Geriyə Mündəricat Növbəti

«Allah zülmə mə’ruz qalan şəxsdən başqa, bir özgəsinin açıqca pis söz söyləməsini sevməz».

Beləliklə, günahlardan olan bə’zi istisnalarla tanış olduq. Bu istisnaların tanımaq insanı günahlardan qorunmasında mühüm rol oynayır.

BÜTÜN MƏ’NƏVİ DƏYƏRLƏRƏ DİQQƏT YETİRMƏK

Günahlarla tanışlığı olan hər bir müsəlman çox ehtiyatlı olmalıdır ki, həyatda bacardığı qədər heç bir günaha bulaşmasın. Çünki bə’zi hallarda mühüm işlərə diqqət yetirən zaman kiçik günahlar yaddan çıxır. Bu barədə iki dastana diqqət yetirək:

1. «Ühüd» müharibəsi hicrətin üçüncü ilində Ühüd dağı ətrafında baş verdi. Bu müharibədə səhabələrdən birinin oğlu şəhid oldu.

Bu şəhidin anası oğlunun qanlı cəsədinin üstünə gəlir, onun üzündən toz-torpağı təmizləyib deyir: «Oğlum, gedəcəyin behişt sənə şirin olsun!» Peyğəmbər bu sözü eşidəndə o qadına xitab edib deyir:

«Behiştin ona şirin olmağını haradan bilirsən? Ola bilsin, həyatda faydasız sözlər danışıb və yaxud malı çox olan zaman paxıllıq edib».

2. Sə’d ibn Məaz «Ühüd» müharibəsində yaralandı. Bir neçə ay xəstə yatdıqdan sonra vəfat etdi. Peyğəmbər və başqa müsəlmanlar onu çox böyük ehtiramla dəfn etdilər. Peyğəmbər onun haqqında belə buyurur: «Allaha and olsun, onun dəfn mərasimində 70 min mələk iştirak etdi». Dəfn mərasimindən sonra Sə’din anası qəbrin kənarında durub dedi:

«Behşit sənə şirin olsun!»

Peyğəmbər bu sözü eşidəndə üzünü Sə’din anasına tutub dedi:

«Sakit ol! Allahdan nə gözləyirsən?! İndi Sə’d qəbirdə əzab içindədir».

Orada olanlar Peyğəmbərdən soruşdular:

«Nə üçün Sə’d qəbirdə əzab çəkir, halbuki sizin ona böyük ehtiramınız var idi?»

Peyğəmbər buyurdu:

نَعَمْ اِنَّهُ كانَ فِي خُلْقِهِ مَعَ اَهْلِهِ سُوءً

«Düzdür, o qəbirdə əzab çəkir, çünki o öz ailəsi ilə pis davranırdı».

DÖRDÜNCÜ FƏSİL

İNSANI GÜNAHDAN SAXLAYAN AMİLLƏR

Avtomobillərdə onları xətərdən qorumaq üçün tormoza ehtiyac olduğu kimi, insanın da onu müxtəlif günahlardan qorumaq üçün tormoza və saxlayıcı bir amilə ehtiyacı var. İnsanı günahdan qoruyan amillər aşağıdakılardır:

1. Müxtəlif işlərdə fikirləşmək.

2. Allaha iman gətirmək və onun hər yerdə nazir olmağına əqidəli olmaq.

3. İnsanın özünü tanıması və öz şəxsiyyətinə qarşı diqqətli olması.

4. Axirət aləminə və qiyamət gününün hesab-kitabına əqidə.

5. İşlərin Peyğəmbərə və İmamlara təqdim edilməsi.

6. Ölümü yaxın bilmək və onu həmişə yada salmaq.

7. Allahdan həya etmək və günahın tə’sirindən qorxmaq.

8. Düzgün ibadət etmək.

1. MÜXTƏLİF İŞLƏRDƏ FİKİRLƏŞMƏK

Günahın aqibətini fikirləşən tövbə edər.

Dünyanın fani olmasını düşünən dünya malına vurğun olmaz.

Allahın ne’mətləri haqqında düşünən şəxs Allaha məhəbbət bəsləyər.

İbrətamiz hadisələrdə fikirləşmək təvazökarlığa səbəb olar.

Ölüm haqqında düşünmək nəfsin istəklərini nəzarət altına alar.

Böyük şəxsiyyətlər haqqında fikirləşmək insanın inkişaf etməsinə səbəb olar.

Bütün işlərinin nəticəsini qabaqcadan fikirləşən şəxs günah etməz.

Allahın cəzasını fikirləşən şəxs Ondan qorxub həya edər.

İnsan öz zəifliyi haqqında fikirləşsə Allaha təvəkkül edər.

Tarixdə baş verən hadisələr haqqında düşünən şəxs ibrət alar.

Yaranmışlar haqqında fikirləşən şəxs Allaha iman gətirər.

İlahi hökmlər haqqında düşünən şəxs Allahın fərmanı qarşısında tə’zim edər.

Əxlaq pozğunluqları haqqında fikirləşən şəxs özünü doğru yola yönəldər.

Başqa insanların düşdüyü çətinliklər haqqında fikirləşən şəxs hərəkətini plan üzrə edər.

Ata-ananın mehribanlıqları və yaxşılıqları haqqında düşünən şəxs onlarla yaxşı rəftar edər, zəhmətini çəkən zamanda özünü borclu bilib zövq alar.

Fikirləşmək məcazi məfhum kimi yalnız beynə aid olduğu üçün riyasız bir ibadətdir (özünü kimsəyə göstərmək meylindən uzaq olduğu üçün).

Misal üçün namaz qılmaq üçün paltar, möhür və başqa şeylərə ehtiyac var. Amma fikirləşmək üçün heç bir şeyə ehtiyac yoxdur. Bunun dərəcəsi yalnız insanın şəxsi dünya görüşü, əxlaq tərzi və ağılı səviyyəsində olacaq. Ümumiyyətlə düzgün düşüncə insanı günahlardan çəkindirir. Fikir saf güzgü kimi pislikləri və yaxşılıqları əks etdirir.

İmam Əli (ə) buyurur:

اَلْفِكْرُ مِرْآةُ صافِيَةٌ

«Fikir saf güzgüdür».[76]

O Həzrət başqa bir hədisdə buyurur:

ما زَلَّ مَنْ اَحْسَنَ الْفِكْرَ

«Sağlam düşüncəli şəxsin ayağı büdrəməz».

2. ALLAHA İMAN GƏTİRMƏK VƏ ONUN HƏR YERDƏ HAZIR VƏ NAZİR OLMASINA ƏQİDƏLİ OLMAQ

İnsanı günahlardan saxlayan ən mühüm amil onun Allaha iman gətirməsi və hər bir zaman özünü Allahın hüzurunda görməsinə əqidə bəsləməsidir. Heç bir amil bu amil kimi insanın davranışının nizamlanmasında tə’sirli deyil. Allaha əqidənin qüdrəti günahların təmizlənməsində bütün qüdrətlərdən üstündür. Polis orqanları onların yaşadığı cəmiyyətdəki nöqsanları düzəldə bilməzlər. Allaha və Onun bütün işlərə agah olduğuna əqidə insanı günahlar qarşısında polad kimi möhkəm edir. Polis orqanları nə qədər güclü olsalar da gizlində edilən günahların qarşısını ala bilməzlər. Halbuki, cəmiyyətdəki cinayətlərin çox hissəsini xəlvətdə edilən cinayətlər təşkil edir. Amma insanlarda daxilən Allaha iman qüvvəsi olsa, onlar həm aşkarda, həm də gizlində günah etməkdən çəkinəcəklər. Buna görə Qur’ani-kərimdə Allaha imanın insanları günahdan qorumaqdakı mühüm rolu qeyd olunmuşdur. «Ələq» surəsinin 14-cüayəsində oxuyuruq:

اَلَمْ يَعْلَمْ بِاَنَّ اللهَ يَرى

«Məgər insan bilmir ki, Allah onun bütün işlərini görür?»

«Fəcr» surəsinin 14-cü ayəsində oxuyuruq:

اِنَّ رَبَّكَ لِباالْمِرْصادِ

«Şübhəsiz, Allah bəndələrin işlərini izləyir.»

«Mö’min» surəsinin 19-cu ayəsində isə belə oxuyuruq:

يَعْلَمُ خائِنَةُ الاَْعْيُنِ وَما تُخْفِي الصُّدُورُ

«Allah xəyanət edən gözləri tanıyır. Və sinələrdəki gizlin sirrlərdən agahdır.

Qur’anda «Bəsir» (Allah görür) kəlməsi 51 dəfə, «Səmi’» (Allah eşidir) kəlməsi isə 49 dəfə gəlmişdir. Bu ayələrdən nəticə alırıq ki, biz böyük Allahın hüzurundayıq. Gizlində və aşkarda hər nə etsək, zehnimizdə hər nə fikirləşsək, Allah onu bilir və ona agahdır.

Sürücü qırmızı işıq yanarkən dayanır. Görəsən insan nə üçün qarşısında Allahın əzabını görüb özünü günah etməkdən saxlamamalıdır?

İslam Peyğəmbəri dualarının birində Allaha belə xitab edir:

اَسْمَعُ السّامِعِينَ اَبْصَرُ النّاظِرينَ

«İlahi, Sən ən yaxşı eşidən və ən yaxşı görənsən!»

BU BARƏDƏ OLAN BİR NEÇƏ HƏDİS

İmam Əli (ə) buyurur:

اِتَّقُوا مَعاصِيَ اللهِ فِي الْخَلَواتِ، فَاِنَّ الشّاهِدُ هُوَ الْحاكِمُ

«Gizlində günah etməyin. Çünki Allah-taala şahiddir».

Yenə o Həzrət buyurur:

وَلا تَهْتِكُوا اَسْتارَكُمْ عِنْدَ مَنْ يَعْلَمُ اَسْرارَكُمْ

«Həya pərdənizi, sirlərinizi bilən Allah yanında yırtmayın».

Bir şəxs İmam Hüseyn (ə)-ın hüzuruna gəlib ərz etdi: Ey Peyğəmbərin övladı, mən günahkar bir şəxsəm. Günahlardan yaxa qurtara bilmirəm. Mənə nəsihət ver!

İmam ona buyurdu:

اِفْعَلْ خَمْسَةَ اَشْياء وَاَذْنِبْ ما شِئْت

«Beş dənə işi gör və günah et!

1. Allahın ruzisini yemə və günah et.

2. Allahın hökumətindən kənara get və günah et.

3. Elə bir yerdə günah et ki, səni Allah görməsin.

4. Nə qədər istəyirsən günah et. Amma əvəzində əzrail sənin canını almağa gələndə onu özündən uzaqlaşdır.

5. Cəhənnəm mə’murları səni cəhənnəmə tərəf aparanda getmə və nə qədər istəyirsən günah et.»

Şübhəsiz, günaha zəmin yaradan amillərdən biri də insanın qafil olmasıdır, həmişə Allahı yada salmaq isə insanı günahdan qoruyan amillərdəndir.

İmam Baqir (ə) buyurur:

«Allah-taala üç şeyi bütün insanlara vacib edib:

1. İnsaflı olmaq.

2. Mö’min qardaşın yolunda fədakarlıq etmək.

3. Həmişə Allahı yada salmaq.

Allahı yada salmaq budur ki, insan günaha yaxınlaşan zaman Allahı yadına salıb günahdan uzaqlaşsın».

İmam sonra bu ayəni oxudu:

اِنَّ الَّذِينَ اتَّقُوا اِذا مَسَّهُمْ طائِفٌ مِنَ الشَّيْطانِ تَذَكَّرُوا فَاِذا هُمْ مُبْصِرُون

«Təqvalı insanlar şeytanın vəsvəsələrinə düçar olsalar, Allahı yada salarlar və haqqı görərlər». («Ə’raf», 201)

İmam Sadiq (ə) Allahı yada salmağı belə izah edir: «Allahı yada salmağın mə’nası budur ki, insan bütün işlərlə üzləşəndə əgər Allahın razılığı olsa o işi görür, yox əgər günah iş olsa, onu tərk edir».

Deməliyik ki, Qur’ani-kərimdə şeytan, mal-dövlət, övlad, ticarət, dünya malından həddindən artıq ləzzət almaq insanı Allahdan qafil edən amillər kimi qeyd olunmuşdur. Nəticədə təkcə qəflət yaradan pərdələrin olmadığı halda, Allahı yada salmaq mümkündür.

3. İNSANIN ÖZÜNÜ TANIMASI VƏ ÖZ ŞƏXSİYYƏTİNƏ QARŞI DİQQƏTLİ OLMASI

İnsanı günahdan uzaqlaşdıran amillərdən biri də onun öz şəxsiyyətini tanıması və öz şəxsiyyətinə qarşı diqqətli olmasıdır. Çünki günahlardan bir qismi insanın öz şəxsiyyətinə qiymət verməməsi nəticəsində baş verir. Misal üçün, uşaq evdə bir stəkan sındırır. Bu vaxt o bu işi üçün tənbeh olunur. Lakin o, qonaq qarşısında belə bir hərəkət etsə tenbeh olunmur. Çünki ata və yaxud ana qonaq yanında öz şəxsiyyətinə qiymət verir, özünü bu stəkanı sındırdığına görə uşağı danlamaqla ucuzlandırmaq istəmir. Deməli, insan öz şəxsiyyətinə qiymət verərsə, özünü nəzarətdə saxlaya bilər.

QUR’ANDA İNSAN ŞƏXSİYYƏTİ HAQQINDAKI AYƏLƏR

Qur’an nəzərində insan Allahın yer üzündəki xəlifəsi və mələklərin səcdə etdiyi bir məxluqdur. Allah-taala bütün yaranmışları insandan ötrü xəlq edib və onun ixtiyarına verib. «Casiyə» surəsinin 13-cü ayəsində oxuyuruq:

وَسَخَّرَ لَكُمْ ما فِي السَّماواتِ وَما فِي الاَْرْضِ جَمِيعاً مِنْهُ

«Allah göylərdə və yerdə olan hər şeyi sizə tabe eləmişdir».

«İsra» surəsinin 70-ci ayəsində oxuyuruq:

وَلَقَدْ كَرَّمْنا بَنِي آدَمَ

«Biz Adəm övladlarını (insanları) əziz (kəramətli) etmişik.»

Bu ayənin axırında isə buyurur:

وَ فَضَّلناهُمْ...

«Biz insanları üstün tutmuşuq».

«Tövbə» surəsinin 38-ci ayəsində Allah-taala mö’minlərə xitab edib buyurur:

أَرَضِيتُمْ بِالْحَيوةِ الدُّنْيا

«Dünya həyatınamı razı oldunuz?!»

Bu ayə onu bildirir ki, insanın şəxsiyyəti maddi dünyada (yaşadığımız) hər şeydən çox qiymətli və üstündür. O, özünü (iman və əqidəsini) bu dünyanın həyatına satmamalıdır. Misal üçün, təzə bir maşın alan şəxs onu tozlu və palçıqlı yollarda sürmür. Çünki onun belə bir maşını toz-torpaqlı yolda sürməyə heyfi gəlir. Allah-taala da insanı məxluqların ən yaxşısı və özünün xəlifəsi yaradıb. Heyf deyilmi ki, belə bir dəyərli vücudunu günah bataqlıqlarında məhv etsin.?! Həqiqətən insan öz dəyər və qiymətini düzgün başa düşsə, pis işlərin ardınca getməz. Amma özünü puç və zəlil hesab edən şəxsin hər bir cinayət və pislik etməyi mümkündür. «Zuxruf» surəsinin 54-cü ayəsində oxuyuruq:

فَاسْتَخَفَّ قَوْمَهُ فَاَطَاعُوهُ

«Fir’on öz qövmünün şəxsiyyətini təhqir etdi. Sonra camaat ona itaət etdilər.» Yə’ni Fir’on öz hökmləri ilə əvvəlcə camaatı şəxsiyyətsiz etdi. Onlar da özlərini puç və zəlil biləndən sonra Fir’onun dediklərinə tabe oldular. Amma bu tayfa öz şəxsiyyətlərini itirməsəydi heç vaxt Fir’on kimi zalım və şəxsiyyətsiz bir padşaha tabe olmazdılar.

İNSAN ŞƏXSİYYƏTİ HAQQINDA BİR NEÇƏ HƏDİS

1. İmam Əli (ə) buyurur:

اِنَّهُ لَيْسَ لاَِنْفُسِكُمْ ثَمَنٌ اِلاّ الْجَنَّةَ فَلا تَبِيعُوها اِلاّ بِها

«Sizin dəyəriniz təkcə behşitlə əvəz olur. Behiştdən başqa bir şeyə özünüzü satmayın».[77]

2. O Həzrət başqa bir hədisdə buyurur:

قَبِيحُ بِذِي الْعَقْلِ اَنْ يَكُونَ بَهِيمَةً وَقَدْ اَمْكَنَهُ اَنْ يَكُونَ اِنْساناً

«Allahın bir insan insan kimi yaşamaq üçün mümkün olduğu halda, heyvan kimi yaşamaq çox pisdir».

3. Yenə o Həzrət buyurur:

ما تَكَبَّرَ اِلاّ وَضِيعٌ

«Təkcə şəxsiyyətsiz insanlar lovğa olurlar».

4. İmam Sadiq (ə) buyurur:

اَلْقَلْبُ حَرَمُ اللهِ فَلا تُسْكِنُوا حَرَمَ اللهِ غَيْرَ اللهِ

«Qəlb Allahın hərəmidir. Allahın hərəminə qeyri-ilahi şeyləri daxil etməyin».

Doğrudan da insanın qəlbi Allahın hərəmi olduğu halda nə üçün günah və pisliklərlə özünü həlak etmişdir?

5. İmam Əli (ə) buyurur:

عَجِبْتُ لِمَنْ يُنْشِدُ ضالَّتَهُ، وَقَدْ اَضَلَّ نَفْسَهُ فَلا يَطْلُبُها

«Təəccüb edirəm o şəxsə ki, itirdiyi adi şeyini axtarır. Halbuki öz şəxsiyyətini itirib, amma onu axtarmır».[78]

6. İmam Əli (ə) başqa bir hədisdə buyurur:

قُلُوبُ الْعِبادِ الطّاهِرَةُ مَواضِعُ نَظَرِ الله

«Allah bəndələrinin təmiz qəlbləri Allahın diqqət etdiyi yerdir.»[79]

7. O Həzrət başqa bir kəlamında buyurur:

اَلْعارِفُ مَنْ عَرَفَ نَفْسَهُ فَاعْتَقَها وَنَزَّهَها عَنْ كُلِّ ما يُبْعِدُها وَيُوبِقُها

«Arif o şəxsdir ki özünü tanıyıb onu müstəqil və azad etsin. Sonra onu bütün həlak edici xislətlərdən təmizləsin».[80]

8. Yenə o Həzrət buyurur:

وَلَبِئْسَ الْمُتَّجَرُ اَنْ تَرى الدُّنْيا لِنَفْسِكَ ثَمَنَاً

«İnsanın özünü dünya həyatına satması nə pis ticarətdir!»

Bu ayə və hədislərdən nəticə alırıq ki, insan qiymətli və fəzilətli bir məxluqdur. O, öz dəyərini qoruyub saxlamalı, şəxsiyyətinə qiymət verməlidir. Çünki insanın özünün və eləcə də başqalarının şəxsiyyətinə ehtiramla yanaşması onu günahlardan uzaqlaşdıran bir amil kimi onun düz yola hidayət olunmasında da mühüm və əvəzsiz rol oynayır.

4. AXİRƏTƏ VƏ QİYAMƏT GÜNÜNÜN HESAB-KİTABINA İMAN GƏTİRMƏK

Qur’an insanı tərbiyə edən bir kitabdır. Qur’an tərbiyə ilə əlaqədar məsələlərdən çox hissəsini qiyamət gününə əqidə yolu ilə həll etmək istəyir. Qur’anda 1400 dəfə mə’ad yə’ni axirət aləmi haqqında danışılmışdır. Bu ilahi kitabın altıda bir hissəsi insanları qiyamət gününün hesab-kitabına inanmağa çağıran ayələrdir. Axirət aləminə əqidə o deməkdir ki, insanın qiyamət günündə bu dünyadakı əməllərinin əvəzini almağa əqidəsi olsun. Belə bir əqidə insanın ruhunun tərbiyəsinə böyük tə’sir bağışlayır. İndi də bu barədə bir neçə ayəyə diqqət yetirək:

1. «Ali-İmran» surəsinin 30-cu ayəsində oxuyuruq:

يَوْمَ تَجِدُ كُلُّ نَفْس ما عَمِلَتْ مِنْ خَيْر مُحْضَراً وَما عَمِلَتْ مِنْ سُوء

«Qiyamət günü elə bir gündür ki, hər kəs özünün pis və yaxşı işlərini o gündə hazır görər».

2. «Qəmər» surəsinin 8-ci ayəsində oxuyuruq:

خُشَّعاً اَبْصارُهُمْ يَخْرُجُونَ مِنَ الاَْجْداثِ كَأَنَّهُمْ جَرادٌ مُنْتَشِرٌ

«Gözləri yerə baxan halda qəbrlərdən çıxarlar, çəyirtkələr tək ətrafa dağılarlar».

3. «Əbəsə» surəsinin 34-37-ci ayələrində oxuyuruq:

يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنَ اَخِيهِ ـ وَاُمِّهِ وَاَبِيهِ وَصاحِبَتِ وَبَنِيهِ ـ لِكُلِّ امْرِء مِنْهُمْ يَوْمَئِذ شَأْنٌ يُغْنِيهِ

Geriyə Mündəricat Növbəti