُكُمْ خَيْرُكُمْ لاَِهْلِهِ وَاَنا خَيْرُكُمْ لاَهْلِي
«Öz ailəsi ilə mehribanlıqla davranan şəxs sizlərin ən yaxşınızdır. Mən özüm də beləyəm (ailəmlə mehriban davranıram).»
Biharül-ənvar kitabında (103-cü cild, 223-226-cı səhifələr) insanın öz həyat yoldaşına məhəbbət bəsləməsi haqqında çoxlu hədislər vardır. Bu hədislərin birində İmam Sadiq (ə) buyurur:
«Bizim dostlarımız o şəxslərdir ki, öz həyat yoldaşlarına daha çox məhəbbət bəsləyirlər».
O həzrət başqa bir hədisdə buyurur:
«Peyğəmbərlərin gözəl xüsusiyyətlərindən biri budur ki, onlar öz həyat yoldaşlarına məhəbbət göstərərdilər».
Bir şəxs Peyğəmbərin hüzurunda ikən dedi:
«Ömrümdə heç vaxt uşaq öpməmişəm».
O şəxs gedəndən sonra Peyğəmbər buyurdu:
هذا رَجُلٌ عِنْدي اِنَّهُ مِنْ أَهْلِ النّار
«Mənim nəzərimcə, bu kişi cəhənnəm əhlidir.»
Yunis ibni Ribat deyir: İmam Sadiq (ə) Peyğəmbərdən belə bir hədis nəql etdi:
رَحِمَ اللهُ مَنْ اَعانَ وَلَدَهُ عَلى بِرِّهِ
«Allahın rəhməti olsun o şəxsə ki, övladına yaxşı işlər görməkdə kömək etsin.»
Mən imam Sadiq (ə)-a ərz etdim:
«Yaxşı işlərdə ona nə cür kömək etsin?». Cavabımda buyurdu:
يَقْبَلُ مَيْسُورَهُ وَيَتَجاوَزُ عَنْ مَعْسُورِهِ وَلا يَرْهَقُهُ وَلا يَخْرِقُ بِهِ
«Övladının əlindən gələn qədər işini qəbul etsin, onu bir işə məcbur etməsin və ona axmaq və nadan deməsin».
Qeyd edilənlərdən belə bir nəticə hasil olur ki, övladın düzgün tərbiyəsi onu mə’nəvi və insani dəyərlərə sövq edir. əksinə onun tərbiyə olunmaması günahın və pozğunluğun qapısını onun üzünə açır.
Tərbiyənin ən mühüm şərtlərindən biri də insanların, ələl-xüsus uşaqların şəxsiyyətinə hörmət etməkdir, yə’ni onu bir şəxs kimi tanımaqdır. Bu əsasla uşağın təhqir edilməsi onun düzgün tərbiyəsinə mane olan səbəblərdəndir.
Ata və ana öz övladları ilə müəyyən pərdə daxilində davranmalı, onların bütün yaş dövürlərini və xüsusiyyətlərini nəzərə almalıdırlar. Valideyn bir sözlə uşağın şəxsiyyətinə toxunan sözlərdən və işlərdən çəkinməli və həmişə övladlarına yaxşı nümunə olmalıdırlar. Eyni zamanda yaşlı adamların da qüruruna toxunan hərəkətlərdən qaçılmalıdır. Bütün insanların ehtiramı lazımi qədər saxlanmalıdır ki, onlar özlərində həqarət hissi keçirməsinlər. Çünki mənliyi tapdalanan, şəxsiyyəti təhqir olunan insanlarda qəzəb həddini aşır və kin güclənir. İnsanlarda yaranan bu hisslər isə çoxlu günahların törənməsinə gətirib çıxarır.
İmam Hadi (ə) buyurur:
مَنْ هانَتْ عَلَيْهِ نَفْسُهُ فَلا تَأْمَنْ شَرَّهُ
«Özünü şəxsiyyətsiz hesab edən adamın şərrindən uzaq olun».[34]
İmam Əli (ə) buyurur:
مَنْ كَرُمَتْ عَلَيْهِ نَفْسُهُ لَمْ يُهِنْها بِالْمَعْصِيَة
«Özünü şəxsiyyətli hesab edən adam heç vaxt öz şəxsiyyətini günahla məhv etməz».[35]
İslam Peyğəmbəri buyurur:
لا يَكْذِبُ الْكاذِبُ اِلاّ مِنْ مِهانَةِ نَفْسِهِ
«Yalançı adam özünə şəxsiyyət verməmək səbəbindən yalan danışır».
Nəticə alırıq ki, heç bir insanı təhqir etmək olmaz. Çünki bu vaxt o öz şəxsiyyətini əskik bilir və bunun üçün çoxlu günahlara qurşanır.
İslam Peyğəmbəri və Mə’sum imamlar uşağı tərbiyə edərkən heç vaxt onun şəxsiyyətini təhqir etmirdilər. Əksinə onların ehtiramını saxlamaqla onlardan güclü şəxsiyyət formalaşmasına nail olurdular.
İslam Peyğəmbəri buyurur:
اَكْرِمُوا اَوْلادَكُم وَاَحْسِنُوا اَدَبَهُمْ يَغْفِرْ لَكُمْ
«Övladlarınıza ehtiram qoyun və onları gözəl tərbiyə edin ki, Allah sizin günahlarınızı bağışlasın».
Bundan əlavə, islam dinində uşaqların tərbiyə prosesində bir neçə mərhələnin də yerinə yetirilməsi vacib sayılır. Məsələn: Onların arasında fərq qoymayın, onların arasında bərabərliyə riayət edin, onlara yaxşı sözlər danışın, pis ad qoymayın, pis ləqəblərlə çağırmayın və s. Sadalananların əksi də uşaqlarda mənfi hallar yaradar və nəticəsi həm ailə, həm də cəmiyyət üçün pis olar.
İmam Sadiq (ə) buyurur:
Peyğəmbər günorta namazını camaatla birlikdə qıldı. Lakin gözlənilmədən namazın axırıncı iki rək’ətində tələsdi. Namaz qurtarandan sonra camaat o Həzrətdən namazda tələsməsinin səbəbini soruşdular.
Peyğəmbər buyurdu:
اَما سَمِعْتُمْ صُراخَ الصِّبِيُّ
«Siz uşaq ağlaması səsini eşitmədinizmi?»
Mə’lum oldu ki, o Həzrət uşağı sakitləşdirmək üçün namazı tələsik qıldı.
Ata və ananın vəzifələrindən biri övladlarının iffət və paklığını qorumaqdır. Peyğəmbərimiz bu barədə buyurur:
اِيّاكُمْ وَاَنْ يُجامِعَ الرَّجُلُ اِمْرئَتَهُ وَالصَّبِيُّ فِي الْمَهْدِ يَنْظُرُ اِلَيْهِما
«Məbada bir kişi beşikdəki uşağının gözünün qabağında öz həyat yoldaşı ilə yaxınlıq etsin (cinsi əlaqədə olsun).»
«Nur» surəsinin 58-ci ayəsində oxuyuruq:
... وَالَّذينَ لَمْ يَبْلُغُوا الْحُلُمَ مِنْكُمْ ثَلاثَ مَرّات مِنْ قَبْلِ صَلوةِ الْفَجْرِ وَحِينَ تَضَعُونَ ثِيابِكُمْ مِنَ الظَّهِيرَةِ وَمِنْ بَعْدِ صَلوةِ الْعِشاء ثَلاثُ عَوْراتِ لَكُمْ
«Və sizin həddi-büluğa çatmamış uşaqlarınız sizdən üç dəfə icazə almalıdırlar: sübh namazından qabaq, günorta zamanı (adi) paltarınızı soyunan zaman, bir də axşam namazından sonra. Bu üç vaxt sizin üçün xüsusidir».
Bu surənin 59-cu ayəsində isə həddi-büluğa çatmış uşaqlar haqqında belə oxuyuruq:
وَاِذا بَلَغَ الاَْطْفالُ مِنْكُمْ الْحُلُمَ فَلْيَسْتَأذِنُوا كَما اسْتَأْذَنَ الَّذِينَ مِنْ قَبْلِهِمْ
«Uşaqlarınız yetkinlik (həddi-büluğ) çağına yetəndə onlar da böyüklər kimi hər dəfə icazə istəsinlər».
Bu ayələrdə olan göstərişlər valideynə xitabdır. Yə’ni valideynin vəzifəsidir ki, öz övladlarına (istər oğlan, istərsə də qız) öyrətsinlər ki, həddi-büluğa çatmayan uşaqlar üç dəfə ata və ananın otağına daxil olan zaman icazə almalıdırlar. Həddi-buluğa çatan uşaqlar isə bütün vaxtlarda icazə almalıdırlar.
Bu barədə ata-ananın səhlənkarlığı isə bağışlanmazdır. Çünki bə’zi hallarda uşaqlar elə bir səhnələrlə üzləşərlər ki, onların həyatında mənfi tə’sir qoyur.
Həm dində, həm də müasir elmdə yeməyin insanın bədənində tə’sir qoyduğu kimi, ruhunda da mənfi və ya müsbət emosiyalar yaratması artıq çoxdan isbat edilmişdir.
Yə’ni zəhərli yemək insan orqanizmini zəhərləyirsə haram yemək də onun ruhunu zəhərləyir. «Maidə» surəsinin 3-cü ayəsində oxuyuruq:
حُرِّمَتْ عَلَيْكُمْ الْمَيتَةُ وَالدَّمُ وَلَحْمُ الْخِنْزِيرِ وَما اُهِلَّ لِغَيْرِ اللهِ بِهِ...
«Sizə ölmüş heyvanın əti, qan, donuz əti, Allahdan qeyrisinin adına kəsilənlər və… haram edildi».
İslamda «haram» olan hər bir şeyin müəyyən səbəbi, kökü var. Məsələn: İslam dinində haram olmuş işlərdən biri də donuz ətini yeməkdir. Təxminən bütün dünyada donuz ətindən istifadə olunur. Qeyri müsəlman xalqlarından çoxu isə onu dadlı bir yemək bilirlər. Müsəlmanlardan bə’zisi isə belə deyirlər: İslam dinində nə üçün bu əti yemək haram edili? Bunun ki, heç bir ziyanı yoxdur! Donuz ətinin bədəndə zərəri «trişin qurdlarının» yaranmasıdırsa, yeni texnika bu qurdları donuz ətində məhv edir. Deməli, bu ətin haram olmasına heç bir dəlil yoxdur. Bu sualın cavabı aydındır. Çünki onlar məsələnin yalnız bir tərəfini nəzərdə tuturlar, yə’ni onlar təkcə donuz ətinin insanın bədənindəki zərərlərinə nəzər salırlar. Amma onun ruhi ziyanlarından qafildirlər. Donuz çox murdar və iyrənc bir heyvandır. Onun ətində də bu xasiyyət vardır. Donuz ətini yeyən insanlarda da donuzda olan şəhvətçilik və digər iyrənc xasiyyətlər özünü göstərir. Bunda heç bir şəkk yoxdur. Qur’an («Maidə», 42) xain və daş ürək yəhudiləri «çox haram yeyən» adlandırır. Qur’anda olan bu söz bütün haram yeyən insanlara xəbərdarlıqdır. Çünki onlar da acgöz yəhudilər kimi, həmişə dinə xəyanət edib dinin qarşısında maneə törətməyi və qanunsuz iş görməyi özlərinin adi işlərinə çeviriblər.
Ümumiyyətlə, haram yeməyin iqtisadi, siyasi, ictimai və cismani zərərləri hamıya bəllidir. Haram yemək insanı həm fərdi, həm də ictimai cəhətdən fəlakətə çəkən ən böyük xətərlərdən biridir. «Bəqərə» surəsinin 188-ci ayəsində oxuyuruq:
وَلا تَأْكِلُوا اَمْوالَكُمْ بَيْنَكُمْ بِالْباطِلِ وَتُدِلّوا بِها اِلَى الْحُكّامِ لِتَأْكُلُوا فَرِيقاً مِنْ اَمْوالِ النّاسِ بِالاِْثْمِ وَاَنْتُمْ تَعْلَمُون
«Haqsızlıqla bir-birinizin malını yeməyin, insanların mallarının bir qismini günah yolda yemək üçün bilərəkdən rüşvət kimi hakimlərə verməyin».
Bu ayədə hər bir növ haram yeməyi nəhy edəndən sonra, rüşvətxorluq da haram yeməyin bir yolu kimi nəhy olunmuşdur.
İslam Peyğəmbəri buyurur:
لَعَنَ اللهُ الرّاشِيَ وَالْمُرْتَشِيَ وَالسّاعِيَ بَيْنَهُما
«Allah lə’nət etsin rüşvət alana, rüşvət verənə və onların arasında vasitə olana».
İmam Sadiq (ə) buyurur:
اَلسُّحْتُ اَنْواعٌ كَثِيرَةٌ
«Haram bir neçə növdür».
Sonra o Həzrət zinakar qadının muzdunu və şərab üçün xərclənən pulu haram malın qismlərindən saydı.
Sonra buyurdu:
فَاَمَّا الرِّشا فِي الْحُكْمِ فَهُوَ الْكُفْرُ بِاللهِ العَظِيمِ
«Amma rüşvət almaq böyük Allaha kafir olmaqdır».
«Nisa» surəsinin 10-cu ayəsində oxuyuruq:
اِنَّ الَّذِينَ يَأْكُلُونَ اَمْوالَ الْيَتَامى ظُلْماً اِنَّما يَأْكُلُونَ فِي بُطُونِهِمْ ناراً وَسَيَصْلَونَ سَعِيراً
«Yetimlərin malını haqsızlıqla yeyənlər təkcə od yeyərlər. Və tezliklə onlar cəhənnəm atəşində yanacaqlar».
Burada haram yemək haqqında olan bir neçə hədisi nəzərdən keçirək.
1. İmam Baqir (ə) buyurur:
ما مِنْ عِبادَة اَفْضَلُ مِنْ غِفَّةِ الْبَطْنِ وَالْفَرْجِ
«Heç bir ibadət, qarını haram yeməkdən qorumaq və iffətli olmaq kimi fəzilətli deyil».
2. İmam Səccad (ə) buyurur:
حَقُّ بَطْنِكَ اَنْ لا تَجْعَلْهُ وِعاءً لِلْحَرامِ
«Qarnının sənin boynunda olan haqqı budur ki, onu haram yeməklərə qab etməyəsən».
3. O həzrət başqa bir hədisdə buyurur:
ما مِنْ شَـْيء اَحَبُّ اِلَى اللهِ بَعْدَ مَعْرِفَتِهِ مِنْ عِفَّةِ الْبَطْنِ وَالْفَرْجِ
«Allaha iman gətirdikdən sonra, heç bir ibadət Allah dərgahında qarını haramdan qorumaq və iffətli olmaq qədər xoşa gələn deyil».
4. İslam Peyğəmbəri buyurur: «Özümdən sonra ümmətim haqqında üç şeydən qorxuram:
اَلضَّلالَةُ بَعْدَ الْمَعْرِفَةِ، وَمُضِلاّتِ الْفِتَنِ وَشَهْوَةِ الْبَطْنِ وَالْفَرْجِ
«Allaha iman gətirdikdən sonra dindən çıxmaq, çaxnaşmalarda yolunu azmaq və qarnın və cinsi istəklərin qeyri-qanuni (haram) yolla doydurulması.»
5. O həzrət başqa bir hədisdə buyurur:
«Haram mal qazanan şəxsin həcci və ümrəsi (Allah dərgahında) qəbul deyil. Eləcə də yaxın qohum-əqrəba ilə əlaqəsi olsa belə onun bu işinə heç bir savab yazılmaz». (Çünki islam dinində yaxın qohum-əqrəba ilə əlaqə saxlamaq savab bir işdir).
6. Rəvayət olunub ki, Musa peyğəmbər ağlayaraq Allaha dua edib yalvaran bir şəxsi gördü. Allah tərəfindən Musaya xəbər gəldi ki, o nə qədər dua etsə də, onun duası qəbul olmayacaq.»
لاَِنَّ فِي بَطْنِهِ حَراماً وَعَلى ظَهْرِهِ حَراماً وَفِي بَيْتِهِ حَراماً
«Çünki onun qarnında, belində və evində haram vardır».
Bir şəxs Peyğəmbərin hüzuruna gəlib ərz etdi: «İstəyirəm etdiyim dualar qəbul olsun».
Peyğəmbər buyurdu:
طَهِّرْ مَأْكَلَكَ وَلا تَدْخُلُ بَطْنَكَ الْحَرامَ
«Yeməyini təmizlə və qarnını haram yeməkdən qoru!»
Sonra buyurdu:
مَنْ اَحَبَّ اَنْ يُسْتَجابَ دُعائَهُ فَلْيَطِبْ مَطْعَمَهُ وَمَكْسَبَهُ
«Duasının qəbul olmasını istəyən şəxs yeməyini və qazancını haramdan təmizləməlidir.»
Həmçinin rəvayət olub ki, bir tikə haram yeməkdən çəkinmək, Allah dərgahında vacib olmayan (müstəhəb) iki min rəkət namazdan yaxşıdır. Və bir dinək (dirhəmin altıda biri) pulu sahibinə qaytarmaq 70 qəbul olmuş həccdən fəzilətlidir.
Əvvəldə dediyimiz kimi, uşağın tərbiyəsində ananın rolu daha çoxdur. Çünki ananın övlad ilə ünsiyyəti atadan daha çoxdur. Alimlərin yazdıqlarına görə, ananın fikirləşməsi belə, bətnindəki və ya süd verdiyi uşaqda müəyyən tə’sir qoyur. Əgər ana uşağın bətnində olduğu zamanda, islam qayda-qanunlarına (ələl-xüsus halal yemək) riayət etsə, mütləq onun cəmiyyətə verdiyi övladı da sağlam və pak bir insan olacaqdır. İnsanın ana bətnində ikən xoşbəxt və ya bədbəxt olmasını bildirən hədisin mə’nası da elə budur ki, ananın öz övladının necə şəxsiyyət olmasında böyük rolu var. Mətləbin daha aydınlaşması üçün aşağıdakı hədislərə diqqət yetirin:
1. İslam Peyğəmbəri buyurur:
لا تَسْتَرْضِعُوا الْحَمْقاءَ فَاِنَّ اللَّبَنَ يَعْدي، وَاِنَّ الْغُلامَ يَنْزَعُ اِلَى اللَّبَنِ
«Heç vaxt uşaqlarınıza axmaq və ağıldan kəm qadın süd verməsin. Çünki bu xasiyyətlər süd vasitəsi ilə uşaqlarınıza keçər».
2. İmam Baqir (ə) buyurur:
«Axmaq qadınlar sizin uşağınıza süd verməsin.
فَاِنَّ اللَّبَنَ يَغْلِبُ الطِّباعَ
Çünki süd insanın təbiətində əsər qoyur».
Başqa bir hədisdə buyurdu:
فَاِنَّ الْوَلَدَ يَشُبُ عَلَيْهِ
«Çünki uşaq o südün vasitəsi ilə boya-başa çatır».
3. İmam Kazim (ə)-dan soruşdular: «Zina yolu ilə doğmuş qadına süd vermək üçün uşaq verəkmi?
Geriyə | Mündəricat | Növbəti |